![]() |
|
Bu gün Azərbaycan xalqına və dövlətinə qarşı cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün olub.
Bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və suveren Azərbaycan” mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işləri ibtidai istintaqı yekunlaşdırılaraq aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir.
Ermənistanla kommunikasiyaların açılması təklifi erməni tərəfindən deyil, Azərbaycan tərəfindən irəli sürülüb.
Yol-xeber.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsində bildirib.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə IV Antalya Diplomatiya Forumun açılışında iştirak edib.
> >“Forum zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladları Əli və Mikayıl Ağalarovlar Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
> >Həmin fotonu Əli Ağalarov sosial şəbəkədə paylaşıb.
>"2025-ci il aprelin 4-də Səmərqənddə Avropa Komissiyasının sədri ilə yanaşı, qeyd edilən region dövlətlərinin rəhbərlərinin də iştirakı ilə Avropa İttifaqı (Aİ) və Mərkəzi Asiya ölkələrinin birinci sammiti keçirilib. Əvvəllər Avropa İttifaqının keçmiş Sovet İttifaqı respublikaları ilə oxşar qarşılıqlı fəaliyyət formatları mövcud idi, məsələn, "Şərq tərəfdaşlığı" proqramı, hansı ki, oraya Belarus, Moldova, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstan daxil idi".
Bu barədə "Caliber" "YouTube" kanalında yayımlanan növbəti videosüjetdə bəhs edilir.
"Üç il əvvəl, həmçinin Aİ-Afrika İttifaqı formatında sammit də keçirilib. İndi isə, gördüyümüz kimi, Brüssel öz nəzərlərini, Tacikistan istisna olmaqla, həmçinin Türk Dövlətləri Təşkilatının da üzvü olan dövlətlərin əksəriyyətinin təmsil olunduğu yeni regiona çevirib. Bu, dərhal belə bir fikir formalaşdırır ki, elan olunduqdan sonra ən tez zamnda keçirilən bu sammitin təşəbbüskarları kifayət qədər həssas məqsəd güdürlər və bu təşəbbüskarlar, şübhəsiz ki, Mərkəzi Asiyanın özündən daha çox Avropa İttifaqında otururlar. Belə bir sual yaranır: niyə təşəbbüskarlar əksər dövlətləri Türk Dövlətləri Təşkilatının üzvü olan regionla əlaqələri gücləndirmək qərarına gəldilər?" - deyə materialda bildirilir.
Daha ətraflı videosüjetdə:
Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Prezident İlham Əliyev Suriyada baş vermiş dəyişikliklərlə əlaqədar məmnunluğunu bildirərək, bununla bağlı Əhməd Əl Şaraanı təbrik etdi.
Dövlətimizin başçısı dedi ki, dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddət ərzində bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun zaman fəaliyyət göstərməyən Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib.
Prezident İlham Əliyev Suriyada sabitliyin möhkəmləndirilməsi üçün zəruri olan bu ölkənin bərpa prosesində Azərbaycanın iştirak etməyə hazır olduğunu qeyd etdi.
Əhməd Əl Şaara Azərbaycan tərəfinin dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
O, gələcəkdə energetika, infrastruktur, təhlükəsizlik sahələrində Azərbaycanın Suriyaya dəstək göstərməsinin önəmini qeyd etdi.
Suriyada sabitliyin bərpası üçün əlindən gələni etdiyini deyən Əhməd Əl Şaara bununla belə xarici faktorların bu məsələyə təsirindən narahatlığını vurğuladı.
Söhbət zamanı, eyni zamanda, Azərbaycan-Suriya-Türkiyə üçtərəfli əməkdaşlıq formatının inkişafı məsələsinə toxunuldu.
Görüşdə iki ölkə arasında yüksəksəviyyəli rəsmi nümayəndə heyətlərinin və biznes dairələrinin təmsilçilərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsi ilə bağlı razılıq əldə olundu.
Azərbaycanın dövlət başçısı Əhməd Əl Şaraanı ölkəmizə səfərə dəvət etdi.
Dəvət minnətdarlıqla qəbul olundu.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşü olub.
Türkiyənin Antalya şəhərində keçirilən IV Diplomatiya Forumu çərçivəsində bu gün keçirilən müzakirələrdən biri də münaqişələrin həllində parlament diplomatiyasının roluna həsr olunub.
Forumun moderatoru Türkiyə Respublikasının vitse-prezidenti Fuat Oktay olub.
Müzakirələrdə Azərbaycan deputatları da daxil olmaqla, bir sıra ölkələrin parlamentariləri, siyasətçiləri və ekspertləri iştirak ediblər.
Fuat Oktay açılış nitqində qeyd edib ki, artıq ənənəvi diplomatiya təkbaşına münaqişələrin həlli üçün yetərli deyil:
“Ona görə də biz bütün imkanlardan, o cümlədən parlament diplomatiyasından da istifadə etməliyik. Münaqişələrin, münasibətlərin, savaşların həlli üçün daha çox dialoq, əməkdaşlıq və anlaşma mühiti formalaşdırmaq vacibdir”.
Paneldə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatları da bu mövzuda fikirlərini bölüşüblər.
Deputat Ramil Həsən və Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbər Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, xüsusilə Qərbi azərbaycanlıların tarixi torpaqlarından zorla köçürülməsi, bu prosesdə baş verən qətliamlar və sürgünlər barədə ətraflı məlumat veriblər.
Onlar çıxışlarında vurğulayıblar ki, bütün savaşların sonunda sülh və diplomatiya qaçılmaz olur:
“Bugünkü reallıq da onu göstərir ki, Ermənistan-Azərbaycan münasibətləri hazırda məhz danışıqlar və diplomatik proses mərhələsindədir. Bu isə bir daha göstərir ki, diplomatiyanın və parlamentlərarası dialoqun rolu son dərəcə önəmlidir.”
Deputat Əziz Ələkbər çıxışında Qərbi azərbaycanlıların məsələsinin tarixi, bugünkü mərhələsi və gələcəyi ilə bağlı fikirlərini də iştirakçılarla bölüşüb.
Səhər saatlarında verilən məlumata görə, Antalya Diplomatiya Forumu paralel olaraq müxtəlif zallarda debat və oturumlarla davam edir. Aprelin 11-dən 12-nə qədər davam edəcək bu forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezident İlham Əliyev artıq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb və bu barədə rəsmi məlumatlar yayılıb.
Forumun gedişi ərzində Azərbaycan nümayəndə heyətinin də bir sıra görüşlər və çıxışları gözlənilir.
Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başa çatıb.
***
Bu dəqiqələrdə Antalyada Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilir.
Görüş hazırda davam edir.
Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Antalyada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşü olub.
“Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və ardıcıl siyasət nəticəsində Azərbaycan son illərdə regionda və dünyada mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərdən birinə çevrilib.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi qələbə ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdəki mövqeyini daha da gücləndirib, onu etibarlı tərəfdaş və qlobal proseslərə təsir göstərən dövlət kimi tanıdıb. Bu gün Azərbaycan dünya birliyində sabitlik, inkişaf və əməkdaşlıq simvolu kimi çıxış edir.
Ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin və beynəlxalq təşkilatların sayı durmadan artır. Xarici siyasətdə balanslaşdırılmış yanaşma, qarşılıqlı hörmətə və faydaya əsaslanan münasibətlər Azərbaycanın beynəlxalq nüfuzunun artmasına şərait yaradıb.
Dövlət başçısının beynəlxalq və regional tədbirlərdə iştirakı, habelə Azərbaycanın ev sahibliyi etdiyi yüksəksəviyyəli Zirvə görüşləri ölkəmizə olan marağın və etimadın bariz göstəricisidir. Son bir neçə ildə Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət Görüşündə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Görüşündə, Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində, Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində, SPECA – Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi BMT Proqramının Zirvə Görüşündə, Davos Dünya İqtisadi Forumunda iştirakı ölkəmizə marağın əyani təcəssümüdür.
Azərbaycanın beynəlxalq nüfuzunun davamlı artmasının növbəti təsdiqi kimi, Prezident İlham Əliyev aprelin 11–13-də Türkiyənin Antalya şəhərində keçiriləcək IV Antalya Diplomatiya Forumunda iştirak etmək üçün dəvət alıb. Forum müxtəlif ölkələrdən nüfuzlu siyasətçiləri, dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini bir araya gətirərək, son illər ərzində region üçün əhəmiyyət kəsb edən ən önəmli məsələlərin və çağırışların müzakirəsi baxımından çox vacib beynəlxalq platformaya çevrilib.
Forumda “Parçalanmış dünyada diplomatiyanı bərpa etmək” mövzusu ətrafında qlobal çağırışların müzakirəsi nəzərdə tutulur. Prezident İlham Əliyevin bu forumda iştirakı bir daha göstərir ki, Azərbaycan yalnız regionda deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və təşəbbüskar dövlət kimi qəbul edilir. Dövlət başçısının beynəlxalq münasibətlər sahəsində zəngin təcrübəsi, strateji baxışları və praqmatik yanaşmaları onu beynəlxalq platformalarda böyük maraqla qarşılanan Liderə çevirib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən forumlar və zirvə görüşləri təkcə diplomatik formatda deyil, həm də məzmun və nəticələr baxımından yeni keyfiyyət mərhələsinə yüksəlir.
Azərbaycan və Türkiyə arasında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş “Bir millət, iki dövlət” prinsipinə əsaslanan münasibətlər bu gün hər iki ölkənin rəhbərlərinin siyasi iradəsi və şəxsi dostluqları sayəsində ən yüksək zirvəyə çatıb. Bu münasibətlər təkcə iki qardaş ölkə arasında deyil, həm də regionun təhlükəsizliyi və inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında formalaşmış qarşılıqlı etimada əsaslanan əməkdaşlıq bu birliyin davamlılığını və gücünü təmin edən əsas amillərdəndir.
Antalyada keçiriləcək görüşlər Azərbaycan-Türkiyə münasibətlərinin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair əhəmiyyətli fikir mübadiləsi üçün geniş imkanlar yaradacaq. Bu səfər, həmçinin ikitərəfli əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələrdə daha da dərinləşdirilməsi baxımından mühüm addım olacaq. Bununla yanaşı, Azərbaycan və Türkiyə bu gün regional təhlükəsizliyin təminatçıları, sülh və əməkdaşlığın təşəbbüskarları kimi çıxış edirlər. Onların regiondakı fəallığı, Cənubi Qafqazdan Mərkəzi Asiyaya, Qara dənizdən Aralıq dənizinə qədər geniş coğrafiyada sabitliyin qorunmasına verdikləri töhfə beynəlxalq aləmdə yüksək qiymətləndirilir.
Türkiyə-Azərbaycan münasibətlərinin unikal xarakteri və bu əlaqələrin sabitliyi regional inteqrasiya və ortaq inkişaf baxımından nümunəvi model kimi çıxış edir. Heç şübhəsiz, Prezident İlham Əliyevin Antalyaya işgüzar səfəri və Antalya Diplomatik Forumunda iştirakı təkcə iki ölkə arasında strateji münasibətlərin daha da möhkəmləndirilməsi baxımından deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi və sülh təşəbbüslərinin irəlilədilməsi baxımından mühüm hadisə olacaq.
Azərbaycanın artan beynəlxalq nüfuzu, onun iqtisadi, enerji və nəqliyyat sahələrində həyata keçirdiyi irimiqyaslı layihələrlə də sıx bağlıdır. Ölkəmiz bu gün regionun enerji xəritəsini müəyyən edən aparıcı aktorlardan biri kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan və dünya enerji təhlükəsizliyinə mühüm töhfə verən Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji mənbələrinin şaxələndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Üç min beş yüz kilometrdən çox uzunluğu olan bu layihə Azərbaycanın zəngin enerji resurslarını Gürcüstan, Türkiyə və Cənubi Avropa ölkələri vasitəsilə beynəlxalq bazarlara çatdırmaqla qlobal enerji əməkdaşlığının mühüm komponentinə çevrilib.
Bununla yanaşı, ölkəmiz nəqliyyat və logistika sahəsində də mühüm təşəbbüslərlə çıxış edir. Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və görülən digər işlər Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsini təmin edir. Bu layihələr təkcə regional deyil, həm də Asiya ilə Avropa arasında strateji əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır.
Azərbaycanın uğurlu diplomatiyasının nəticəsi olaraq ölkəmiz beynəlxalq əməkdaşlıq platformalarında da fəal iştirak edir. COP29 kimi mötəbər beynəlxalq tədbirin 2024-cü ildə Azərbaycanda keçirilməsi ölkəmizin qlobal ekoloji gündəmdəki mühüm rolunu və iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi töhfələri bir daha təsdiqləyir. Bu tədbir vasitəsilə Azərbaycan bəşəriyyətin qarşısında dayanan ən aktual problemlərin həllində təşəbbüskar və məsuliyyətli tərəfdaş olduğunu nümayiş etdirib.
Bundan əlavə, Azərbaycanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq şəraitində həyata keçirdiyi humanitar və inkişaf layihələri də ölkəmizin dünyada sabitlik, humanizm və dialoq mədəniyyətinin təşviqinə verdiyi əhəmiyyətli töhfələrin göstəricisidir. Xüsusilə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatına sədrliyi dövründə inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməsi, qlobal ədalətin bərpasına yönəlmiş addımlar atması beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilib.
Bütün bu fəaliyyətlər fonunda Prezident İlham Əliyevin Antalya Diplomatik Forumunda iştirakı Azərbaycanın dünya siyasətində mühüm söz sahibi olan dövlətə çevrildiyini bir daha nümayiş etdirir. Azərbaycan bu gün yalnız enerji və nəqliyyat sahələrində deyil, həm də sülh, əməkdaşlıq və dayanıqlı inkişaf naminə beynəlxalq birlikdə fəal mövqe tutaraq, regionun və dünyanın gələcəyinə töhfə verir.
AZƏRTAC
Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında iştirak edəcəklər.
“Bunu TASS-a Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.
“80 nəfər Azərbaycan hərbçisi mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, yaxın vaxtlarda hərbçilər məşqlərdə iştirak etmək üçün Moskvaya gələcəklər: “Bu, bizim ümumi tarixdir, bu, bizim qələbədir”.
Xatırladaq ki, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya, Belarus və Tacikistan prezidentləri Vladimir Putin, Aleksandr Lukaşenko və Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər. Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.