2018.09.18, 21:22

Bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz.

Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin Aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib.

Dövlətimizin başçısı deyib:

“Bundan sonra da biz onlara lazım olan vaxtda tutarlı cavablar verəcəyik. Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olubdur və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.

Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik. Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.

 

10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti