![]() |
|
Türkiyə-İraq sərhədində pozuntuların qeydə alınması səbəbi ilə rəsmi Bağdad bölgəyə çox sayda əsgər göndərəcək.
Axar.az xəbər verir ki, Bağdaddan göndərilən heyət əsgərlərin yerləşdirilməsi üçün bölgələri təyin edəcək. Sərhəd pozuntularının qeydə alınması halında İraq rəsmiləri BMT-ə şikayət edəcək.
Məlumata görə, Abadi administrasiyasının bu addımı PKK terrorçularının işinə yaraya bilər. Belə ki, sözügedən bölgədə türk ordusu antiterror əməliyyatları həyata keçirərək PKK-ya ağır zərbə endirib. Bölgəyə İraq qoşunlarının göndərilməsi isə qışa doğru hərbi əməliyyatların keçirilməsinə əlavə çətinliklər yaradacaq.