![]() |
|
Türkiyə Rusiya və Qərb ölkələri arasında seçim etməlidir.
Axar.az xəbər verir ki, bu sözləri Con Makkeynin ölümündən sonra onu ABŞ Senatının silahlı qüvvələr komitəsi vəzifəsində əvəz edən Ceyms İnhof deyib.
“Əgər Türkiyə F-35 proqramında qalmaq istəyirsə, Rusiyanın S-400-ündən imtina etməlidir”, - İnhof Pentaqonun Konqresə hesabatını şərh edərkən bildirib.
O qeyd edib ki, Türkiyə NATO və ABŞ-ın vacib partnyorudur və Ankara bu statusuna uyğun davranmalıdır:
“Əgər Türkiyə S-400 alınması prosesini davam etdirərsə, bunun nəticələri də olacaq”.
“Blumberq” nəşrinə danışan hərbi ekspert Stiven Zaloq isə deyib ki, ABŞ və NATO S-400-lə bərabər, Türkiyəyə rusiyalı hərbi mütəxəssislərin gəlməsindən də narahatdır:
“Narahatlığın digər səbəbi isə ondadır ki, S-400-ü F-35-in üzərində bu qırıcının antiradar sistemini sıradan çıxarması üçün sınaqdan keçirməyə türklər rus mütəxəssislərə imkan verə bilərlər”.