XİN: “Ermənistanın bu cəhdi də uğursuzluğa düçar oldu”

BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun Ruben Vardanyan işi ilə bağlı Ermənistan tərəfinin iddialarının rədd olunduğu martın 13-də dərc olunmuş rəyini (A/HRC/WGAD/2024/46) alqışlayırıq.

Bu barədə Azərbaycan XİN-in bəyanatında bildirilib.

Qeyd olunub ki, “İşçi Qrup öz rəyində Ermənistan tərəfinin Ruben Vardanyanın ifadə azadlığı və siyasi fəaliyyətinə görə həbs olunduğu barədə iddialarını açıq şəkildə rədd edib.

Sözügedən rəydə xüsusilə vurğulanır ki, Ruben Vardanyan Azərbaycan Respublikası tərəfindən bir sıra şəxslərin ölümündə və genişmiqyaslı dağıntılar törədilməsində, terrorçuluğun maliyyələşdirilməsində, qeyri-qanuni silahlı birləşmələr yaradılmasında və s. cinayətlərdə ittiham olunur və məhz bu ittihamlar əsasında həbs olunub.

Bununla yanaşı, onun öz haqlarını müdafiə etməsi və bu çərçivədə bəyanatlar verməsi səbəbindən həbs olunduğu barədə Ermənistan tərəfinin iddiaları əsassız sayılıb. İşçi Qrupun rəyində qeyd olunub ki, ifadə və birləşmək azadlıqları mütləq hüquqlar deyil və onlar xüsusilə milli təhlükəsizlik və ictimai asayişlə bağlı səbəblərə görə məhdudiyyətlərə məruz qala bilər.

Rəyə əsasən, R.Vardanyana qarşı ittihamların onun hərəkətlərinin milli təhlükəsizliyə təhdid törətdiyi qənaətinə gəlməyə imkan verir.

Eyni zamanda, ittiham irəli sürülən zaman və məhkəmə prosesində guya R.Vardanyanın “təqsirsizlik prezumpsiyasını” qüvvədən salan hərəkətlərə yol verildiyi barədə Ermənistan tərəfinin iddialarına rəy verilərkən bildirilir ki, onun həbsi əsaslı şübhələr əsasında həyata keçirilib. Guya Ruben Vardanyanın müdafiəsinə hazırlaşmaq üçün adekvat vaxt və şərait verilmədiyi, onun bu və digər ədalətli məhkəmə hüquqlarından məhrum edildiyi barədə Ermənistan tərəfinin iddialarına baxmayaraq, İşçi Qrup bu iddiaların əsassız olduğu qənaətinə gəlib və Azərbaycan tərəfindən hüquqi prosedurların beynəlxalq standartlara uyğun təmin olunması təsdiqlənib.

Ümumilikdə, Ruben Vardanyanın əsassız həbs olunduğu ilə bağlı Ermənistan tərəfinin İşçi Qrup qarşısında qaldırdığı iddialara baxmayaraq, İşçi Qrupunun bu iddialara qarşı rəyi qeyd edilən şəxsin həbsi ilə bağlı və məhkəmə prosesinə qarşı Azərbaycan əleyhinə qarayaxma kampaniyasının tamamilə əsassız olduğunu bir daha sübut edib və bununla da Ermənistan tərəfinin beynəlxalq hüquq
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
09 May 2025 Prezident İlham Əliyev “Azərişıq” ASC-nin “Xocalı” yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB
09 May 2025 “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışı olub YENİLƏNİB
09 May 2025 Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər YENİLƏNİB
09 May 2025 Azərbaycan hərbçiləri Moskvada Qələbə paradında keçid edib - VİDEO
09 May 2025 İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib
09 May 2025 Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı
09 May 2025 Mehriban Əliyeva 9 May – faşizm üzərində Qələbə Günü ilə bağlı paylaşım edib
09 May 2025 Prezident və xanımı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
09 May 2025 Prezident 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
09 May 2025 Azərbaycanda Qələbə Günü qeyd olunur

Xəbər lenti