![]() |
|
Braziliya dövlət şirkətlərinin böyük hissəsini satmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu “Blomberq” agentliyinə müsahibəsində Braziliyanın yeni prezidenti Jair Bolsonaru deyib. Onun sözlərinə görə, dövlət şirkətlərinin özəlləşdirilməsi planı artıq hazırdır. O, dövlət şirkətlərinin artıq ölkəyə heç bir gəlir gətirmədiyini deyib.
Bolsonaru həmçinin ölkənin əsas neft şirkəti olan “Petrobras”ın da bir hissəsinin özəlləşdiriləcəyini vurğulayıb.