![]() |
|
17:55
Prezident İlham Əliyev Quba rayonunun İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən 6 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən İdrisqışlaq–Qasımqışlaq–Xaspolad–Zərqava–Aspərəsti–Çayqışlaq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 10,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
***
Prezident İlham Əliyev Sadiq Sadıqovun Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Sadiq İzzət oğlu Sadıqov Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
***
İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Şöhrət” ordeni ilə
Həsənov Həmid Qəzənfər oğlu
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Rəşad Qədim oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Bəkirov Şaiq Xanbaba oğlu
Hüseynov Həbib Abdul oğlu
İsgəndərov Rövşən Mirzəhüseyn oğlu
İsmayılov Elman Abbas oğlu
Quliyev Nəriman Abubəkir oğlu
“Tərəqqi” medalı ilə
Abaslı Qulu Nəriman oğlu
Abasov Həsən Əli oğlu
Abbasov Əmir Zeynal oğlu
Abbasov Qadir Seyidəhməd oğlu
Abbasov Rafiq Hümbət oğlu
Abdullayev Fəqani Nəzir oğlu
Axundov İxtiyar Əli Rasim oğlu
Ayan Mustafa
Azadlı Namiq Nazim oğlu
Bayramov Elman Allahverdi oğlu
Bayramova Mətanət Vilayət qızı
Cəfərov Nadir Zeynal oğlu
Əhmədov Xanəhməd Əhməd oğlu
Əhmədov Şıxbala Şıxəli oğlu
Əhmədov Zahid Nurəhməd oğlu
Əliyev Arif Əliağa oğlu
Əliyev Həsən Mirələm oğlu
Əliyev Məmməd Qurban oğlu
Əliyev Yasər Xasay oğlu
Əlizadə Mərdan Fərman oğlu
Feyziyev Nüdrət Hidayət oğlu
Hacıyeva Gülnara Xanım Şaiq qızı
Həsənov Əflatun Mürsəl oğlu
Həsənov Ələkbər Rəsul oğlu
Həsənov İlqar Lütfiq oğlu
Hüseynov Arif Güləhməd oğlu
Hüseynov Rasim Ənvər oğlu
Hüseynov Tofiq Vəli oğlu
Xankişiyev İfrahil İbrahim oğlu
İsmayılov Akif Məhəmməd oğlu
Katibli Rüfət Rafiq oğlu
Kərimov Həsənbəy Seyfutdinoviç
Kirdoda İqor İvanoviç
Mehdiyev Mehman Adil oğlu
Məmmədov Anar Fərruh oğlu
Məmmədov Emil Bəhruz oğlu
Məmmədov Fərhad Balabəy oğlu
Məmmədov Nizami Əli oğlu
Məmmədov Sahib Qəhrəman oğlu
Məmmədov Yaşar Məmməd Kərim oğlu
Mirzəyev Amil Canalı oğlu
Mirzəyev Gülməmməd Nifti oğlu
Nəzirov Cavanşir Nadir oğlu
Novruzov Əli Tofiq oğlu
Rəhimov Qivaməddin Abbas oğlu
Rüstəmov Polad Sabir oğlu
Səlimov Zülfüqar Abdurəhim oğlu
Sultanov Fuad Hüseynağa oğlu
Şəfiyev Rafik Şəfi oğlu
Tağıyev Zalid Abdulhəmid oğlu
Tahirov Tərlan Telman oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
“Əməkdar mühəndis”
Aslanov İlham Tağı oğlu
Hüseynov Otel Əhmədiyə oğlu
Quliyev Kərim Yaqub oğlu
Mehdiyev Faiq Mehdi oğlu
Nağıyev Roman Fərhad oğlu
Şamilov Valeh Məmməd oğlu
“Əməkdar müəllim”
Vəliyev Fuad Həsən oğlu.
***
İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Həsənov Raqif Yaqub oğlu
Nərimanov Akif Əli oğlu
Orucov Nizami Nəcəfqulu oğlu
Ramazanova Elmira Məmmədəmin qızı.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev M.Y.Şvıdkoyun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə Mixail Yefimoviç Şvıdkoy “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.
***
İlham Əliyev Hüseyn Saltuk Düzyolun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin vaxtında və keyfiyyətlə icra olunmasında xidmətlərinə görə layihənin Baş icraçı direktoru Hüseyn Saltuk Düzyol “Dostluq” ordeni ilə təltif edilsin.
***
İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılmasına, onun xammal bazasının yaxşılaşdırılmasına, idxalı əvəz edən yeni istehsal sahələrinin yaradılmasına və ixrac imkanlarının genişləndirilməsinə dövlət dəstəyinin artırılması, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrindən irəli gələn tədbirlərin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti aşağıdakılar barədə təkliflərini və normativ hüquqi akt layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
1.1. ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizmi;
1.2. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının dəstəklənməsi məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi mexanizmi;
1.3. mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal fəaliyyətinin dəstəklənməsi üçün onların kadr potensialının artırılmasına dövlət dəstəyi mexanizmi;
1.4. ölkədə istehsal olunmayan və daxili istehsalda istifadə edilən xammalın idxalına gömrük güzəştlərinin tətbiqi;
1.5. mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsi;
1.6. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə”;
1.7. ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası”.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki, qeyri-neft sektorunun rəqabət və ixrac qabiliyyətinin artırılması məqsədilə:
2.1. ölkədə fəaliyyət göstərən müəssisələrin qlobal dəyər zəncirlərinə qoşulmasına dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. müqayisəli üstünlük əsasında yerli istehsalı rəqabətqabiliyyətli olan konkret məhsulların siyahısının hazırlanmasını və istehsalının təşkili kommersiya cəhətdən səmərəli olan məhsulların təşviqini təmin etsin;
2.3. bu Sərəncamın 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Energetika Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Əqli Mülkiyyət Agentliyinin və Dövlət Neft Şirkətinin nümayəndələrini cəlb etməklə işçi qrup yaratsın;
2.4. “www.azexport.az” və “www.enterpriseazerbaijan.com” internet portallarının imkanlarından istifadə etməklə qeyri-neft sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsi, alternativ maliyyələşməyə açıq investisiya layihələrinin təqdim olunması, yerli malların ənənəvi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi, qeyri-neft məhsulları istehsalçılarının beynəlxalq bazara inteqrasiyası prosesinin sürətləndirilməsi və bu sektorun ixrac qabiliyyətinin artırılması istiqamətində tədbirlər görsün.
3. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılsın ki, Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olan “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsini təmin etsin.
***
İlham Əliyev “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1154-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.0.15-ci yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 3.0.15-1-ci yarımbənd əlavə edilsin:
“3.0.15-1. strukturuna daxil olan qurum vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”.
2. “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.0.3-cü yarımbəndə “təqdim etmək,” sözlərindən sonra “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla” sözləri əlavə edilsin;
2.2. aşağıdakı məzmunda 3.0.3-1-ci yarımbənd əlavə edilsin:
“3.0.3-1. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsinə razılıq vermək;”