![]() |
|
Hollandiyanın Oysterveyk şəhərində II Dünya müharibəsi iştirakçısı, Hollandiyanın Milli qəhrəmanı, şəhərin ilk fəxri vətəndaşı azərbaycanlı Məmməd Məmmədovun xatirəsinə həsr olunmuş memorialın qoyulması mərasimi keçirilib.
Axar.az Haqqın.az-a istinadla xəbər verir ki, tədbirdə Azərbaycan nümayəndələri də iştirak edib.
Qeyd edək ki, 7 il əvvəl Məmmədovun adına bu şəhərdə abidə qoyulub, yaşadığı küçəyə də onun adı verilib.
1923-cü ildə Zaqatalanın Muğanlı kəndində anadan olmuş Məmməd Məmmədov Böyük Vətən Müharibəsi dövründə milyonlarla digər soydaşımız kimi müharibəyə yollanıb. Lakin 1943-cü ildə əsir düşür. Bundan sonra almanlar onu Hollandiyaya, Ostervyaka şəhərindəki düşərgəyə göndərirlər. Ancaq bu, uzun çəkmir o, əsir düşərgəsindən qaçır.
Sonradan elə həmin ölkədə partizanlara qoşulur. Xüsusi şücaətinə görə "Medo" ləqəbi ilə tanınan Məmməd müharibədən sonra hollandiyalı Mariya Sebreqtlə ailə qurur.