![]() |
|
Əgər ABŞ Prezidenti Donald Tramp indiki siyasətini davam etdirsə, onu İraqın keçmiş lideri Səddam Hüseynin taleyi gözləyir.
Axar.az xəbər verir ki, bunu dövlət televiziyasında çıxışı zamanı İran Prezidenti Həsən Ruhani deyib. Onun sözlərinə görə, Tehran ABŞ-ın bütün təzyiqlərinə rəğmən özünün raket proqramından əl çəkməyəcək.
Qeyd edək ki, Səddam Hüseyn 2003-cü ildə ABŞ-ın İraqa müdaxiləsindən sonra devrilib. Bir müddət sonra isə o, edam edilərək öldürülüb.