![]() |
|
Ukrayna Ali Radasının spikeri Andrey Parubiy Adolf Hitleri ən böyük demokrat adlandırıb.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, o, bunu ICTV telekanalının efirində deyib:
“Özüm birbaşa demokratiyanın tərəfdarıyam. Yeri gəlmişkən, sizə onu deyim ki, birbaşa demokratiyanı tətbiq edən ən böyük adam ötən əsrin 30-cu illərində Adolf Hitler olub”.
Birbaşa demokratiyanı elmi səviyyədə öyrəndiyini deyən Parubiy Hitlerin onun inkişafına töhfəsini unutmamağa çağırıb.