Prezidentin İsveçrəyə səfəri başa çatdı

Yanvarın 23-də Davosda Azərbaycan prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının prezidenti Ueli Maurerin görüşü olub.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Prezident Ueli Maurer deyib ki, İsveçrə iş adamları Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitdən çox razıdırlar. Onlar Azərbaycanda iqtisadi inkişaf və biznes imkanlarının genişləndirilməsi üçün əlverişli şəraitin yaradıldığını bildirirlər. Azərbaycan ilə İsveçrə arasında hava əlaqəsinin açılması da əməkdaşlığın genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

 

Prezident İlham Əliyev Azərbaycanda infrastruktur sahəsində görülən işlərdən danışdı, respublikamızın beynəlxalq daşımalarda çox mühüm tranzit ölkəyə çevrildiyini deyib. Dövlətimizin başçısı dəmir yolu ilə yüklərin artıq Asiyadan Avropaya Azərbaycan ərazisindən daşınmasına başlandığını qeyd edib. Prezident İlham Əliyev İsveçrədə istehsal olunan qatarların Azərbaycanda dəmir yolunun yenilənməsinə və inkişafına töhfə verdiyini vurğulayıb, bu sahədə əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Görüşdə SOCAR-ın İsveçrəyə investisiya qoymasının əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd olunub.

Prezident İlham Əliyev bildirib ki, biz Azərbaycanın iqtisadi inkişafına daha çox İsveçrə şirkətinin investor qismində cəlb olunmasında maraqlıyıq. Dövlətimizin başçısı İsveçrə şirkətlərinin Azərbaycan ilə fəal əməkdaşlığı gələcəkdə də davam etdirəcəklərinə əminliyini söyləyib.

Söhbət zamanı qarşılıqlı ticarətin genişləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycanda alternativ enerjinin istehsalında İsveçrə şirkətlərinin iştirakı məsələlərinə toxunulub.

Prezident İlham Əliyev Azərbaycanda bu sahədə də geniş işlərin aparıldığını deyib və bu baxımdan İsveçrənin təcrübəsinin ölkəmizdə öyrənilməsinin əhəmiyyətini qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda biznes mühiti üçün yaradılan şəraitin ölkəmizdəki inkişaf proseslərinin beynəlxalq təşkilatlar tərəfindən qeyd olunduğunu və beynəlxalq reytinqlərdə əksini tapdığını vurğulayıb.

Görüşdə Azərbaycanda “Holcim” şirkəti tərəfindən sement zavodunun tikintisinin vaxtilə iqtisadi əməkdaşlığın əsasının qoyulmasında böyük rol oynadığı qeyd olunub. Dövlətimizin başçısı sement zavodunun Azərbaycanın iqtisadi inkişafında rolunu qeyd edib.

Prezident Ueli Maurer bildirib ki, Azərbaycan ilə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün İsveçrə tərəfi də konkret addımların atılmasında maraqlıdır.

***

Daha sonra prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin ilə görüşüb.

***

Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri yanvarın 23-də başa çatıb.

15 May 2025 Pakistanın Baş naziri Azərbaycan Prezidentinə zəng vurub
15 May 2025 FHN-in 20 illik yubiley medalı təsis olunacaq
15 May 2025 92 ölkədən 300-dən çox nümayəndə Bakıya gəlir
15 May 2025 İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
14 May 2025 Prezident onu yenidən icraçı direktor təyin etdi
14 May 2025 Azərbaycanla Pakistan arasında əməkdaşlıq Sazişi təsdiq edilir
14 May 2025 Azərbaycan lideri Paraqvayın Prezidentini təbrik edib
14 May 2025 Yaşar Gülərin Bakı səfəri - üç mühüm səbəb
13 May 2025 İlham Əliyev “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri ilə tanış olub
13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək

Xəbər lenti