![]() |
|
Noyabrın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-18° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti olacaq.
Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.
Report xəbərinə görə, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.
Dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Prezident İlham Əliyev Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, 2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir. Alimin oftalmologiyanın aktual məsələlərinə dair uzunmüddətli araşdırmalarının uğurlu nəticəsi olan sanballı əsərləri həmişə təqdirlə qarşılanmış və yüksək qiymətə layiq görülmüşdür. Bu tədqiqatlarda irəli sürülən yeni və effektli müalicə metodları, kompleks profilaktik tədbirlər qısa müddətdə müvəffəqiyyətlə geniş tətbiqini tapmışdır. Azərbaycanda oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi olaraq ixtisaslaşdırılmış elmi tədqiqat laboratoriyası məhz akademik Zərifə Əliyevanın təşəbbüsü ilə yaradılmışdır. Həkimlik etikasını bütün elmi və pedaqoji fəaliyyəti boyu daim diqqət mərkəzində saxlayan Zərifə Əliyeva respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etmiş, gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırıb.
Səhiyyə Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin.
Yol-xeber.az xəbər verir ki, bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.
“Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun “Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.
Qeyd etmək istəyirəm ki, Binəqədi-“Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət olduğu ərazidir. Sürücülər bunlar nəzərə alınaraq, həmin ərazidən nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.
"WhatsApp” messencerin yeni funksiya peyda olub.
Artıq istifadəçi özü ilə yazışa bilər.
Məlumata görə, hazırda yenilik sınaq mərhələsindədir.
Açıqlamaya görə, yeni funksiya yaxın günlərdə həm Android, həm də iOS üçün tətbiqin istifadəçilərinə təqdim olunacaq.
Yeniliyin tətbiqindən sonra istifadəçilər əlaqə siyahısında mövcud özlərinə məxsus olan telefon nömrəsi ilə söhbət edə biləcəklər və həmin söhbət çat şəklində siyahıda saxlanılacaq.
Qeyd edək ki, əvvəllər istifadəçi özünə mesaj göndərmək üçün axtarışda telefon nömrəsini yığmalı idi.//oxu.az
Azərbaycan Televiziyası (AZTV) Laçın rayonunun Zabux kəndindən süjet hazırlayıb.
Hazırlanan reportajda kənddəki evlər görüntülənib.
Bildirilib ki, Laçındakı bəzi evlər erməni model Kim Kardaşyanın şəxsi vəsaiti hesabına tikilib və burada yaşayan ermənilərə hədiyyə edilib.
Mədəniyyət Nazirliyi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) noyabrın 1-də keçirdiyi əməliyyat zamanı nazir Anar Kərimovun iş yerində olması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsini müvəqqəti icra edən Nuridə Allahyarova oxu.az-a bildirib ki, ötən gün nazir rəsmi ezam səfərində olub:
“Noyabrın 1-də Anar Kərimov ezam səfərində olub. Bu gün isə işinin başındadır”.
Məlumata görə, noyabrın 1-də A.Kərimov Kəlbəcər rayonunda səfərdə olub.
***
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
“Unikal”ın əldə etdiyi məlumata görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sayta açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.
Xəbər verdiyimiz kimi, dünən Dövlət Təhlükəsizlik Xidməti (DTX) Mədəniyyət Nazirliyində əməliyyat keçirib.
“Unikal”ın əldə etdiyi məlumata görə, həmin vaxt nazir Anar Kərimov iş yerində olmayıb. Lakin A.Kərimov DTX-nın əməkdaşlarının nazirlikdə olduğunu biləndə işə gəlmək istəsə də, sonra fikrindən daşınıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova sayta açıqlamasında nazir Anar Kərimovun dünən işdə olmadığını təsdiqləyib. O bildirib ki, nazir hazırda iş başındadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “Dost İnfrastruktur Mərkəzi” MMC-nin direktoru Tural Qəniyev vəzifəsindən azad edilib.
Report xəbər verir ki, şirkətə rəhbərlik Azər Məmmədova həvalə olunub.
Xatırladaq ki, “Dost İnfrastruktur Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli qərarı ilə təsis edilib. Onun nizamnamə kapitalı 5 min manatdır. Cəmiyyət ƏƏSMN-nin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkil edilməsi kimi vəzifələri yerinə yetirir.