Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Xarici iİşlər naziri Elmar Məmmədyarovun sədrliyi ilə nazir müavinləri, kollegiya üzvləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-nin idarə və struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə geniş tərkibli iclas keçirilib.

 

XİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, E. Məmmədyarov peşə bayramı münasibətilə kollektivi, o cümlədən xarici ölkələrdəki diplomatik nümayəndəliklərin əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir milli maraqlarına xidmət edən xarici siyasət kursunun tarazlaşdırılmış və çoxistiqamətli əsaslarla davam etdiyini deyib.

Geniş tərkibli iclasda 8 iyul tarixində XİN kollektivinin, o cümlədən gənc qadın əməkdaşların qoşunların təmas xəttinə səfəri, peşə bayramını ön xətdə xidmət çəkən əsgər və zabitlərlə birlikdə qeyd etmələri, təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biri kimi Tərtərin Qapanlı kəndinə getmələri, məcburi köçkünlər üçün yeni salınmış Şıxarx qəsəbəsi və ermənilərin Qarabağa köçürülməsinin 200 iliyi ilə əlaqədar tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış Marağa 150 abidəsinin qalıqları ilə yerində tanış olmaları xüsusi vurğulanıb.

İclasda gündəlikdə duran prioritet tapşırıq və vəzifələr, regiondakı vəziyyət, 2019-cu ildə qeyd ediləcək Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlər planının hazırlanması, 2019-2022-ci illərdə Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi və 2019-cu ildə Qoşulmama Hərəkatı zirvə toplantısının Azərbaycanda keçirilməsi məsələləri müzakirə olunub. E. Məmmədyarovun rəhbərliyi altında Xarici İşlər Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar tədbirlərin hazırlanması və həyata keçirilməsi üzrə təşkilat komitəsi yaradılıb.

10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur
08 May 2025 Prezident sərəncam imzaladı: 5 milyon ayrıldı

Xəbər lenti