ABŞ Prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar tikintisinə 5 milyard dollar ayırması tələbindən sonra ABŞ-ın Arktikada öz mövcudluğunu artırması planı barədə unutmaq olar.

Axar.az xəbər verir ki, bunu iddia ilə “Hill” qəzetinin redaktoru Rafael Bernal çıxış edib.

“Bundan öncə daxili təhlükəsizlik sahəsində ayırmalar haqqında qanun layihəsinə əsasən, Amerika ordusuna yeni buzqıran gəminin hazırlanacağı güman olunurdu. Bunun üçün 750 milyon dollar ayrılması planlaşdırılmışdı, lakin bu bənd sonradan bir neçə konqresmenin təşəbbüsüylə sənəddən götürüldü. Hazırda ABŞ-ın buzqıran donanması dəhşətli vəziyyətdədir və yalnız iki köhnə gəmi istifadə edilir. ABŞ-ın büdcə vəsaitlərinin digər məqsədlər üçün xərclənməsi nəzərə alınarsa, Vaşinqton özünün Arktikadakı mövcudluğunu genişləndirə bilməyəcək.

Arktikada buz qatının azalması sayəsində bu regionda yeni yataqların aşkarlanması və yeni dəniz ticarət yollarının açılması imkanları yaranıb. Hazırda Rusiyanın 40 buzqıran gəmisi, ABŞ-ın isə iki belə gəmisi mövcuddur. Bunlardan biri “Polar Star” gəmisi Antarktikadadır və onun istifadə müddəti 12 il əvvəl başa çatıb” – deyə o bildirib.

Qeyd edək ki, son günlər şimal ölkələrinin Arktika regionuna marağı artıb. Xüsusən Arktikada öz mövcudluğunu ABŞ, Kanada, Norveç, Rusiya, Britaniya, İsveç, Danimarka kimi ölkələr genişləndirmək istəyirlər. Artıq Rusiya bölgənin aktiv tədqiqatına başlayıb ki, bu da digər ölkələrin kəskin etirazına səbəb olub.

Aktivliyin artmasının digər səbəbi isə bu bölgədə açılmamış yataqların mövcudluğu ilə bağlıdır. Belə ki, Arktikada təxminən 83 milyard barrel neft və 1550 trilyon kubmetr qaz mövcuddur. Bununla bərabər bölgə platin və nadir torpaq metallar, mis-nikel filizləri, tantal, niyobyum, qızıl və almazla zəngindir.

14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB

Xəbər lenti