![]() |
|
Fransanın Alfortvil (Alfortville) şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında imzalanan “dostluq xartiyası” Fransa dövləti üçün heç bir hüquqi qüvvəyə malik deyil.
Bu barədə Report-a Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
“Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır, Fransa nə “Dağlıq Qarabağ respublikası”nı, nə də Fransa şəhəri Alfortville ilə imzalanan Dostluq Xartiyasını tanımır”, - XİN-dən əlavə olunub.
Xatırladaq ki, bu il sentyabrın 25-də ermənilərin çoxluq təşkil etdikləri Alfortvil (Alfortville) ilə qondarma “Dağlıq Qarabağ respublikası”ndakı erməni separatçıları arasında “dostluq xartiyası” imzalanıb.