İran üzərində “qara buludlar” sıxlaşır

Tehran Ankaranı hədələyir; cənub qonşumuz ehtiyatlanmaqda haqlıdırmı? - fərqli rəylər

İran İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreyni xəbərdar edib ki, əgər ABŞ-ın İrana hücumuna hər hansı yardım edilərsə, o cümlədən hava məkanından istifadəyə razılıq verilərsə, bu, “ciddi nəticələrə” gətirəcək düşmənçilik aktı kimi qiymətləndiriləcək.

Bu barədə adının çəkilməsini istəməyən yüksək səviyyəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

Həmin rəsminin sözlərinə görə, Tehran ABŞ-la Trampın təklif etdiyi birbaşa danışıqları rədd edir, lakin Oman vasitəsilə danışıqları davam etdirməyə hazırdır. O qeyd edib ki, Birləşmiş Ştatlar “niyyətlərinin ciddiliyini nümayiş etdirərsə” bu cür danışıqlar tezliklə başlaya bilər.

Məlumatı şərh edən Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıqla bağlı heç nə bilmədiklərini, lakin bunun başqa kanallarla da ötürülə biləcəyini söyləyib. Küveyt isə daha əvvəl İranı əmin etmişdi ki, onun ərazisindən hücuma icazə verməyəcək.

“Reuters”in məqaləsində həmçinin deyilir ki, Tehran Moskvanın tam dəstəyinə şübhə edir və Kremlin mövqeyi ABŞ-la danışıqların uğurundan asılı olaraq dəyişə bilər.

Bu arada İranın xarici işlər naziri Abbas Arakçı bir daha ABŞ-la birbaşa danışıqları mənasız hesab etdiyini bildirib. “BMT Nizamnaməsini pozaraq daim güc tətbiq etməklə hədələyən tərəflə birbaşa danışıqlar mənasız olardı”, - Arakçı bildirib.

Ölkənin ali dini lideri Əli Xamenei isə silahlı qüvvələrin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

Prezident Donald Tramp daha əvvəl İran rəhbərliyinin Vaşinqtonla dialoqu vasitəçilərlə deyil, birbaşa aparmaq istədiyini söyləmişdi...

İran İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreyni xəbərdar edib ki, əgər ABŞ-ın İrana hücumuna hər hansı yardım edilərsə, o cümlədən hava məkanından istifadəyə razılıq verilərsə, bu, “ciddi nəticələrə” gətirəcək düşmənçilik aktı kimi qiymətləndiriləcək.

Bu barədə adının çəkilməsini istəməyən yüksək səviyyəli İran rəsmisi “Reuters” agentliyinə bildirib.

İranın bu narahatlığı əsaslıdırmı? Adıçəkilən ölkələrdən hər hansı biri, xüsusən də Türkiyə ABŞ-ın hücumuna yardım edərmi? Edərlərsə hansı ciddi nəticələrə səbəb ola bilər?

Aydın Quliyev: 'Böyük ehtimalla itkin düşmüş azərbaycanlıların hamısını ermənilər qətlə yetirib'

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, İranın gələcək Amerika zərbələrindən ehtiyatlanması, narahat olması başadüşüləndir: “Ancaq bu nə qədər başadüşülən olsa da İranın belə vəziyyətdə bir sıra qonşu dövlətlərlə, xüsusən də ən böyük qonşu dövlət olan Türkiyə ilə əsaslı və ya əsaslı olmağından asılı olmayaraq hədə dilində danışmasının özü diplomatik etik qaydalara uyğun gəlmir. Ən azından ona görə ki, İran hazırda bölgədə İsraillə və Amerika ilə necə bacaracağı ilə bağlı həyati bir sualın qarşısında dayanıb. İsraillə və ABŞ-la necə bacaracağının bəlli olmadığı bir şəraitdə digər ölkələrlə də ən azı ritorik diplomatik cəbhənin açılması düzgün yanaşma deyil, İranın özünün zərərinədir. Digər tərəfdən, dediyim kimi, İranın qonşu dövlətlərin bəziləri tərəfindən onun mənafelərinə qarşı addımlar atılacağı ilə bağlı ehtiyatlanması təbii və başadüşüləndir, lakin burada Türkiyənin də həmin sıraya qoyulması başa düşülmür. Ən azı ona görə ki, Türkiyənin bu bölgədə İran da daxil, daim sülh və barışın olması yönündə atdığı addımlar hər kəsə bəllidir. Baxmayaraq ki, Türkiyənin İranla başadüşülən müəyyən regional geopolitik rəqabəti var, Türkiyə İranın kənar dövlətlərin zərbələri ilə sıradan çıxarılması kimi bir oyuna gedəcəyi ağıla batan deyil. İkincisi, bölgədə kənar təzyiqlərə məruz qalan ölkələrin məsələsində Türkiyənin nümayiş etdirdiyi indiyə qədər ki, taktikalar da bunu təsdiq edir. 2003-cü ildə Amerika Türkiyənin ərazisindən keçərək İraqa zərbə endirmək planını ortaya qoyanda Türkiyə buna razılıq vermədi. ABŞ İraqa zərbə endirmək üçün ayrı keçid variantlarından istifadə etməyə məcbur oldu. Elə bu fakta görə o vaxtdan Türkiyə ilə ABŞ-ın münasibətləri tədricən pozulmağa başladı. İndi Türkiyənin İranın mənafelərinə qarşı proseslərə açıq və ya gizli dəstək verəcəyi ilə bağlı İranın şübhələri bu baxmdan başa düşülmür”.

A.Quliyev qeyd etdi ki, siyahıdakı digər ölkələrin bəziləri ilə İranın açıq kəskin rəqabət və hətta düşmənçilik münasibətlərində olduğunu nəzərə alsaq, o ölkələrdən Amerikaya müəyyən dəstəyin verilməsi mümkündür: “Xüsusilə də 2024-cü ildə İranın İsraillə qarşılıqlı raket atışmaları zamanı bəzi ərəb ölkələrinin İranın mənafeyi əleyhinə siyasət apardıqlarını gördük. Hətta İranın raketlərinin həmin ölkələrin üzərindən keçən zaman həmin ölkələr tərəfindən vurulması, İsrailə yardım göstərimələri ilə bağlı informasiyalar yayılmışdı. İran da bunu bilir və bəzi ərəb ölkələrinə bəribaşdan xəbərdarlıq edir ki, anti-İran kampaniyasına qoşulmaqdan çəkinsinlər. İran bizim qonşu dövlətdir. Bu ölkəyə qarşı kimin hansı addımı atmağından asılı olmayaraq burada hədəf təkcə İran yox, bölgənin bütün sülh və təhlükəsizlik məsələsidir. Bölgə üçün tam yad olan bir ölkənin - Amerikanın İrana qarşı aparacağı hərbi kampaniyalarda müəyyən ərəb ölkələrinin, bəzi region ölkələrinin iştirak etməsi pis və təhlükəli bir ssenari olardı. Bu mənada İranın xəbərdarlığı ölkələr tərəfindən nəzərə alınsa, daha yaxşı olar”.

Politoloq Yusif Bağırzadə isə bildirdi ki, İranın bu ölkələrə xəbərdarlıq etməsi həmin ölkələrin hər birində ABŞ-ın hərbi bazalarının olması ilə əlaqədardır: “İraqda 12, Bəhreyndə 2, Kuveytdə 8, Qətərdə 1, Səudiyyədə 5, Türkiyədə 2 baza mövcuddur. Ümumiyyətlə isə ABŞ-ın təkcə Yaxın Şərq ölkələrində 46 hərbi bazası var və bu bazalarda 70 minə yaxın ABŞ hərbçisinin olduğu bildirilir ki, onların da sayı İranla gərginlik səbəbilə durmadan artır.

ABŞ-ın bölgədəki ən böyük hərbi bazası Qətərdəki Əl-Udeyd Hava Bazasıdır. Bu bazada ABŞ-ın 10 mindən çox əsgəri var və onarın əksəriyyəti hava qüvvələridir. Yaxın Şərqin ən böyük dəniz qüvvəsi sayılan Bəhreyndə 5-ci donanmaya sahib olan ABŞ ordusu bu ölkədə Şeyx İsa və Məhərraq Hərbi Hava Bazalarını da idarə edir. ABŞ-ın Bəhreyndəki bazalarında 7 mindən çox əsgər yerləşdirilib. ABŞ-ın NATO-dan kənar müttəfiqi statusuna malik Kuveytdə də əsgər sayı 10 mindən çoxdur. Eyni şəkildə Omanda da bir neçə baza ABŞ Hərbi Hava Qüvvələri, Dukm Limanı və Salalah Limanı isə ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən fəal şəkildə istifadə olunur. Türkiyəyə gəldikdə isə məlumdur ki, burada ABŞ-ın İncirlik və İzmir hərbi bazaları var.

Mümkün hərbi müdaxilə ehtimalında adıçəkilən ölkələrdən hansının öz ərazisindən İrana zərbə endirməyə icazə verəcəyini dəqiq proqnozlaşdırmaq olmasa da, ehtimallar irəli sürmək mümkündür. Səudiyyə Ərəbistanı üçün İran regiondakı ən böyük rəqibdir. Bu ölkə ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulub və İranın nüvə proqramına qarşı sərt mövqeyi ilə seçilir. Amma buna baxmayaraq Ər-Riyadın açıq şəkildə öz ərazisindən İrana zərbələr endirilməsinə imkan yaradacağı və İranın cavab tədbirləri ilə ərazisini zərbə altında qoyacağı ağlabatan deyil. BƏƏ də təhlükəsizlik məsələsində ABŞ-ın mövqeyini dəstəkləsə də, İranla ticarət əlaqələrini də qorumağa çalışır. Qətər və Oman yəqin ki, ənənəvi olaraq ABŞ-la İran arasında dialoq tərəfdarı kimi çıxış edəcəklər və odur ki, onların da öz ərazilərindən İranı hədəf alan fəaliyyətə icazə verəcəkləri inandırıcı deyil. Kuveytin də həmçinin, neytral mövqedə dayanacağı gözləniləndir.

Burada ən çox zərbə altına düşə biləcək tərəf yəqin ki, Bəhreyn olacaq. Məlumdur ki, bu ökə ABŞ-ın 5-ci donanmasına ev sahibliyi edir. İkinci bir tərəfdən İranın Bəhreynlə bağlı ərazi iddiaları var. Bu ölkədən İran ərazisinin hədəf alınma ehtimalı kifayət qədər yüksək görünür. ABŞ da bu ehtimalları nəzərə alaraq Səudiyyə Ərəbistanı və Bəhreyn ərazisinə aktib şəkildə hava hücumundan müdafiə sistemləri yerləşdirir".

Y.Bağırzadə dedi ki, Türkiyənin öz ərazisindən İrana zərbələr endirməsinə imkan verməyəcəyi şübhəsizdir. Baxmayaraq ki, İranın regionda mövqelərinin zəifləməsi Türkiyənin maraqlarına cavab verir: “Amma İrana Türkiyə ərazisindən zərbələr endirilməsinə imkan vermək Türkiyənin İslam coğrafiyasındakı nüfuzu baxımından düzgün yanaşma deyil və o baxımdan da Türkiyənin bu gərginlikdə tərəf yox, vasitəçi qismində iştirakı ölkə üçün daha çox divident gətirə bilər”.

azerbaycan-ve-israilin-xin-rehberleri-gorusdu

Azərbaycan və İsrailin xarici işlər nazirləri Ceyhun Bayramovla Gideon Saar arasında görüş keçirilib.

“Bu barədə məlumatı İsrailin XİN rəhbəri öz “X” hesabında paylaşıb.

Bildirilib ki, Əbu Dabidə baş tutan görüş zamanı azərbaycanlı həmkarı ilə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Xatırladaq ki, C.Bayramov BƏƏ-də səfərdədir.

Prezident Məmmədbağır Əliyevlə bağlı sərəncam imzaladı

Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.

 

 

 
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 8-də İran İslam Respublikasının yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Ceyhun Bayramov BƏƏ-dən olan həmkarı ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı Abdullah bin Zayid Əl Nəhyan ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Nazirlər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə edərək, iqtisadiyyat, ticarət, energetika, həmçinin regional və qlobal hadisələrə xüsusi diqqət ayırıblar.

Xarici İşlər Nazirliyinin görüşlə bağlı yaydığı məlumatda qeyd olunub ki, iki ölkə arasında əməkdaşlığın inkişafında siyasi dialoqun, o cümlədən siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.

Nazir Ceyhun Bayramov, qarşı tərəfi postmünaqişə dövründə regional bərpa və sülh gündəliyi barədə ətraflı məlumatlandırıb, mövcud çağırışlar, o cümlədən mina təhdidi, habelə Ermənistan Konstitusiyası və bir sıra qanunvericilik aktlarında ölkəmizə qarşı davam etdirilən ərazi iddialarından bəhs edib.  

Birləşmiş Ərəb Əmirliklərinin minasızlaşdırma sahəsində dəstəyinin, eləcə də işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi dəstəyin əhəmiyyəti məmnunluqla qeyd olunub. 

İlham Əliyev fərman imzaladı

“Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”yə dəyişiklik edilib.

"Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Dəyişikliyə əsasən, komissiyanın funksiyalarına aşağıdakı bənd əlavə olunub:

- dövlət sirri təşkil edən məlumatların yayılması nəticəsində Azərbaycan Respublikasının təhlükəsizliyinə vurula biləcək ziyanın kəmiyyət və keyfiyyət göstəricilərinə dair normativ və metodiki sənədlərin layihələrinə rəy bildirir.

Bununla yanaşı, İdarələrarası Komissiyanın sədrinin vəzifələri artırılaraq aşağıdakı kimi təsnif edilib:

"İdarələrarası Komissiyanın fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

İdarələrarası Komissiyanın iş planını təsdiq edir və onun icrasına nəzarət edir;

İdarələrarası Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

İdarələrarası Komissiyanın qərarlarını, iclas protokollarını və İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı digər sənədləri imzalayır;

İdarələrarası Komissiyaya daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır və qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

dövlət orqanlarından (qurumlarından), yerli özünüidarəetmə orqanlarından və hüquqi şəxslərdən İdarələrarası Komissiyanın fəaliyyəti ilə bağlı zəruri məlumatları, sənədləri və materialları alır;

İdarələrarası Komissiyanın fəaliyyətini təmin edən idarələrarası ekspert qrupları yaradır;

müqavilə əsasında dövlət və qeyri-dövlət müəssisə, idarə və təşkilatlarını, habelə ayrı-ayrı mütəxəssis və ekspertləri analitik-tədqiqat işlərinin aparılması üçün cəlb edir;

Azərbaycan Respublikası Prezidentinin razılığı ilə Katibliyin rəhbərini, Katiblik rəhbərinin təqdimatı əsasında Katibliyin işçilərini vəzifəyə təyin və vəzifədən azad edir;

Katibliyin fəaliyyətinə nəzarət edir;

işçilərin say həddi daxilində Katibliyin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edir;

Katibliyin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, fərqlənən işçiləri İdarələrarası Komissiyanın təsis etdiyi döş nişanları ilə və fəxri fərmanlarla təltif edir;

qanunlarla, həmçinin Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir və hüquqlardan istifadə edir".

Bununla yanaşı, Əsasnamənin 9-cu hissəsi də yenilənib:

"İdarələrarası Komissiyanın iclasları sədr tərəfindən təsdiq olunmuş iş planı əsasında keçirilir.

Növbədənkənar iclaslar İdarələrarası Komissiya sədrinin və ya üzvlərinin yarıdan çoxunun təşəbbüsü ilə çağırıla bilər.

İdarələrarası Komissiyanın iclasları onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətli hesab edilir. Komissiya üzvünün iclasda iştirak etməsi mümkün olmadıqda, müzakirə edilən məsələlər barəsində onun fikri yazılı surətdə təqdim edilə bilər.

İdarələrarası Komissiyanın iclaslarında qərarlar açıq səsvermə yolu ilə, iclasda iştirak edən İdarələrarası Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, İdarələrarası Komissiya sədrinin səsi həlledici hesab edilir.

İdarələrarası Komissiyanın hər hansı bir üzvü qəbul edilən qərarla razı olmadıqda, onun xüsusi rəyi iclas protokoluna əlavə edilir".

İran Azərbaycana səfir təyin edəcək

Prezidentin Azərbaycana səfəri gündəmdədir.

APA xəbər verir ki bunu İranın Xarici İşlər Nazirliyini sözçüsü İsmayıl Bəqai deyib.

Bəqai prezidentin Azərbaycana səfərinin gündəmdə olduğunu açıqlayıb: “Prezidentin Azərbaycana səfəri gündəmdədir”.

Bəqai eyni zamanda, İranın Azərbaycana səfirinin təyinatı ilə bağlı məlumat verərək bildirib ki, hazırda bu proses davam edir: “Hazırda səfirin təyinatı gedir və ümid edirik ki, bu, tezliklə yekunlaşacaq”.

vusal aslanov

Bakı Metropoliteni QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin sabiq rəisinə yeni vəzifə verilib.

Yol-xeber.az Qaynarinfo-ya istinadən xəbər verir ki, sözügedən departamentin sabiq rəisi Əli Əliyev Bakı Metropoliteni QSC sədrinin müşaviri təyin olunub.

Bu barədə QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, dünən Vüsal Aslanovun müvafiq əmri ilə Bakı Metropoliteni QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə Cəmilə Hidayət qızı Xəlilova təyin edilib.

Azərbaycan və Rusiya XİN rəhbərləri arasında məktub mübadiləsi olub

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 illiyi ilə əlaqədar iki ölkənin xarici işlər nazirləri arasında məktub mübadiləsi olub.

XİN xəbər verir ki, 4 aprel tarixində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 33 ili tamam olur.

Bu münasibətlə, Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyası xarici işlər naziri Sergey Lavrov arasında təbrik məktublarının mübadiləsi baş tutub.

Azərbaycan Respublikası xarici işlər nazirinin məktubunda bildirib ki, ötən onilliklər ərzində ölkələr arasında ümumi tarixi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanan, o cümlədən bir-birinin maraqlarını nəzərə alan ikitərəfli münasibətlər uğurla inkişaf edərək strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə çevrilib:

"Təbii ki, ən yüksək səviyyədə müntəzəm siyasi dialoq əməkdaşlığın mütərəqqi inkişafında mühüm amil olmaqla hər zaman Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinə rəvac verib.

22 fevral 2022-ci il tarixində Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni səviyyəyə keçidini təmin edərək, müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıq üçün möhkəm zəmin yaradıb.

Bu gün, intensiv ikitərəfli təmaslarla səciyyələnən müttəfiqlik qarşılıqlı fəaliyyəti səmərəli şəkildə möhkəmlənməkdə davam edir. Bunun bariz nümunəsi ticarət dövriyyəsinin durmadan artması, qanunvericilik bazasının genişləndirilməsi, eləcə də birgə layihə və təşəbbüslərin uğurla həyata keçirilməsidir. İkitərəfli gündəmdə mədəni-humanitar əlaqələrin və regionlararası əməkdaşlığın genişləndirilməsi məsələləri xüsusi yer tutur.

Şübhəsiz ki, xarici siyasət qurumları arasında sıx əməkdaşlıq qarşılıqlı maraq doğuran geniş spektrli məsələlər üzrə müttəfiqlik qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə kömək edir.

Əminəm ki, Azərbaycan-Rusiya münasibətləri dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da hərtərəfli şəkildə dərinləşəcək və yeni məzmunla təmin olunacaqdır", - Ceyhun Bayramovun məktubunda deyilir.

Üç qurum ləğv olundu - Sərəncam

Elm və Təhsil Nazirliyinin tabeliyindəki bəzi qurumlar publik hüquqi şəxsə çevrilib.

" Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamla nazirliyin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılıb:

- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;

- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;

- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;

- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;

- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;

- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;

- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu

- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu;

Bundan başqa, müasir infrastruktura və beynəlxalq standartlara uyğun elmi tədqiqat və təcrübi istehsalat bazasına malik 2 yeni elmi müəssisə yaradılıb. Belə ki, nazirliyin tabeliyindəki Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə, Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə, Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilib.

Həmçinin nazirliyin tabeliyindəki “Nafta”, “Aşqar” və “Kompozit” Elmi İstehsalat Birlikləri ləğv edilib.

Xəbər lenti