![]() |
|
ABŞ-da 2018-ci il Konqres seçkilərindən sonra Prezident Donald Tramp Pentaqon rəhbəri Ceyms Mettisi postundan kənarlaşdıracaq.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin adı açıqlanmayan mənbələri məlumat yayıb.
İddia edilir ki, ABŞ-ın Suriya və Şimali Koreya siyasəti ilə bağlı Tramp və Mettis arasında ciddi fikir ayrılıqları var.
Həmçinin Mettisin Trampa olan sədaqətini ictimaiyyətə açıqlamayan biri olduğu deyilir.