Nümunəvi sürücülərin mükafatlandırılacağı xəbərinə — DİN-dən AÇIQLAMA


Dünya ölkələrində belə bir praktika mövcuddur ki, il ərzində və ya daha çox müddətdə qayda pozmayan nümunəvi sürücülərə mükafatlar təqdim olunur. Bu hal sürücülərə qaydaları pozmamaq üçün stimul yaradır.
Baku.ws Azərbaycanda belə bir halın mövcud olub-olmamasını dəqiqləşdirmək üçün Daxili İşlər Nazirliyinə müraciət edib.

Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə BAKU.WS-ə açıqlayıb ki, ölkəmizdə yol hərəkəti iştirakçılarının və cəmiyyətin yol-nəqliyyat hadisələrindən və onların nəticələrindən müdafiəsi işinin daha da təkmilləşdirilməsi məqsədilə DYP xidmətində bir sıra uğurlu islahatlar həyata keçirib, innovativ metodların tətbiqinə geniş yer verib:

"Müasir texnologiyaların tətbiqi sayəsində yaradılmış elektron müraciət forması təklif, ərizə və şikayətlərin qəbulu və onların baxılması nəticələrinə dair rəsmi məlumatların çatdırılması işinin daha etibarlı və operativ həllinə imkan vermiş, www.dyp.gov.az rəsmi internet saytının, info@dyp.gov.az elektron poçt ünvanının yaradılması isə təşəbbüskarların DYP xidmətilə bilavasitə və daha çevik əlaqələndirilməsini təmin etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin www.mia.gov.az və Baş Dövlət Yol Polisi İdarəsinin www.dyp.gov.az rəsmi internet saytlarının “Cərimələr və cərimə balları barədə məlumatlar” bölümündə sürücülük vəsiqəsinin rekvizitlərini daxil etməklə həmin şəxsə aid qüvvədə olan (icra olunmamış, ödənilməmiş) inzibati xəta haqqında iş üzrə qərar və ya yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta haqqında protokol barədə məlumatların əldə edilməsinə, habelə internet üzərindən plastik kart vasitəsilə ödəmə aparılmasına imkan yaradılmışdır.
Fəaliyyətimizin prioritet istiqamətlərindən biri olan vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə yerli televiziya və radio kanallarının böyük əksəriyyətində yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təbliği ilə bağlı proqramlar hazırlanaraq dinləyicilərin canlı yayıma qoşulmaları və yol hərəkəti təhlükəsizliyi ilə bağlı onları maraqlandıran və ya narahat edən sualların DYP subyekti tərəfindən birbaşa cavablandırılması, eyni zamanda təklif və ya şikayətlərinin qəbulu təşkil olunmuşdur.

Nəzərinizə çatdırırıq ki, fəaliyyətimizi tənzimləyən qanunvericilik aktlarında ictimaiyyət, KİV nümayəndələri və digər mənbələr tərəfində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və ya yol hərəkəti qaydalarının pozulması halları ilə bağlı DYP qurumlarına verilən məlumatların pulla mükafatlandırılması nəzərdə tutulmamışdır. Eyni zamanda, ölkəmizdə bərqərar olan vətəndaş cəmiyyətinin mühüm institutlarından biri kimi polis və cəmiyyət münasibətlərinin yüksək etimad, qarşılıqlı hörmət və ali insani dəyərlər üzərində qurulması tərəflər arasında ünsiyyətin maddi qarşılıq müqabilində formalaşdırılması təcrübəsinin yayılmasını əhəmiyyətsiz edir.

Odur ki, yol hərəkəti təhlükəsizliyi tədbirlərinin təmin olunması, habelə DYP xidmətinin fəaliyyəti ilə bağlı Sizi maraqlandıran məsələlərlə əlaqədar yuxarıda qeyd olunan resurslar vasitəsilə Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edə, habelə təqdim etmək istədiyiniz sənədlərin surətini, fotoşəkilləri və ya videomaterialları info@dyp.gov.az elektron poçt ünvanına göndərə bilərsiniz".
Bibiheybət yolu nə zaman təmir olunacaq?
“Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”

Yaxın günlərdə Bibiheybət qəsəbəsindəki sürüşümə qeydə alınan yolda təmir-bərpa işlərinə başlanacaq. Yol-xeber.az xəbər verir ki, bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib. A.Nəcəfli qeyd edib ki, təmir-bərpa işləri AAYDA tərəfindən “Körpübinatikinti” şirkətilə birgə həyata keçiriləcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov isə saytımıza deyib ki, hazırda Bibiheybət qəsəbəsində sürüşmə hadisəsi müşahidə edilmir: “Ümumilikdə respublika ərazisindəki sürüşmə zonalarında stabillikdir”.

Bakı-Sumqayıt yolunda tıxac yarandı
Bakı-Sumqayıt şosesində sıxlıq yaranıb.

"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, yağışlı hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti çətinləşib.

Nəticədə Bakı-Sumqayıt şosesində böyük sıxlıq yaranıb.

Yol polisindən piyadavurmaların qarşısını alacaq YENİLİK - VİDEO
Hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb

Piyadaların təhlükəsizliyini tam təmin etmək üçün baş dövlət yol polisi idarəsi maraqlı bir məlumatverici lövhələr hazırlayıb. Magistral yollarda olan piyada keçidlərindən 200 və 400 metr əvvəl quraşdırılan lövhələrdə qeyd edilib ki, qarşıda piyada keçidi var və diqqətli olun.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilk olaraq bu cür məlumatverici lövhələri Bakı-Sumqayıt və Bakı-Şamaxı yolu üzərində quraşdırıblar. Məqsəd sürücülərə piyada keçidinə az qaldığını bildirmək və sürəti şəraitə uyğunlaşdırmalarına kömək etməkdir.

Sürücülər və piyadalar da bu cür nişanların yol kənarında quraşdırılmasının yaxşı olduğunu deyirlər. Onlar belə nişanların piyada vurulması hallarının azalmasında əhəmiyyətli olduğunu bildirirlər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu cür məlumatverici lövhələr dünya təcrübəsində də var və effektlidir. Belə nişanlar ilk dəfə Rusiyada hazırlanıb və onlar də uğurlu nəticə əldə ediblər.

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir müavini Xosrov Nəcəfovun sözlərinə görə, ölkə yollarında bu ilin 11 ayında baş vermiş ağır qəzaların 60 faizi piyada vurulması ilə nəticələnib. Belə hadisələrin qarşısını almaq üçün hələlik 100-ə yaxın piyadalar üçün məlumatverici lövhələr hazırlanıb.

Xosrov Nəcəfov onu da bildirdi ki, gələcəkdə məktəblilər, mal-qaranın keçidiyi ərazilər və digər məlumatverici lövhələrin də hazırlanması planlaşdırılır.

 

Bakının ətrafındakı magistral yollarda hərəkət məhdudlaşdırılacaq
Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları xahiş olunur

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Sürücülər bu küçədə bazar açıb: BNA-nın diqqətinə - FOTO
Piyada keçidləri zəbt edilib

Bakıda parklanma qaydasını kütləvi şəkildə pozan sürücülər barəsində bir neçə oxucu redaksiyamıza şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu Ceyhun Hacıbəyli küçəsində (Azərbaycan Universitetinin yanında) sürücülər avtomobillərini harada gəldi qanunsuz olaraq park edirlər. Bu isə həm sürücülərə, həm də piyadalara maneçilik törədir. Hətta bəzi avtomobillərin piyada keçidinin eni boyunca parklandığının da şahidi olmaq olur. Həmin ərazidən çəkilmiş fotoşəkilləri sizə təqdim edirik.

Ümid edirik ki, bu məsələ ilə bağlı BNA-nın əməkdaşları həmin ərazini nəzarətə götürərək  sürücülər barədə ciddi tədbirlər görəcək.

 

 
Piyada ölümlərinin artmasına səbəb nədir? - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib

Dəfələrlə xəbərdarlıq edilməsinə,təbliğat və marifləndirici tədbirlərin görülməsinə baxmayaraq, hələ də bir çox piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Bunu 11 ayın yol nəqliyyat hadisələrinin statistikasına nəzər salanda da görmək olur. 11 ay ərzində yol nəqliyyat hadisələri zamanı təkcə Bakı şəhərində ümumilikdə 167 nəfər ölüb ki, onların da arasında üstünlük təşkil edən piyadalardır. Bakı şəhər Baş Dövlət Yol Polisi Idarəsi piyadalara bir daha xəbərdarlıq edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun sözlərinə görə, cari ilin 11 ayı ərzində Bakı şəhəri ərazisində 488 yol yol-nəqliyyat hadisəsi baş verib. Bu zaman 167 nəfər ölüb, 438 nəfər isə xəsarət alıb. Hadisələrin təhlili onu göstərir ki, piyadaların vurulması ilə nəticələnən 294 yol qəzası baş verib ki, bu hadisələr zamanı 107 nəfər ölüb, 187 nəfər isə xəsarət alıb.

Vaqif Əsədov bildirdi ki, aparılan təbliğat işləri, yol hərəkəti iştirakçılarının marifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə baxmayaraq bəzi piyadalar yol hərəkəti qaydalarına əməl etmirlər. Elə buna görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib.

 

Bununla yanaşı, piyadalara tövsiyyə olnur ki, yolda hərəkət zamanı qulaqcıqlardan istifadə etməsinlər, geyimlərinin üzərində işıqqaytarıcı elementlərin olmasına diqqət etsinlər.

 
Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər

Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə səhər saat 08:00-dan Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Yol-xeber.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə dekabrın 12-də tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

 

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

BNA: Sabah bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti - Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən də qeyd edilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək. Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü münasibətilə Bakıda bəzi yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, ümummilli lider Heydər Əliyevin anım mərasiminə qatılacaq vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə dekabrın 12-də səhər saat 08:00-dan tədbir tam başa çatanadək Fəxri Xiyaban istiqamətində Parlament prospekti boyu bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

Belə ki, ziyarət başa çatanadək Mikayıl Müşfiq küçəsi ilə Hüseyn Cavid prospektinin kəsişməsində, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsində, Mehdi Hüseyn küçəsi 1, yəni Teleteatrın binasının yanından, eyni zamanda, Milli Məclisin arxasından, Parlament prospekti istiqamətində, yəni Abbasqulu Abbaszadə, İzzət Nəbiyev və Milli Qəhrəman Şövqiyar Abdullayev adına küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılaraq hərəkət istiqaməti dəyişdiriləcək.

Sürücülərdən və avtomobil sahiblərindən xahiş olunur ki, bu istiqamətdə şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər. Həmçinin mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etmək tövsiyə olunur. Ulu Öndərin məzarını ziyarətə gələnlərdən də, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur.

Xəbər lenti