![]() |
|
Bakı Metropoliteninin Xətai-Cəfər Cabbarlı stansiyası xətti üzrə hərəkət edən qatarda texniki nasazlıq yaşanıb.
APA xəbər verir ki, 18 nömrəli qatar texniki səbəbdən geriyə hərəkət etməli olub.
Sərnişinlər Xətai stansiyasında düşürülüb.
Xətai dalanında olan digər qatarla sərnişinlər Cəfər Cabbarlı stansiyasına yenidən yola salınıb.
Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə duman, çiskin olacaq.
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun retro avtomobil kolleksiyasının görüntüləri üzə çıxıb.
Bu barədə jurnalist Samir Feyruzov məlumat yayıb.
Jurnalist kolleksiyada təxminən 150-ə yaxın avtomobil olduğunu bildirib.
O, V.Talıbovun retro maşınlar kolleksiyasının Nizami rayonu Əlişir Nəvai 17 ünvanında (Gəmiqaya Holdinqin ərazisində) yerləşdiyini yazıb.
2018-ci ildən İraq və Suriyadan ölkəmizə deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 412 nəfər təşkil edib.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, onlardan 380 nəfəri uşaq, 32 nəfəri anadır.
Agentlik sədrinin sözlərinə görə, 2022-ci ildə isə sözügedən ölkələrdən Azərbaycana 66 nəfər deportasiya edilib, onlardan 64-ü sosial xidmət müəssisələrində yerləşdirilib.
Keçmiş məcburi köçkünlər üçün Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda istifadəsiz qalan mənzillərin satışı həyata keçiriləcək.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib. O bildirib ki, ƏƏSMN tərəfindən 23 yanvar 2023-ci il 10:00-da həmin mənzillərin onlayn satışına başlanacaq:
"Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək".