Almaniya kanslerinin Azərbaycana rəsmi səfəri həm ikitərəfli, həm də Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər baxımından olduqca mühüm idi.

 

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib. Deputat sözügedən səfərin ciddi iqtisadi tərəflərinin olduğunu bildirib:

“Xanım Merkel qeyd etdi ki, Almaniyanın regionda Azərbaycanın simasında böyük, vacib ticarət tərəfdaşı var. Kansler onu da əlavə etdi ki, Azərbaycan da öz növbəsində iqtisadiyyatının şaxələndirilməsində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Təkcə bu fikir onu deməyə əsas verir ki, Almaniya Azərbaycanla iqtisadi tərəfdaşlığa böyük əhəmiyyət verir və şaxələndirilən iqtisadiyyatımızda yeni sərfəli iqtisadi perspektivlər görür. Məsələnin əsl mahiyyəti isə ondan ibarətdir ki, Avropanın iqtisadiyyatı ən böyük olan ölkəsi olmasına baxmayaraq, Almaniya yeni dünya siyasətinin formalaşması prosesində iqtisadiyyatına uyğun səviyyədə hərbi-siyasi fəallıq nümayiş etdirə bilmir. Çünki İkinci Dünya savaşından sonra götürdüyü bəzi beynəlxalq öhdəliliklərə sadiq qalmaq məcburiyyətindədir. Ona görə də Yaxın Şərq və Şimali Afrikada, hətta Şərqi Avropa və Balkanlarda belə baş verən kordinal dəyişikliklər zamanı hadisələrə aktiv hərbi müdaxilə edən ölkələr sırasında görünmür. Bütün bunların əvəzində isə Almaniya bu boşluğu iqtisadi vasitələrlə konpensasiya etməyə çalışır”.

Millət vəkili qeyd edib ki, Almaniya son dövrlərdə buna paralel olaraq insan hüquq və azadlıqları məsələsindən də öz milli maraqları lehinə yaralanmağa çalışır:

“Ancaq bu məsələdə elə Almaniyanın özündə xeyli problemlər var. Ona görə də insan hüquqları silahını hələ ki effektif təzyiq vasitəsinə çevirə bilmir. Federal kanslerin Azərbaycana səfəri öncəsi bir qrup öyrədilmiş “fəalın” Almaniyada piket keçirməsi, alman jurnalistin səriştəsiz və yersiz sualı da təsadüfi deyildi. Ancaq bununla belə, Almaniya kansleri xanım Angela Merkelin ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarları əsasında səylərini davam etdirəcəyini və aidiyyəti regionlarda insanların vəziyyətinin yaxşılaşması üçün məsələnin həllini tapmağa çalışacağını bildirməsi Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyət kimi qiymətləndirilməlidir. Ümumiyyətlə, bu səfər ikitərəfli münasibətlərdə yeni mərhələ yaradacaq səfər kimi yadda qaldı və bu, Azərbaycanın maraqlarına uyğundur”.

 
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti