![]() |
|
Fransa Baş naziri Eduard Filip benzinə tətbiq edilən verginin artırılmasına moratorium tətbiq etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu məlumatı “Frans Press” agentliyi öz mənbəsinə istinadən yayıb. Filipin öz qərarını İrəli, Respublika Partiyasının deputatları qarşısında çıxışı zamanı elan edəcəyi vurğulanıb.
Qeyd edək ki, Fransada benzin qiymətlərinin artırılmasına qarşı etiraz aksiyaları noyabrın 17-də start götürüb. Aksiyalar nəticəsində yüzlərlə insan həbs edilib.