![]() |
|
Rusiya ilə iqtisadiyyat, enerji və sosial sahədə yaxşı əlaqələrimiz olmasa, Moldova yaşamayacaq.
Axar.az xəbər verir ki, bunu yerli KİV-lərə verdiyi açıqlamasında Moldova Prezidenti İqor Dodon deyib.
“Rusiyasız Moldova məhv olacaq. Rusiya olmasa, biz öz sənaye mallarımızı digər bazarlara çıxara bilməyəcəyik. Biz Rusiyadan həm iqtisadi, həm də sosial baxımdan asılıyıq. Ona görə ki, evlərinə hər il milyardlarla dollar göndərən 600 min vətəndaşımız hələ də Rusiyada çalışır”, – deyə o bildirib.