![]() |
|
Növbəti köç karvanı yola salınıb
Martın 6-da respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Tərtərdən Ağdərənin Həsənriz kəndinə yola salınıb.
Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 minə yaxın insan yaşayır.
"Bir neçə gündür paytaxtın mərkəzi küçə və prospetlərində axşam saatlarında yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb. Müşahidələr göstərir ki, bu proses Martın 3-dən başlayıb və davam edəcəyi ehtimal olunur".
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin müraciətində bildirilib.
"Təhlillər onu deməyə əsas verir ki, Ramazan ayı ilə əlaqədar bəzi vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən daha çox istifadəyə, xüsusilə də mərkəzi küçə və prospektlərdə yerləşən ictimai iaşə obyektlərində təşkil olunan iftar məclislərində iştirak etməyə üstünlük verirlər. Pik saatlarda yaranan nəqliyyat sıxlığının müddəti bu səbəbdən artmağa başlayır və nəticədə şəhərin digər yollarına da ( şəhərə giriş-çıxış yolları) təsir edir.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən hansı tədbirlər görülüb?
Mərkəz tərəfindən nəqliyyat intensivliyini artırmaq məqsədilə 38 küçə və prospekt üzrə svetoforlara “yaşıl dalğa” əmri verilib. Zəruri tədbirlərin görülməsi üçün mütəmadi yol polisi əməkdaşları ilə informasiya mübadiləsi aparılıb", - müraciətdə qeyd edilib.
Nəqliyyat intensivliyini artırmaq məqsədilə aşağıdakı küçə və prospektlərdə svetoforlara “yaşıl dalğa” əmri verilib.
1. S.Vurğun küçəsi;
2. A.Bakıxanov küçəsi;
3. M.Müşfiq küçəsi;
4. Mehdi Hüseyn küçəsi;
5. Ş.Bədəlbəyli küçəsi;
6. M.Füzuli küçəsi;
7. R.Behbudov küçəsi;
8. K.Rəhimov küçəsi;
9. 28 May küçəsi;
10. Ü.Hacıbəyli küçəsi;
11. Y.Səfərov küçəsi;
12. A.Cəlilov küçəsi;
13. Ak.Həsən Əliyev küçəsi;
14. Gülarə Qədirbəyova küçəsi;
15. İstiqlaliyyət küçəsi;
16. C.Hacıbəyli küçəsi;
17. Ə.Ağaoğlu küçəsi;
18. Vaqif küçəsi;
19. Ə.Dəmirçizadə küçəsi;
20. Nəsib bəy Yusifbəyli küçəsi;
21. Y.V.Çəmənzəminli küçəsi;
22. M.Araz küçəsi;
23. Nazim Hikmət küçəsi;
24. M.Mehdizadə küçəsi;
25. Nizami küçəsi;
26. Süleyman Rəhimov küçəsi;
27. Tbilisi prospekti;
28. 8 Noyabr prospekti;
29. Q.Qarayev prospekti;
30. İnşaatçılar prospekti;
31. Neftçilər prospekti;
32. Z.Əliyeva prospekti;
33. Azadlıq prospekti;
34. Azərbaycan prospekti;
35. Xətai prospekti;
36. Atatürk prospekti;
37. Parlament prospekti;
38. F.Xoyski prospekti.
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 343,2-ci kilometrində (Gəncə postu yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti 2 aylıq məhdudlaşdırılacaq.
“Yol-xeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, buna səbəb yolda quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılmasıdır.
Buna görə də yolda martın 6-sından başlayaraq təqribən 2 ay müddətində nəqliyyat vasitələrinin hərəkətinin qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
“19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin işçi heyəti Şamaxı rayonunda kənd yollarının qış şəraitində təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz fasiləsiz çalışır. Güclü qar və buzlaşmaya baxmayaraq, yolların açıq saxlanması üçün xüsusi texnika və avadanlıqlarla təchiz edilmiş əməkdaşlar yollardan qar kütlələrini təmizləyir, sürüşmə ehtimalının qarşısını almaq məqsədilə qum-duz qarışığı səpir.
Bu işlərin həyata keçirilməsi bölgə sakinlərinin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, kənd təsərrüfatı və gündəlik ticarət dövriyyəsinin də axarını qoruyur. Yerli əhali yol şəraitinin daim nəzarətdə saxlanmasından, çətin hava şərtlərində belə gediş-gəlişin təmin olunmasından məmnunluqla danışır və göstərilən xidmətlərə görə minnətdarlıqlarını bildirir.
“19 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin bu səyləri bir daha sübut edir ki, dövlətimiz və müvafiq qurumlar vətəndaşların rifahı naminə qarlı-çovğunlu havalarda belə yorulmadan çalışır.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperature gecə 2-5° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.
Sükan arxasında məsuliyyətsizlik ağırlıq dərəcəsi yüksək olan yol qəzalarına zəmin yaradır.
Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir.
Qeyd olunub ki, görülən tədbirlərə, aparılan maarifləndirmə işlərinə baxmayaraq, hələ də yorğun, yuxusuz halda sükan arxasına əyləşən, yaxud avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərə vərdişkar olan sürücülərə rast gəlinir.
Məlumata görə, bir gün əvvəl respublika üzrə qeydə alınan 4 yol-nəqliyyat hadisəsindən 3-ü toqquşma xarakterli olub ki, həmin qəzaların hər biri məhz arxada hərəkət edən avtomobilin öndəki nəqliyyat vasitəsilə toqquşması səbəbindən baş verib:
"Bununla yanaşı, həmin qəzaların ayırıcı və bir neçə hərəkət zolaqlarına malik avtomagistrallarda qeyd alınması, sözügedən yol-nəqliyyat hadisələrini törədən sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından, ara məsafəsini düzgün seçməmələrindən xəbər verir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərəkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə biganə yanaşmamağa çağırır.
Bakının bir çox yollarında tıxac müşahidə edilir.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
6. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
7. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;
9. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
13. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;
14. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;
15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
16. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Rusiyanın "AlfaSığorta" şirkəti "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış “Embraer 190” markalı sərnişin təyyarəsinə görə tam sığorta ödənişini həyata keçirib.
Report xəbər verir ki, bu barədə "İnterfaks"a "AlfaSığorta"nın baş direktorunun aviasiya və kosmik sığorta üzrə müavini İlya Kabaçnik məlumat verib.
Fövqəladə Hallar Nazirliyi od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib.
Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda qeyd edilib ki, bu gün xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruzun gəlişi ilə əlaqədar Od çərşənbəsini qeyd edir:
"Bu çərşənbədə keçirilən mərasimlərdə, xüsusilə tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət edilməməsi bayram sevincimizin arzuolunmaz və acı nəticələrlə sonlanmasına səbəb ola bilər.
Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,
- bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı;
- tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı;
- tonqal üzərindən atılarkən ehtiyatlı olmalı;
- tonqal tam sönənədək nəzarətdə saxlanılmalı;
- süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır.
Həmçinin, nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur.
Yadda saxlayın: pirotexniki vasitələrdən istifadə qadağandır!
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!".
Buzovna-Bilgəh-Nardaran yolundakı məlumat lövhələrində Nardaranın adının silinərək, “Sea Breeze” adının yazılması maraq doğurub.
məsələ ilə bağlı AYNA-dan Axar.az-ın sorğusuna cavabda bildirilib ki, məlumat lövhələrinin əsas funksiyası sürücülərə istiqamət vermək və hərəkəti tənzimləmək olduğundan, əsas cəlbetmə məntəqələrini və hərəkət istiqamətlərini göstərmək proritet hesab edilir.
“Lövhələrdə cəlbetmə məntəqəsi olan “Sea Breeze” yaşayış və turizm kompleksi də göstərilib. Bu, həm şəhərimizin qonaqları, həm də yerli sakinlərə aydın istiqamət yaratmaq üçün tətbiq edilən praktikadır. Dünyada da oxşar nümunələr mövcuddur. Adın ingilis dilində yazılmasına gəlincə isə bu, məkanın orijinal adını qorumaq məqsədi ilə edilib. “Sea Breeze” ifadəsi bir ərazi adı olduğu üçün tərcümə edilməyib və lövhələrdə orijinal formada qeyd edilib. Bu cür adlar çox vaxt məkanın orijinal adını qorumaq və tanınmağını təmin etmək məqsədi ilə tərcümə edilmir”, - deyə vurğulanıb.
Nardaran adının silinməsinə isə AYNA-nın cavabı belədir:
“Həmin istiqamətdə Nardaran, Pirşağı, Fatmayı, Goradil, Novxanı və digər ərazi vahidləri mövcuddur və bu adların hamısının eyni anda məlumat lövhələrində göstərilməsi mümkün olmamışdır”.