Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakıda səfərdə olan Pakistan İslam Respublikası Senatının sədri Məhəmməd Sadiq Səncari ilə görüşüb.

 

Axar.az-ın xəbərinə görə, N.Məmmədov Məhəmməd Sadiq Səncarini Pakistan Senatının sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-Pakistan münasibətlərindən danışan Novruz Məmmədov ölkələr və xalqlar arasındakı əlaqələrin böyük tarixi köklərə malik olduğunu vurğulayaraq deyib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir: "Ölkələrimiz arasında əlaqələr həm ikitərəfli, həm də çoxtərəfli formatlarda inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əminəm ki, Sizin səfəriniz bu əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

 

Baş nazir Azərbaycan-Pakistan münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin də mühüm rol oynadığını deyib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan N.Məmmədov bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə Pakistan tərəfinə minnətdarlığını ifadə edib.

Pakistan Senatının sədri Məhəmməd Sadiq Səncari Novruz Məmmədovu Baş nazir təyin edilməsi və Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təbrik edib. O, Pakistanın Baş naziri İmran Xanın salamlarını Novruz Məmmədova çatdırıb. Pakistan ilə Azərbaycan arasında səmimi dostluq və qardaşlıq əlaqələrinin olduğunu vurğulayan Senatın sədri yüksək səviyyəli səfərlərin, görüşlərin bu münasibətlərin daha da inkişafına təkan verdiyini dedi. Məhəmməd Sadiq Səncari Azərbaycanın müstəqilliyini bərpa etməsindən ötən dövr ərzində Pakistan Prezidentinin, Baş nazirinin, Senat sədrinin ölkəmizə bir neçə dəfə səfər etdiklərini xatırlatdı, həmin səfərlər zamanı keçirilən görüşlərin, aparılan müzakirələrin ikitərəfli əlaqələrin inkişafında xüsusi rol oynadığını bildirib.

Görüşdə ölkələr arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu imkanları, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Xəbər lenti