![]() |
|
ABŞ gələn ay bəzi Yaxın Şərq ölkələrindən özünün “Patriot” raketdən müdafiə komplekslərini yığışdıracaq.
Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.
Qəzet “Patriot”ların İordaniya, Küveyt və Bəhreyndən çıxarılacağını bildirib. Ümumilikdə regiondan 4 raket kompleksinin çıxarılması nəzərdə tutulub. Bu yenidənqurmanın ABŞ-ın regiondakı hərbi qüvvələrinin yenidən qruplaşdırılması çərçivəsində həyata keçəcəyi vurğulanıb.