ABŞ Zəngəzur dəhlizinə marağını itirib?

“ABŞ artıq Sünikdən (Qərbi Zəngəzurdan - red.) keçən dəhlizdə maraqlı deyil”. Belə biri iddia ilə erməni siyasi ekspert Armen Badalyan çıxış edib. Onun sözlərinə görə, Avropa Birliyi (AB) və ABŞ Mərkəzi Asiyanın resurslarına pul yatırıb və bu resurslar Cənubi Qafqazdan, oradan isə Qara dənizdən və ya Türkiyədən keçərək AB və ABŞ-a çatmalı idi:

“Ona görə də "artsax" təslim edildi, çünki resursların ixrac yoluna maneə idi. Beləcə, ikinci yolun - Sünikdən keçən dəhlizin önü açılmış oldu. Amma indi ABŞ qlobalistlərini bu maraqlandırmır, çünki nadir metal ehtiyatlarına görə Mərkəzi Asiyanı üstələyən və ABŞ-a daha yaxın olan Qrenlandiya var", - o qeyd edib.

Erməni ekspertin dedikləri doğrudurmu? ABŞ Zəngəzur dəhlizində maraqlı deyil, buna görə əlini üzüb?

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, erməni ekspertin dedikləri həqiqətdən uzaq fikirlərdir və yanlış düşüncədə olan ermənilərin arzusudur: “Ermənilər təəssüf ki, hələ də Zəngəzur dəhlizinin açılmasının onlara gətirəcəyi faydaları anlamırlar, anlamaq istəmirlər. ABŞ ölkəmizin Orta dəhliz layihəsinin inkişafına verdiyi töhfələri qiymətləndirdiyini, Zəngəzur dəhlizinin açılmasına müsbət yanaşdığını dəfələrlə ifadə edib. Çünki ABŞ bunun təkcə Azərbaycanın və Ermənistanın deyil, həmçinin Qərbin də maraqlarına cavab verdiyinə əmindir. Ancaq bir sıra amerikalı siyasi analitiklər bildirirlər ki, ABŞ Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsini arzulamır”.

Deputat qeyd etdi ki, ABŞ öz şirkətlərinin Azərbaycanın bütün bölgələrində fəaliyyətini dəstəkləyir: “Bu şirkətlər Azərbaycanın "yaşıl" enerji ilə bağlı uğurunda, xüsusilə də külək və günəş enerjisində iştirakçı olmağa həvəs göstərir".

A.Hüseynovun sözlərinə görə, Orta dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür: “Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Zəngəzur dəhlizi Orta dəhlizin ən mühüm stansiyalarından sayılır. Çindən başlanan Orta dəhliz marşrutunun məhz Zəngəzur dəhlizi boyunca davam etməsi, Avropaya uzanması ən rentabelli və gəlirli marşrut sayılır.

Bütün bunları və digər məsələləri nəzərə aldıqda ABŞ-ın Zəngəzur dəhlizində maraqlı olub-olmadığı sualının cavabı aydın olur".

Milli Məclisin deputatı Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, erməni ekspertlərin Zəngəzur dəhlizi ilə bağlı təhlil və açıqlamaları, bir qayda olaraq, təbliğat xarakteri daşıyır və ictimai rəyin formalaşmasına xidmət edir: “Armen Badalyanın fikirlərinin özəyini onun ictimai rəyə ötürmək istədiyi feyk məlumatlar təşkil edir. Erməni ekspertin Avropa İttifaqının və ABŞ-ın Mərkəzi Asiyanın enerji resurslarına və dağ-mədən sənayesinə investisiya yatırmaları ilə bağlı söylədikləri o zaman reallığı əks etdirərdi ki, onlar investisiyalarını geri çəksinlər. Amma proses bunun əksini sübuta yetirir. Qazaxıstanın sözügedən sektorlarına investisiya yatıran ölkələr arasında Niderland birinci sırada dayanır. İkinci sırada Rusiya, digər yerlərdə isə ardıcıllıqla Belçika, Cənubi Koreya, Çin, Fransa, Sinqapur, Kipr, Böyük Britaniya dayanır. Son 3-4 il ərzində xarici tərəfdaşların Qazaxıstanın enerji və dağ-mədən sektoruna yatırımlarında azalma baş verib. Ən böyük azalma isə hazırda ABŞ-ın özünə əsas iqtisadi rəqib hesab etdiyi Çinə məxsus investisiyalarda baş verib. Digər Mərkəzi Asiya ölkələrində də vəziyyət demək olar ki, eynidir və bütün bunlar Mərkəzi Asiyanın enerji resursları və digər təbii sərvətləri ilə bağlı erməni ekspertin iddialarını şübhə altına alır”.

Deputat qeyd etdi ki, Armen Badalyanın iqtisadi biliklərinin refleks səviyyəsində olduğunu onun Zəngəzur dəhlizini yalnız Mərkəzi Asiyanın zəngin təbii sərvətləri və Qrenlandiya ilə bağlı dedikləri də təsdiqləyir: “Qrenlandiya hələ tam tədqiq edilməmiş, lakin qiymətli nadir torpaq elementləri və mineral ehtiyatlara malikdir.

Mərkəzi Asiya isə artıq sənaye və enerji sahəsində inkişaf etmiş, geniş neft-qaz ehtiyatlarına və mühüm metallara sahibdir. Qrenlandiya təbii sərvətlər baxımından böyük potensiala malik olsa da, Mərkəzi Asiya enerji ehtiyatları və iqtisadi əhəmiyyətinə görə daha üstün vəziyyətdədir. Bu isə o deməkdir ki, Qrenlandiyada, əgər bu coğrafiya ABŞ-ın nəzarətinə keçərsə, yataqların aşkarlanması və istismarı, eləcə də mədən sənayesinin qurulması üçün ən azı 5 il vaxt lazımdır. ABŞ-da prezidentin səlahiyyət müddəti isə bəlli olduğu kimi, 4 ildir. Bu baxımdan, Mərkəzi Asiyanın enerji resurslarından, xüsusilə də təbii qaz və neftdən imtina kimi tendensiyanın yaxın 5 ildə baş qaldıracağını düşünmək cəfəngiyyatdan başqa bir şey deyil. Digər tərəfdən, Zəngəzur dəhlizi, sadəcə yüklərin və sərnişinlərin daşınması üçün nəzərdə tutulan bir koridor deyil, daha böyük geostrateji əhəmiyyətə malik olan bir layihədir".

10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti