![]() |
|
Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə “İl-20” təyyarəsinin qəzaya düşməsi ilə bağlı başsağlığı teleqramı göndərib.
“SANA”ya istinadən xəbər verir ki, teleqramda deyilir:
“Suriya xalqı adından Rusiya hərbçilərinin ölümü ilə bağlı dərin hüznlə başsağlığı verirəm.Ümid edirik, faciəvi hadisə terrorizmlə mübarizənin davam etdirilməsinə mane olmayacaq”.
Xatırladaq ki, göyərtəsində 15 hərbçi olan “İl-20” təyyarəsi sentyabrın 17-də Aralıq dənizində vurulub.