İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin Sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident: Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi

Antoni Blinkenin siyasəti, əslində, ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi.

Bunu Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

“Biz onilliklərlə həmin münasibətləri qururduq. Biz ABŞ-la etibarlı, yaxın tərəfdaş idik və onlar bizimlə idi, biz onlara lazım olanda, biz onlarla idik. İraqa gəldikdə biz, bəli, Əfqanıstana gəldikdə, bəli. Biz qeyri-NATO ölkəsi olaraq 2020-ci ildə Əfqanıstandakı əməliyyatlara qoşulduq və biz sonuncu (oranı – red.) tərk edən tərəf olduq”, - deyən dövlət başçısı vurğulayıb ki, lakin biz çıxandan sonra onlar bizə sanksiya tətbiq etdilər və bu, Azərbaycanda böyük məyusluq yaratdı.

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə" dəyişib

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə", eləcə də nazirlik yanında fəaliyyət göstərən 4 agentliyin nizamnaməsi dəyişib.

Bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb.

Fərmana əsasən, dövlət başçısının 12 yanvar 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”də, 11 oktyabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi”ndə, 8 sentyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə, 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi”ndə və 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.

Dəyişikliyə əsasən, tabeli agentliklərin sərəncamında qalan vəsaitdən nazirlik əməkdaşlarının vəzifə maaşlarına əlavə və mükafatların verilməsi üçün ayırmalar nəzərdə tutulur.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavininə yeni vəzifələr verildi

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edilib.

Bununla bağlı Prezident İlham Əliyev yeni sərəmcam imzalayıb.

Sərəncama əsasən, dövlət başçısının “Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” 23 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 16 yanvar 2009-cu il tarixli və “Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” 7 mart 2013-cü il tarixli sərəncamlarında dəyişiklik edilib.

indi-hemin-o-boyuk-qardas-brusseldir

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında onilliklərlə erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilərdən danışıb.

Dövlət başçısı bununla bağlı deyib:

“Biz bu məsələləri Ermənistan nümayəndələri ilə, onların Brüsseldə əyləşən yeni rəhbərləri ilə qaldırırıq. İndi onlar böyük qardaşını dəyişiblər. İndi həmin o böyük qardaş Brüsseldir.

Prezident Tramp Dövlət Departamentində belə bir addım atdı ki, USAID ləğv olundu, korrupsiyaya uğramış siyasətçi Robert Menendes də cəzalandırıldı. Amma o, sonuncu olmalı deyil. Yəni, necə deyərlər, bir qaranquşla bahar olmaz. Çünki onlar pulları onlardan alıb ciblərinə qoyurlar. Məsələn, cənab Adam Şif, cənab Frank Pallone, xanım Nensi Pelosi və bir çox digərləri. Onlar onilliklərlə erməni diaspor təşkilatlarından ABŞ-də o pulları alırdılar ki, Azərbaycana hücum çəksinlər, gözdən salsınlar”.

sulh-muqavilesinin-bendlerinin-ekser-hissesi-razilasdirilib

“Xocalı soyqırımında 613 insan - 100-dən artıq qadın, o cümlədən 60 uşaq qətlə yetirilmişdir. Lakin biz gələcəyə baxmalıyıq”.

Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında söyləyib.

“Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin (Ermənistana təqdim olunan – red.) müəllifidir. Bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və, demək olar, bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.

prezident-xii-qlobal-baki-forumunda-istirak-edir

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.

 Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

 

 


 
Prezident: Bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir

COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi.

Bu barədə Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır".

Hökumət sabah hesabat verəcək

Milli Məclisin martın 14-də keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.

Yığıncağın gündəliyinə yalnız bir məsələ daxil edilib.

Belə ki, iclasda Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabat müzakirə ediləcək.

İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir

Bu dəqiqələrdə Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Xəbər lenti