![]() |
|
Əhvaz teraktının arxasında terrorizmin regional sponsorları və onların amerikalı məsləhətçiləri dayanır.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif paylaşıb.
“Xarici rejimlərin tapdıqları, təlim keçdikləri, silahlandırdıqları və maliyyələşdirdikləri terrorçular Əhvaza hücum həyata keçirdilər. Qurbanlar arasında uşaq və gənclər var. İran bu hücuma məsuliyyətin terrorizmin regional sponsorları və onların amerikalı məsləhətçilərinin olduğunu bildirir. Vətəndaşlarımızın müdafiəsi üçün sürətli və qətiyyətli cavab addımları atılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Əhvazda baş verən terakta görə məsuliyyəti Əhvazın Ərəb Vətənpərvər Demokratik Hərəkatı üzərinə götürüb.