Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-8° isti olacaq.

f

"Yol-xeber.az" xəbər verir ki, Cari ilin “İnvestisiya Proqramı”na əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Suraxanı rayonu Zığ qəsəbəsində Dədə Qorqud  yaşayış massivinin məhəllədaxili yollarında aparılan təmir işləri yekunlaşmaq üzrədir. 

Uzunluğu 1400, eni ortalama 6 metr təşkil edən sözügedən yollar torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağının və yolun profilə salınması işləri görülüb. 

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən hazırda ərazidə  yeni asfalt-beton örtüyünün döşənməsi və zəruri yerlərdə 150 p/metr yeni piyada səkilərinin inşası işləri  son mərhələdə olmaqla aparılır. 

Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Suraxanı rayonu ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edilib. 2022-ci ildə rayon üzrə təmir olunacaq küçə və yolların ümumi uzunluğu isə 12.5 km təşkil edir.

YOLUNUZ AÇIQ OLSUN…

 

f
f
f
f

“Yasamal rayonu, Əsəd Əhmədov küçəsində magistral su kəmərində baş vermiş qəza günün sonuna aradan qaldırılaraq mərkəzi və məhəllədaxili anbarlara suyun nəqli təmin ediləcək”.

“Bu sözləri “Azərsu”yun mətbuat katibi Anar Cəbrayıllı feysbukda yazıb.

O bildirib ki, bu müddətdə mərkəzi və məhəllədaxili anbarlardakı su ehtiyatı hesabına əhali dayanıqlı içməli su ilə təmin olunacaq.

Cəbrayıllı qeyd edib ki, qəza baş verən ərazidə yol yatağının bərpası işləri həyata keçiriəcək və nəqliyyatın normal hərəkəti mümkün olacaq.

Qəza baş verən ərazidə vəziyyət necədir?

Məlum olduğu kimi, bu gün səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən 1400 mm-lik magistral su kəmərində qəza baş verib və nəticədə ətrafı su basıb.

“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda su basmış yerlərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilir. Partlamış borudan su axmasının qarşısı alınıb. Ərazidə “Azərsu” ASC-nin, Fövqəladə Hallar Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları işləyirlər.

Su basmış yollar palçıqdan təmizlənir. Hazırda partlayış baş verən su borusunun təmiri ilə bağlı qazıntı işləri aparılır.

Partlayış baş verən ərazidən çəkilmiş son görüntüləri təqdim edirik:

Eldar Tanrıverdi

Fotolar: Pərvin Zeynal

 

 







 

“Həmin əraziyə bitişik və paralel olan küçələrdə müvəqqəti olaraq hərəkət məhdudlaşdırılıb və hərəkətin tam bərpa olunması aidiyyəti qurumların rəyinə əsasən təmin olunacaq”.

Bunu Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

“Yol polisi əməkdaşları hazırda ərazidə xidmətlərini aparırlarlar ki hərəkət normal şəkildə tənzimlənsin.

Qeyd olunan ərazidəki təhlükəli və qəzalı vəziyyəti nəzərə alıb, sürücülərdən həmin istiqamətlərdə hərəkət etməməyi tövsiyə edirik”, - deyə o vurğulayıb.

d
 
"Yol-xeber.az" xəbər verir ki, 25 oktyabr 2022-ci il tarixdə Biləsuvar Rayon Mədəniyyət Evində Lənkəran Dövlət Dram Teatrının yaradıcı heyəti tərəfindən “Haqqın 44 günü” tamaşası nümayiş olundu. “Zəfər Günü”nə həsr olunmuş tamaşaya Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri baxdılar.
Tamaşadan sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov çıxış edərək tarixi zəfərimizin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu vurğuladı və Zəfər Günü ərəfəsində teatrın Biləsuvar rayonunda nümayiş olunmasında rolu olan hər kəsə təşəkkür etdi. İcra başçısı teatrın kollektivinə xoş arzularını çatdırdı və sonda xatirə şəkli çəkildi.

d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d
d

Məhərrəmlik ayının sona çatması ilə ölkənin “toy bazarı”nda xüsusi canlanma müşahidə olunur. Hazırda əksər şadlıq saraylarında ən yaxın həftə sonları üçün boş yerlər demək olar ki, yoxdur. Bəs görəsən artan tələbat və hər sahədə müşahidə olunan bahalaşma toy etmək istəyənlərə nə cür təsir göstərir?

Ölkə.az xəbər verir ki, baku.ws saytı mövzu ilə bağlı araşdırma aparıb.

Əlaqə saxladığımız restoranlar içində qiymət artımı olduğunu qəbul edənlər də var, “Təki toy olsun” deyib əvvəlki qiymətdə qaldıqlarını iddia edənlər də...

Gəlin ümumi vəziyyətə birgə nəzər salaq:

Şadlıq sarayları 

342947

Şad günlərin keçiriləcəyi məkanlarda qiymətlər minimum 33 manatdan başlayır. Bu rəqəmlərin 110, 240 və 250 manata qədər gedib çıxdığı restoranlar da var. Onların bəziləri müştərilərə menyu qiymətinə daxil, müsiqi, videoçəkiliş, bəy-gəlin maşını təklif edir. Lakin bunun üçün qonaqların sayı qoyulan minimum həddi keçməlidir (Məs. 300 nəfər). Hətta, qonaqların sayı çox olarsa qiymətlərdə endirimlərin edilə biləcəyi dolayı yolla çatdıranlar da oldu. Şadlıq evləri qiymət artımını yağın, ətin və istehlak səbətinə daxil olan qida məhsulların bahalaşması ilə əlaqələndirdilər.  

Şad günlərin təşkil edildiyi məkanlardakı vəziyətlə tanış olduq. İndi isə keçid alaq gəlin namizədlərin 1 gün üçün çəkəcəyi xərcə…

Gəlinlik paltarları

342948

 

Hazırda əksər moda evlərində gəlinliklərin kirayə qiyməti 150-800 manat arasında dəyişir. Bu da paltarların materialı və modelindən asılıdır. Mağazalardan BAKU.WS-ə deyildi ki, son vaxtlar qiymətlərdə nəzərəçarpacaq dəyişiklik daha doğrusu bahalaşma demək olar ki yoxdur.

Bəzi gəlinlik mağazalarında isə qiymətlər 10 min manata qədər gedib çıxır. Mağaza rəsmisi bildirir ki, bəzi parçaların 1 metri 200 manatdır. Haqlı olaraq ondan hazırlanan geyimin xərci 2000 manata qədər yüksəlir. Hətta bəzi gəlinlər özəl günlərini büllur daş-qaşla bəzədilmiş gəlinliklə taclandırmaq istəyir ki, belə olan halda da 10 min  manatlıq gəlinlik ərsəyə gəlir.

Məlumdur ki, gəlinin işi gəlinliklə də bitmir. Bu özəl gündə ona saç bəzədilməsi, makiyaj, hələ bir də tac lazım olur. Təkcə tacların kirayə qiyməti mağazaya görə 50, 70, 100 hətta 150-200 manata qədər dəyişir.

Gəlin bəzədilməsi üçün saç və makiyaj da öz növbəsində 200, 500 hətta 700 manatlıq paketlər şəklində müştərilərə təklif edilir.

342949

Milli adət ənənələrimizin olmazsa olmazı bəzək-düzəkli xonçalara gəldikdə isə onların kirayə qiymətləri necə deyərlər od tutub yanır.

Belə ki, xonça dəstlərinin 10 ədədi bəzi yerlərdə 50 manatdırsa, bir çox mağazada bu rəqəm 350 manatdır. Burada söhbət alış qiymətindən yox, kirayədən gedir. Güzgü və şamdanlarda bu qiymətlər 70-250 manat arasındadır.

342950

Xonça mağazaları hər nə qədər qiymətlərin dəyişmədiyini desələr də alıcılar bu rəqəmlərin ötən illərlə müqayisədə xeyli artdığını iddia edirlər.

Apardığımız araşdırmanın nəticəsi olaraq belə qənaətə gəldik ki, pandemiya toy etmək istəyənlərin təkcə vaxt və səbrlərini sınağa çəkmədi. İndi onlara yeni qiymətlərlə sözün əsl mənasında "toy tutur".

Müqayisə üçün deyək ki, illər əvvəl toy etmək istəyənlərə 25-30 manata menyu təklif olunurdusa indi ortalama qiymət 40-45 manatdır. Hazırkı qiymətə təklif edilən yeməklərin müştəriləri nə dərəcədə qane edib-etmədiyi də sual altındadır. Elə bu amil xonça və aksesuarda özünü biruzə verir. Kəllə qəndin kəllə çarxa çıxan qiymətini isə heç yada salmayaq. Araşdırmamızdan aydın oldu ki, ailə həyatı qurmaq xərcləri ən azı 1,5 - 2 dəfəyədək artıb. Ona görə də əliniz cibinizdə olsun. 

Xəbər verdiyimiz kimi bu gün "WhatsApp" sosial şəbəkə platformasının işində problemlər yaranıb.

Sosial şəbəkələrdə yayılan məlumatlarda problemin qlobal miqyas daşıdığı və bir çox ölkələrdə müşahidə olunduğu bildirilir.

Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı araşdırma aparılır:

"Hal-hazırda “WhatsApp” tətbiqinin fəaliyyətində problemlər mövcuddur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti bildirir ki, tətbiqin fəaliyyətində yaranmış problem təkcə Azərbaycan Respublikası ərazisində deyil, qlobal səviyyədə müşahidə edilir. “WhatsApp” tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkəti tərəfindən verilmiş açıqlamaya əsasən, şirkət tətbiqin fəaliyyətinin bərpa olunması üzərində çalışır".

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 16-21° isti, dağlarda gecə 1-5° isti, gündüz 8-13° isti olacaq.

Şəhid qardaşının banklara olan kredit borcu “YAŞAT” Fondu tərəfindən tam bağlanıb.

Bu barədə oxu.az-a şəhid Səbuhi Əhmədovun qardaşı Sənən Əhmədov məlumat verib.

O bildirib ki, Fondun təşəbbüsü ilə onun banklara olan bütün borcu ödənilib:

“Kifayət qədər böyük məbləğ idi. “YAŞAT” Fondu həmin kredit borclarını bağladı. Məbləğin dəqiq rəqəmini bilmirəm, amma kifayət qədər çox idi”.

Qeyd edək ki, bu barədə ilk məlumatı manşet.az saytı dərc edib.

Xəbər lenti