![]() |
|
Vladimir Putin Trampla G20 zirvəsində ayaqüstü söhbəti barədə danışıb.
Axar.az xəbər verir ki, G20-də təşkil edilən mətbuat konfransında Putin Trampla Kerç insidentini müzakirə etdiyini bildirib.
“Qara dənizdəki insidentlə bağlı Trampın sualına iki sözlə cavab verdim. Bu məsələ ilə bağlı onun öz mövqeyi var, mənim isə öz – biz hər birimiz öz mövqeyimizdə qaldıq, amma hər ehtimala qarşı, mən insidentlə bağlı öz baxışımızı ona çatdırdım”, - Putin deyib.
Putin həmçinin Trampla ikitərəfli görüşünün alınmamasından təəssüf etdiyini bildirib.
Trampın görüşdən imtinasına münasibət bildirən Putin deyib ki, ABŞ prezidenti təcrübəli və yetkin şəxsdir, görünür, nədənsə ehtiyat edir.
Putin deyib ki, Amerika tərəfi hazır olduğu vaxtda ABŞ prezidenti ilə görüş baş tutacaq. Rusiya lideri onu da bildirib ki, görüşlə bağlı hər hansı ilkin şərt qoymayacaq.