Baş nazir bu hərbçilərlə bağlı qərar imzaladı

Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları təsdiqlənib.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Normalarla bu link vasitəsilə tanış olmaq olar.

İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 17-də Çinin yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Lu Meyin etimadnaməsini qəbul edib.

Məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.

 

Macarıstan Aİ-nin İrəvana hərbi yardım ayırmasına imkan vermədi

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi vasitəsilə Ermənistana əlavə 20 milyon avro hərbi yardım göstərməsinə imkan verməyib.

Lüksemburqda keçirilən iclasda Aİ-nin xarici siyasət rəhbəri Kallasın Ermənistana hərbi yardım təklifini Macarıstandan başqa bütün Aİ ölkələri xarici işlər nazirləri dəstəkləyib. Yeganə olaraq Budapeşt bu qərarın qəbuluna veto qoyub.

Ermənistan Aİ-dən ilk dəfə ötən ilin iyulunda 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edib, bu məslə həllini tapmadığından Budapeşt Ermənistana hərbi yardımın ayrılmasına mane olub.

Şuşada I İslam Dünyası Mədəni Forumu keçirilir

Şuşada “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəni Forumu keçirilir.

“Report xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov, Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət nazirinin müavinləri Fərid Cəfərli, Səadət Yusifova və digər rəsmilər, media mənsubları iştirak edir.

Forumda postmünaqişə dövründə mədəni irsin qorunması və bərpası istiqamətində panel müzakirələr keçiriləcək.

Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan görüşü olacaq

Bu gün Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin müavinləri arasında görüş keçiriləcək.

“sputnikarmenia” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Bundan əvvəl Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib ki, Ermənistan və Azərbaycan regionda sülh və sabitliyin təşviqində Gürcüstana arxalana bilər. O, əmin edib ki, Tbilisi regionda dialoqu və əməkdaşlığı asanlaşdırmaq üçün bütün mümkün vasitələrlə təmin edəcək.



Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birgə mətbuata bəyanatla çıxışın deyib.
“Yol-xeber.az” xəbər verir ki,  Dövlət başçısı qeyd edib ki, Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir:
"Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta Dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır".

Təbii olaraq siyasi əlaqələr inkişaf edir, yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında söyləyib.

Ölkələrimizi birləşdirən bir çox sərmayə layihələrinin böyük coğrafiya üçün önəmli olduğunu bir daha qeyd edən dövlətimizin başçısı deyib: “Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat-kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir”.

prezidentler-metbuata-beyanatlarla-cixis-edirler

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.

“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

prezident-kavelasvili-ile-tekbetek-gorusdu

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilib.

“Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

 

 
 
prezidentin-kavelasvili-ile-tekbetek-gorusu-kecirilir

Bu dəqiqələrdə Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin təkbətək görüşü keçirilir.

Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xəbər lenti