![]() |
|
Bakıda və Abşeron yarımadasında noyabrın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.
Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.
Gələn il martın sonuna qədər Ağalıya köçürülməsi planlaşdırılan şəxslərin sayı açıqlanıb.
APA xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev “Şəhərlərin və kənd yerlərinin inkişafına innovativ yanaşma: ağıllı şəhər və kəndlər” mövzusunda keçirilən beynəlxalq konfransda məlumat verib.
O qeyd edib ki, planda martın sonuna qədər əlavə 100 nəfərin Ağalıya köçürülməsi var.
"Yol-xeber.az" xəbər verir ki, Neftçala rayonunda Vətən müharibəsi qazisi Xalıqov Eyzan Paşa oğlunun toyu keçirilib.
Qazinin toy məclisində Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, Vətən müharibəsi iştirakçıları və qonaqlar iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.
Toy məclisində çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizə Allahdan rəhmət diləyib və yaralan hərçibilərimizə şəfalar diləyib.
Qazimizin ailəsi göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Neftçala Rayon İcra Hakimiyyətinin kolletivi adından qazimizi təbrik edir və xoşbəxtlik arzu edirik.
Noyabrın 19-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 14-17° isti, Bakıda gecə 10-12° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 766 mm civə sütununadək yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
İşğaldan azad edilmiş ərazilərdə işləyən insanların aylıq əməkhaqlarının məbləği açıqlanıb.
Bununla bağlı Dövlət Məşğulluq Agentliyinin departament müdiri Səbuhi Qənbərzadə açıqlama verib.
“Xəzər” Televiziyasının “Xəbər ertəsi” proqramının qonağı olan S.Qənbərzadə deyib ki, işçilərin əməkhaqları peşəyə və vəzifə öhdəliklərinə görə dəyişir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə işləyənlərin aylıq əməkhaqqılarının məbləği 500-2500 manat arasında dəyişir.
2022-ci ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 831 min şəxsə sosial müavinət və təqaüd ödənilib.
Nazirlikdən verilən məlumata görə, onlardan 462 mini sosial müavinətlə, 369 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub.
Əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 36 faiz çox olmaqla 661 mln. manat, Prezident təqaüdləri üzrə 29 faiz çox olmaqla 447 mln. manat ödənilib.
Bu ilin 10 ayında 189 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb. 2019-cu ildən keçən dövrdə müavinət və təqaüdlərin təyinatı da elektronlaşdırılıb və ötən dövrdə 409 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Xəbər verdiiymiz kimi, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2022-ci ilin may-avqust aylarında keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb.
"Rəy sorğusunun Problemlər və gözləntilər bölümündə Azərbaycanda vətəndaşların qarşılaşdığı əsas məsələlər yer alıb.
Belə ki, sorğu çərçivəsində vətəndaşlardan hazırda Azərbaycanda əsas problemlər kimi hansı məsələləri gördükləri soruşulub. Respondentlər onları narahat edən problemlər arasında ilk sıralarda qiymət artımı (65.7), işsizlik (57.1%), maddi təminat (38.5%), narkomaniya (35.4%), dərman vasitələrinin keyfiyyəti (26.4%), korrupsiya (25.4%) məsələlərini qeyd ediblər.
Respondentlərin cəmi 4.3%-i onu narahat edən problemin olmadığını qeyd edib.
Vətəndaşların yeni iş yerlərinin yaradılması (77.0%), məmur özbaşınalığının qarşısının alınması (68.5%), sosial rifahın daha da yaxşılaşdırılması (62.7%), şəhid ailələrinin, müharibə iştirakçılarının yaşayış vəziyyətinin yaxşılaşdırılması (57.5%), vətəndaşlarla daha sıx görüşlərin keçirilməsi (52.7%), təhsilə və elmə diqqətin artırılması (52.0%), korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi (49.1%), səhiyyə xidmətinin keyfiyyətinin artırılması (40.5%) Prezidentdən ictimai gözləntilər arasında ilk sıralarda qərarlaşıb. Sorğuda iştirak edənlərin 2.3%-i Prezidentdən heç bir gözləntisinin olmadığını qeyd edib.
Sorğuda respondentlərdən cari il ərzində gəlirlərinin hansı istiqamətdə dəyişdiyi də soruşulub. İştirakçılarının 19.6%-i cari il ərzində gəlirlərinin artdığını, 43.7%-i gəlirlərini dəyişmədiyini, 35.6%-i isə azaldığnı bildirib. Respondentlərin cəmi 1.1%-i bu sula cavab verməkdən imtina edib.