12:31

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Çin Xalq Respublikasının Sinxua xəbər agentliyinin nazir statusunda baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

Axar.az xəbər verir ki, Çinin Sinxua xəbər agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi ilə yaxşı əməkdaşlıq etməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinqin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərindən sonra bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. Çin-Azərbaycan əlaqələrinin çox uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Çin Xalq Respublikasına rəsmi səfərini məmnunluqla xatırlayaraq həmin səfərin çox yaxşı nəticələr verdiyini vurğulayıb. İki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün çox yaxşı imkanların olduğunu qeyd edən dövlətimizin başçısı qarşılıqlı ixracın artırılması üçün əməli işlərin aparıldığını dedi. Turizm sahəsində də əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirən Prezident İlham Əliyev deyib ki, Çin vətəndaşları Azərbaycana elektron viza vasitəsilə rahat gələ bilərlər. Dövlətimizin başçısı turizmin inkişafında xəbər agentliklərinin və mətbuatın böyük rolunu qeyd edib. Prezident İlham Əliyev ölkələrimizin, eyni zamanda, nəqliyyat sahəsində uğurlu əməkdaşlıq etdiyini, Çindən Azərbaycan ərazisindən dünya bazarlarına çıxarılan məhsulların sayının və həcminin artdığını vurğulayıb.

Qəbula görə Çin nümayəndə heyəti adından dövlətimizin başçısına minnətdarlığını bildirən Sinxua xəbər agentliyinin baş redaktoru Hi Pinq bunu Prezident İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafına verdiyi çox böyük önəmin göstəricisi kimi dəyərləndirib. Hi Pinq Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu deyib. Sinxua xəbər agentliyinin baş redaktoru, öz növbəsində, bildirib ki, 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri zamanı Çin Xalq Respublikasının sədri Si Szinpinlə görüşü və orada imzalanan əməkdaşlıq sazişləri əlaqələrimizin inkişafına çox böyük təkan verib. O qeyd etdi ki, iki ölkənin dövlət rəhbərlərinin fəaliyyəti nəticəsində son illər Azərbaycan-Çin münasibətlərinin inkişafı uğurla davam edir. Ölkəmizdə keçirdiyi görüşlərdən danışan Hi Pinq Sinxua ilə Azərbaycan Dövlət İnformasiya Agentliyi arasında əməkdaşlıq haqqında imzalanan sənədlərin əhəmiyyətini qeyd edərək bu əməkdaşlığın daha da genişləndirilməsinin önəmini vurğulayıb.

Qonaq Azərbaycanda çalışan Çin şirkətlərinin fəaliyyəti ilə yaxından tanış olduqlarını da məmnunluqla qeyd edib. Sinxua xəbər agentliyinin baş redaktoru Çinin “Bir kəmər-bir yol” təşəbbüsü çərçivəsində ölkələrimiz arasında münasibətlərin daha sürətlə inkişaf etdiyini bildirib.

10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti