![]() |
|
Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri Rasim Quliyevin tutduğu vəzifədən azad edilib.
Axar.az xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Aparatı Modern.az-a faktı təsdiqləyib. Bildirilib ki, Rasim Quliyev Aparat rəhbəri vəzifəsindən azad edilərək, meriyada başqa işə keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun meriyaya yeni Aparat rəhbəri təyin etdiyi də bildirilir.
R.Quliyev 1970-ci ildə Naxçıvan MR-in Şahbuz rayonunda doğulub. Azərbaycan Neft Akademiyasını bitirib. Əvvəllər “Səs” qəzetnin baş redaktor müavini, sonra Səbaildəki 30 saylı Dairə Seçki Komissiyasının sədri olub. Daha sonra Bakı meriyasının Aparat rəhbəri təyin edilib.