![]() |
|
Azərbaycanda rəsmi səfərdə olan Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Prezident Frank-Valter Ştaynmayer Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Azərbaycanda səfərdə olan Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Bakıda rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Almaniya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayeri qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Almaniya Prezidentinə raport verdi.
Almaniya və Azərbaycanın Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniyanın Prezidenti Frank-Valter Ştaynmayerin qarşısından keçdi.
Dövlət başçıları rəsmi foto çəkdirdilər.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazda yeni savaş təhlükəsinin kifayət qədər ciddi əlamətləri mövcuddur. Belə ki, Ermənistan Azərbaycana qarşı hərbi təxribatları davam etdirir. Üstəlik, erməni təxribatları son vaxtlar daha da intensivləib. Atəşkəs rejimi davamlı olaraq, pozulmaqdadır. Eyni zamanda, rəsmi İrəvan Ermənistanın hərbi təxribatlarını müxtəlif məntiqsiz bəhanələrlə izah etməyə də cəhd göstərir. Və Cənubi Qafqazda regional gərginliyi artırmaqda olan Ermənistanın daxilində də qarşıdurma mühiti dərinləşir.
Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti hazırda həm daxili, həm də xarici təzyiqlər altında qalıb. ABŞ və Qərbin vərdiş etdiyi dəstəkdən böyük ölçüdə məhrum qalan rəsmi İrəvan indi radikal-revanşist erməni müxalifəti ilə həlledici savaşa başlamaq məcburiyyətində qalıb. Xüsusilə də gələn il keçirilməsi nəzərdə tutulan növbəti parlament seçkiləri ərəfəsində Ermənistan cəmiyyətində reytinqi ciddi şəkildə aşağı düşən Paşinyan hakimiyyəti üçün real təhlükə əlamətləri müşahidə olunur. Və mövcud situasiya Rusiyaya bağlı radikal erməni müxalifətinə siyasi qələbə ümidləri verməkdədir.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan yaxınlaşan təhlükənin qarşısıalınmaz məzmun qazandığını artıq anlamağa başlayıb. Ona görə də, erməni baş nazirin əsas siyasi rəqiblərinin üzərinə hücuma keçməyə çalışdığı açıq-aşkar nəzərə çarpır. Belə ki, son vaxtlar baş nazir Nikol Paşinyan keçmiş prezidentlər, hərbi cinayətkarlar olan Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyana qarşı açıq savaş açmış kimi görünür. Erməni baş nazir hazırda bu hərbi cinayətkarların və onların rəhbərlik etdikləri radikal-revanşist qüvvələrin əsas “ideoloji alətlər”ini sıradan çıxartmağa cəhd göstərir. Və baş nazir Nikol Paşinyanın bir müddət öncə “Qarabağ hərəkatı”nın Ermənistan dövlətçiliyi qarşısında ən böyük təhlükə olduğunu bəyan etməsi qarşıdurmanın geriyədönməz xarakter aldığını sezdirir.
Digər tərəfdən, baş nazir Nikol Paşinyan radikal-revanşist düşərgənin Ermənistanı yeni savaşa sürüklədiyini də iddia edir. Erməni baş nazirin bir müddət öncə dilə gətirdiyi “mən orduya göstəriş vermişəm ki, atəşkəs pozulmasın” açıqlaması Ermənistanın siyasi məkanında məkrli oyunlara start verildiyini göstərir. Hər halda, bu açıqlama ilə baş nazir Nikol Paşinyan yeni savaşa yol aça biləcək atəşkəsin pozulma hallarına görə məsuliyyəti öz üzərindən atmağa çalışır. Buna parallel olaraq, həm də dolayısı ilə revanşist-radikal erməni müxalifətini atəşkəsin pozulmasında suçlamış olur. Və Ermənstan ordusuna kənar təsirlərin mövcudluğuna eyham vurur.
Belə anlaşılır ki, hazırda Ermənistan ordusunun hərbi təxribatlarına görə kimi məsuliyyət daşıdığı qeyri-müəyyəndir. Halbuki, Paşinyan hakimiyyəti istənilən halda, siyasi-hüquqi məsuliyyətdən yayınmaq şansına malik deyil. Ona görə də, hesab etmək olar ki, onun bu barədə açıqlamaları daha çox daxili aiditoriya üçün nəzərdə tutulub. O, Ermənistan cəmiyyətinə mesaj verir ki, “Qarabağ hərəkatı”na bağlı siyasi düşərgə ölkəni növbəti dəfə müharibə təhlükəsi ilə üzləşdirməkdədir. Və əgər, bu mesaj reallığı əks etdirirsə, bu, o deməkdir ki, Ermənistanda daxili proseslər nəzarətdən çıxmaq üsrədir.
Maraqlıdır ki, bu varinatda Paşinyan hakimiyyətinin Ermənistan ordusu üzərində heç bir təsirinin olmadığı barədə düşünmək lazım gəlir. Yəni, Paşinyan hakimiyyəti ilə qarşıdurma vəziyyətində olan və sülh sazişinin imzalanmasını istəməyən kənar qüvvələr Cənubi Qafqazda yeni savaş törərmək üçün real mexanizmlərə malikdirlər. Bu versiya nə qədər inandırıcı görünmüş olsa belə, Paşinyan hakimiyyətinin Ermənistan ordusu üzərində ümumiyyətlə, nəzarət imkanlarının olmadığını iddia etmək də sadəlövlük olardı. Və bu baxımdan, rəsmi İrəvanın ikibaşlı təhlükəli planların reallaşdırılmasına çalışmış ola biləcəyi də qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Ermənistan cəmiyyətində siyasi reytinqi sürətlə əriyən Paşinyan hakimiyyəti qısamüddətli də olsa, yeni regional savaşın törədilməsində maraqlı tərəf kimi görünür. Çünki yeni savaş Paşinyan hakimiyyətinə eyni vaxtda bir neçə istiqamət üzrə manevr məkanı aça bilər. Birincisi, hərbi toqquşmalar hesabına Ermənistanda növbəti parlament seçkilərini təxirə salmaq mümkündür. Bu, Paşinyan hakimiyyətinə sosial bazanın genişləndirilməsi üçün vaxt qazandırar. Çünki, Ermənistan cəımiyyətinin qısamüddətli hərbi toqquşmalar üzərindən yeni müharibə ilə qorxudulması Paşinyan hakimiyyətinin sosial bazasının genişləndirilməsinə yol aça biləcək factor hesab edilir.
Digər tərəfdən, bu manevrlə Paşinyan hakimiyyəti Ermənistanda sülhə və sabitliyə təminat verə biləcək yeganə siyasi qüvvə kimi təblig olunması üçün də ideoloji məkanın açıla biləcəyi istisna deyil. Çünki rəsmi İrəvan erməni müxalifətini atəşkəsin pozulmasında dolayısı da olsa, ittiham etməklə, gələcək təbliğat üçün ilkin baza yaratmış kimi görünür. Yəni, hərbi təxribatlar silahlı toqquşmalara çevrilərsə, Paşinyan hakimiyyəti erməni reavşistləri Ermənistanı savaşa sürükləməkdə suçlaya bilər. Və növbəti müharibə təhlükəsi ilə qorxudulmuş Ermənistan cəmiyyətinin yenidən Paşinyan hakimiyyətinin arxasında birləşməsi reallaşmış olar.
Göründüyü kimi, rəsmi İrəvan davamlı olaraq, sülh sazişini dərhal imzalamağa hazır olduğunu bəyan etsə də, əslində, bu, siyasi manipulyasiyadan başqa bir şey deyil. Çünki indi öz hakimiyyətini qorumaq üçün baş nazir Nikol Paşinyana yeni savaş situasiyası daha sərfəlidir. Ona görə də, atəşkəs rejiminin pozulması hallarını revanşist erməni müxalifəti ilə əlaqələndirməyə çalışsa da, bu hərbi təxribatların arxasında məhz Paşinyan hakimiyyətinin siyasi maraqlarının gizlənmiş ola biləcəyi qətiyyən istisna deyil. Və əgər, bu versiya doğrudursa, deməli, Ermənistanın seçkilərin yaxınlaşdığı ərəfədə - bu ilin sonları, yaxud gələn ilin əvvəllərində Azərbaycana qarşı savaşa başlaya biləcəyini elə indidən təxmin etmək olar.
Gənc istedadlara xüsusi təqaüdlər veriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, adları “Qızıl kitab”a yazılmış gənc istedadlara xüsusi təqaüdlərin verilməsi məqsədilə Prezidentin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 98 min 794 manat məbləğində vəsait ayrılıb.
İsmayıllı rayonunun İvanovka kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, İsmayıllı rayonunun İvanovka kəndində 1250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün Prezidentin ehtiyat fondundan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ilkin olaraq 5 milyon manat ayrılıb.
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfər edəcək.
"Report" məlumatına görə, səfərin bu ay baş tutması nəzərdə tutulub.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 1-də İran İslam Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri Mehdi Sənayini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.