![]() |
|
"Baş nazir mənzil kirayəsinə görə pul kompensasiyalarının verilməsi ilə bağlı qərar imzalayıb. Həmin qərarla Vergi Xidmətində çalışanlar və mənzil kirayəsindən istifadə edən vətəndaşlarımıza aylıq pul kompensasiyaları veriləcək".
Bu sözləri BAKU.WS-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, mənzil Bakı şəhərində kirayə olunubsa, bu zaman 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan və Abşeron rayonlarında kirayə üçün 100 manat, digər şəhər və rayon mərkəzlərində 75 manat, eləcə də digər yaşayış məntəqələrində 55 manat ödənilməsi nəzərdə tutulub:
"Burada məqsəd kirayədə qalan vətəndaşlarımıza pul kompensasiyanın ödənilməsi və onların kirayə xərclərinin bir hissəsinin dövlət tərəfindən kompensasiya edilməsindən gedir. Bu Vergi Xidmətində vətəndaşlarımıza şamil olunacaq.
Ödənişlər plastik kartlar vasitəsilə həyata keçiriləcək və yalnız nağdsız şəkildə ödəniş həyata keçiriləcək. Məlum xidmətin əməkdaşları müraciət edərək nağdsız şəkildə həmin ödənişləri almaq imkanına malik olacaqlar".
"Yaxın zamanlarda respublika üçün güclü və dağıdıcı zəlzələ proqnozlaşdırılmır".
Bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.
O bildirib ki, hər hansı bir bölgədə maqnitudası 7 və ya daha yüksək olan, böyük fəsadlar və insan itkisinə səbəb ola biləcək zəlzələ gözlənilmir.
Qeyd edək ki, sentyabrın 8-də Göygöl şəhərində 3.2 maqnitudalı zəlzələ olub.
Yeraltı təkanlar saat 10:25-də Tovuz stansiyasından 29 kilometr şimal-şərqdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə və ətraf yaxın rayonlarında 3 bala qədər hiss olunub.
Qaradağ rayonunun “Lökbatan” dairəsindən mərkəz istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Qeyd olunub ki, avtomobillərin hərəkətinə qoyulan məhdudiyyətin səbəbi yolda aparılan təmir işləridir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
AZƏRTAC xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 7-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 27 ailə - 91 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 203 ailənin, yəni 763 nəfərin daimi məskunlaşması təmin edilib.
Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Valideynlər artıq məktəb forması və məktəb ləvazimatlarının alış-verişinə başlayıblar.
Bəs bazarlarda qiymətlər necədir? Bir şagirdin məktəb bazarlığı təxminən neçəyə başa gəlir? Valideynlər bu qiymətlərdən razıdırlarmı?
TV Musavat-ın hazırladığı videoreportajı təqdim edirik:
Xocalı rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Qeyd edilən ərazi məişət tullantılarından təmizlənib, bu istiqamətdə tədbirlər davam etdirilir.
"Bir daha vətəndaşlarımızın nəzərinə çatdırırıq ki, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq qanunla qadağandır və inzibati məsuliyyət yaradır".
Fazil Musayev - Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. İllər keçdikcə Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür, fəaliyyətinin hər istiqaməti bir tədqiqat mövzusu kimi diqqətdə olur.
Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi irsinin Naxçıvan dövrü kimi adlandırıla bilər. Məhz həmin illər onun böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu. 1991-ci ilin 3 sentyabr tarixi Azərbaycan xalqının və dövlətinin taleyində həyati əhəmiyyət kəsb edən günlərdən biri kimi tarixə düşdü. Həmin gün Azərbaycan xalqının xilaskar oğlu, Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçildi. Bu hadisə müasir Azərbaycanın müstəqillik yollunda atılan ən mühüm və əlamətdar addım idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Ulu Öndər Heydər Əliyevin gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Naxçıvan Muxtar Respublikasının qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Qeyd etmək yerinə düşər ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində fəaliyyəti dövründə milli dövlətçilik ənənələrimizin bərpası istiqamətində xüsusi əhəmiyyətə malik olan işlər görüb. Belə ki, həmin dövrdə milliləşdirmə siyasətini uğurla həyata keçirən Ümummilli Liderin səyləri ilə Muxtar Respublikanın dövlət rəmzləri bərpa olundu. Naxçıvan Ali Məclisinin I sessiyasında milli bayraq məsələsi ilə əlaqədar iki bəndlik qərar qəbul olundu və ilk dəfə olaraq üçrəngli dövlət bayrağımız qaldırıldı.
Ulu Öndər Heydər Əliyevin yüksək siyasi iradəsi və cəsarəti sayəsində SSRİ-nin mövcud olduğu bir dövrdə Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, Sovet ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindən çıxarılması haqqında qərar qəbul edildi və icra olundu. İlk dəfə 1990-cı il 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi. 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Həmin dövrdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada nüfuzlu dövlətə çevrildi.
Beləliklə, Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.