![]() |
|
ABŞ Müdafiə naziri Ceyms Mettis Makedoniyaya səfər edib.
Axar.az xəbər verir ki, Mettis jurnalistlərə açıqlamasında səfərində əsas məqsədin Makedoniyada NATO tərəfdarlarını dəstəkləmək olduğunu bildirib.
“Biz istəmirik ki, Rusiya burada əvvəllər başqa ölkələrdə etdiklərini təkrarlasın. Bizim səfərdə əsas məqsədimiz makedoniyalılara ABŞ və Avropa Birliyinin onların NATO-ya üzvlük istəklərini dəstəklədiyimizi göstərməkdir”, – deyə o söyləyib.
Qeyd edək ki, bu, ABŞ müdafiə nazirinin son 14 il ərzində Makedoniyaya ilk səfəridir.