![]() |
|
Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasını keçirib.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, görüşdə əsas müzakirə mövzusu İdlib böhranı olub.
O, həmçinin Putinin TŞ üzvlərini Şərq İqtisadiyyat Forumu çərçivəsində keçirdiyi görüşlərlə bağlı məlumatlandırdığını bildirib.