Şah İsmayil Xətainin uzun illər ərzində axtarılan yeganə əlyazması olan divanı: 1520-ci ilə aid, 104 səhifədən ibarət əlyazmada 3 illustrasiya və heyrətamiz gözəl kalliqrafiya və rəng keyfiyyətindən istifadə edilib.

Kult.az xəbər verir ki. bu sözləri alim Zaur Əliyev Şah İsmayıl Xətainin divanının fotosunu paylaşaraq qeyd edib. Z.Əliyev qeyd edib ki, əlyazma-kitab Birinci Dünya müharibəsi ərəfəsində alman zinət əşyaları taciri H.V.Lonqfello tərəfindən alınaraq Almaniyaya, İkinci Dünya müharibəsi zamanı isə təhlükəsizlik üçün Parisə aparılıb:

“Bir müddət itkin düşdüyü sayılan əlyazma tacirin nəvəsi tərəfindən digər ailə xəzinəsi ilə birgə Amerikaya gətirilib və 1960-cı ildə muzeyə hədiyyə olunub.

Qeyd edim ki, Şahımıza məxsus digər əlyazmalar Münhenin Baviyera Dövlət Kitabxanasında saxlananılır. 27 vərəqdən ibarət mətn Şah İsmayıl Xətai tərəfindən 1514-cü ildə köçürülüb. Osmanlı imperatoru I Sultan Səlim Təbrizi işğal etdiyi zaman bu əlyazmanı da ələ keçirərək İstanbula aparmışdı. Əsər sonra oradan Avropaya aparılıb.

Şah İsmayıl Xətainin gözəl xətt nümunəsinin “Kəlimati-Mürtəzəviyyə” adı altında Münhenin Baviyera Dövlət Kitabxanasında saxlandığı barədə ilk məlumatı türk alimi İsmayıl Hikmət Ertaylan İstanbulda 1965-ci ildə çap etdirdiyi “Divani-türkiyi-Zəfər” kitabında verib”.

Z.Əliyev əlavə edib ki, 1535-ci ildə məşhur xəttat Şah Mahmud Nişapuri Xətai “Divan”ının üzünü köçürmüşdür. “Divani-Xətai”nin bu ən mükəmməl əlyazma nüsxəsində şairin 14 qəsidəsi, 245 qəzəli və 10 rübaisi toplanmışdır:

“Özbəkistan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Əlyazmalar Fondunda “Divanı-Xətai” əsəri də saxlanılır. Burdakı 86 vərəqlik əlyazmaya 12 qəsidə, 248 qəzəl və 1 rübai daxildir.

Parisin Milli Kitabxanasında Şahın türkcə əlyazması da hazırda saxlanılır. 64 vərəqdən ibarət bu əlyazmada 205 qəzəl vardır.

Şah İsmayılın əlyazmaları hazırda Sankt-Peterburqdakı İmperator İctimai Kitabxanasının əlyazma fondunda da saxlanır”.

06 May 2025 İllərdir “sağlam deyil” deyilən qidaya Canan Karataydan dəstək: "Çox faydalıdır"
03 May 2025 Bu xəbərdən sonra toyuq əti yeməyəcəksiniz
02 May 2025 Uşaq ancaq “abur cubur” qidalarla böyüyür – Həkimlər həyəcan təbili çalır
02 May 2025 Azərbaycan vətəndaşları xarici ölkələrə hansı məqsədlə gediblər? – Siyahı
01 May 2025 Mayda niyə toy etmirlər - köhnə inanclar, əsassız adətlər
28 Aprel 2025 Elektron siqaretlər ağciyərləri necə məhv edir? – Onkoloqdan xəbərdarlıq
25 Aprel 2025 Gəlini aparmağa traktorlarla gəldilər - Fotolar
21 Aprel 2025 Xərçəngin müalicəsində yeni bitki - Şöhrəti ABŞ-yə qədər yayıldı
17 Aprel 2025 Betona yeni alternativ: Dəniz suyu və CO₂ ilə hazırlanan inqilabi material
14 Aprel 2025 Süni intellekt qətl və qurbanları qabaqcadan müəyyən edəcək - Yenilik
14 Aprel 2025 Sudan sonra insan sağlamlığı üçün ən faydalı içki açıqlandı
08 Aprel 2025 Paket çaylar barədə gerçək - kif, bakteriya, daha nələr...
04 Aprel 2025 Aprel döyüşlərinin şəhidi "Mixaylo" - Ərdoğan onu "Azərbaycanın aslanı" adlandırmışdı - VİDEO
21 Mart 2025 Fərid Qayıbov xanımı ilə Bakı-Qəbələ qatarında - Fotolar
12 Mart 2025 Bu vərdiş 100 siqaret çəkməyə bərabərdir - Həkimdən xəbərdarlıq
13 Yanvar 2025 İnsan süni intellektə qarşı uşaq kimi müdafiəsiz qalacaq - Alimdən mühüm xəbərdarlıq
03 Yanvar 2025 Vahid Ələkbərovun 2024-cü ildəki qazancı açıqlandı
16 Dekabr 2024 Qışda “marojna”
12 Dekabr 2024 Heç vaxt yadımızdan çıxmayacaq - 2024-də nələr yaşandı?
05 Dekabr 2024 Süni intellekt insanı öldürə bilər?

Xəbər lenti