![]() |
|
Prezident İlham Əliyev Mali Respublikasının Prezidenti Zati-aliləri cənab İbrahim Bubakar Keytaya məktub ünvanlayıb.
Axar.az xəbər verir ki, təbrikdə qeyd edilir:
Hörmətli cənab Prezident,
Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Mali arasındakı əlaqələr daim inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm.