Lavrovun suallara verdiyi cavablardan bu qənaətə gəldim ki, Rusiyanın xarici siyasətindəki monotonluq davam edir, yeni baxış və yanaşma yoxdur.

 

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun yanvarın 16-da ötən ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, "Rusiya Kuril adalarını Yaponiyaya verməyəcək”, “Ukrayna hakimiyyəti pisdir”, “Amerika özünü yaxşı aparmır”, “Avropa ölkələri Amerikanın vassalıdırlar”, “NATO pis qurumdur” və s. kimi bəyanatlar illərdir eşidilir:

"Mətbuat konfransında hansısa jurnalist ona Dağlıq Qarabağ münaqişəsindən də sual verib. Bəziləri hesab edir ki, Lavrovun suala verdiyi cavabda Azərbaycanı Ermənistana misal çəkməsi xeyrimizədir. Belə quru sözləri çox eşitmişik. Unutmayaq ki, Lavrovun mətbuat katibi Mariya Zaxarova tərsini deyir, təlimatı isə elə öz şefindən alır".

Politoloq dünən Rusiyanın dövlət televiziya kanallarından birində məşhur ermənipərəst jurnalist Solovyovun və erməni politoloq Baqdasarovun Ukrayna dövlətini açıq-aşkar təhqir etmələrinə də münasibət bildirib:

"Lavrovun dediklərini Solovyov və Baqdasarov kimilər daha pis formada efirdən dilə gətirir və qonşularına qarşı nifrəti artırırlar. Bunun üzərində qurulan xarici və təhlükəsizlik siyasəti Rusiyaya dost və tərəfdaş qazandırmır. Keçmişdə ən yaxın dostu olan Belarus Prezidenti Aleksandr Lukaşenko belə Kremldən qurtulmağın yollarını arayır".

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti