Kamaləddin Qafarov: “Azərbaycan dağıdılmış əraziləri dost ölkələrlə birlikdə bərpa edəcək”

“BMT-nin Məskunlaşma Proqramı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Azərbaycan Milli Şəhərsalma Forumunun oktyabrın 5-də məhz Ağdamda təşkil olunması həm mənəvi, həm də siyasi əhəmiyyət kəsb edən bir hadisədir. “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda keçirilən Forumda 40-dan artıq ölkənin təmsilçilərinin iştirak etməsi bunu deməyə əsas verir ki, bu gün Cənubi Qafqazda və əlbəttə ki, ölkəmizdə gedən proseslər beynəlxalq ictimaiyyət üçün son dərəcə böyük maraq kəsb edir. Azərbaycan bu beynəlxalq tədbirin verdiyi imkanlardan yararlanaraq, erməni faşizminin əsl simasının dünyaya növbəti dəfə nümayiş etdirmək üçün çalışmalıdır. Azərbaycan dağıdılmış əraziləri dost ölkələrlə birlikdə bərpa edəcək. Məhz bu baxımdan Ölkə Prezidenti cənab İlham Əliyevin Milli Şəhərsalma Forumunun açılış mərasimində etdiyi çıxışında səsləndirdiyi fikirlər müstəsna əhəmiyyət kəsb edir.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Rəsmi İrəvanın hərbi cinayətlərinin və ermənilərin ölkəmizə və xalqımıza qarşı terror siyasətinin bu gün də davam etdiyini vurğulayan deputat bu təhlükəli tendensiyanın arxasında bəzi dünya güclərinin yürütdükləri ikili standartlar siyasətinin durduğunu qeyd edib: “30 ilə yaxın müddət ərzində davam edən işğal dövründə ermənilərin Azərbaycan xalqına qarşı törətmədikləri vəhşiliklər qalmadı. Kütləvi qırğınlar, qətliamlar azərbaycanlıların öz dədə-baba yurdlarından deportasiyası, tariximizə, mədəniyyətimizə və dinimizə qarşı misli görünməmiş təcavüzkarlıq və dağıdıcılıq əməlləri ilə müşayiət olunurdu. Ermənistanın təcavüzü və işğalı nəticəsində Qarabağ, Zəngəzur, həmçinin bugünkü Ermənistanda 1 milyondan çox azərbaycanlı öz doğma torpaqlarından tamamilə etnik təmizləməyə məruz qalıb. Xarici jurnalistlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmış Ağdam şəhərinin tamamilə dağıdılması isə hətta II Dünya müharibəsinin gedişində belə nadir hallarda müşahidə olunmuş xüsusi qəddarlıq və barbarlıqdan xəbər verir. Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının da şəhər və kəndləri viran qoyulub. Bütün binaların dağıdılmadığı yeganə yerlər isə Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun yeganə səbəbi də odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu isə, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur. Böyük təəssüf hissi ilə də olsa etiraf olunmalıdır ki, bütün bu cinayətlər faktiki olaraq aşkar şəraitdə, dünya ictimaiyyətinin gözü qarşısında baş verib. 30 il ərzində ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfərlər edib, bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olublar, lakin Ermənistanı qınamayıblar. Bu isə öz növbəsində erməniləri daha da azğınlaşdırıb. Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Posrmüharibə dövründə təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Başqa sözlə desək, Azərbaycana və azərbaycanlılara qarşı erməni terroru bu gün də davam edir.”

K.Qafarov bildirib ki, bu gün artıq heç bir vasitəçiyə ehtiyacı olmayan Azərbaycan yenə də regional maraqları üstün tutaraq sülh çağırışları ilə çıxış edir: “Öz çıxışında cənab Prezident İlham Əliyev Azərbaycanın erməni işğalı üzündən yaşadığı bütün faciələrə baxmayaraq, yenə də sülh axtarışında olduğunu xüsusi vurğuladı. Həqiqətən də 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına, insanlarımızın çəkdiyi məşəqqətlərə baxmayaraq, Azərbaycanın yenə də Ermənistana sülh təklif etməsi ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsasında, ilk növbədə, humanizm prinsiplərinin durduğunu bir daha təsdiqləyir. Azərbaycan sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn beş əsas prinsipini irəli sürdü: ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından çəkinmək, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə isə, dövlətimizn başçısı bu məsələ ilə bağlı qəti və birmənalı mövqeyini bir daha ifadə etdi:” Həmin insanlar ölkəmizin vətəndaşlarıdır və Azərbaycan özünün daxili işləri ilə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etməyəcək”. İstənilən müdaxilə cəhdinin qarşısını almaq üçün isə, ölkəmizin yetərincə həm siyasi nüfuzu, həm də hərbi gücü vardır”.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 16-18° isti, gündüz 22-25° isti, Bakıda gecə 16-18° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.

Azərbaycanda istilik mövsümü dağ rayonlarında noyabrın 1-də, Bakıda, eləcə də digər şəhər və rayonlarda isə noyabrın 15-də başlayacaq.

Bu barədə “Azəristiliktəchizat” ASC xəbər verir.

Məlumata görə, bu ayın sonuna qədər növbəti payız-qış mövsümünə hazırlıq və təmir-bərpa işləri yekunlaşdırılacaq. Bu il sentyabrın 30-na qədər istilik və isti su xidmətlərinin göstərilməsi üçün istismar edilən 563 qazanxana və 88 istilik məntəqəsinin hamısı təftiş edilib, 967 ədəd dirsək, 190 ədəd siyirtmə, 297 ədəd ventil, 3 ədəd nasos yenisi ilə əvəz edilib, 41 qazan aqreqatı, 14 ədəd nasos, 190 ədəd siyirtmə, 21 ədəd mühərrik əsaslı təmir olunub, 732 ədəd qazan aqreqatı, 1 378 ədəd nasos, 8 658 ədəd siyirtmə, 674 ədəd mühərrik cari təmir edilib, 1 002,2 km istilik xətləri hidravliki təzyiqə yoxlanılıb və 9,44 km istilik boru xətləri əsaslı təmir olunub, 1 048 ədəd qazan aqreqatı, 173 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənib, həmçinin 94 ədəd qazan aqreqatı və 62 istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib, istilik xətlərində 2 978,4 m2 istilik örtük qatı təmir olunub, 538 ədəd qazanda yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 710,2 m2 kərpic örtüyü, 471 m2 izolyasiya örtüyü bərpa olunub, 447 ədəd kimyəvi su yumşaltma qurğuları işə hazırlanaraq tənzimlənib.

Hazırda “Azəristiliktəchizat” balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3 879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssisəsi, 2 052 sosial və təsərrüfat obyektini istiliklə təmin edir. O cümlədən, şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində 43 qazanxana vasitəsilə 3 775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir. Bunun üçün 1 000 km-dən çox magistral və məhəllədaxili istilik xətti, 1 300-dən artıq qazan aqreqatı, 3 000 nasos avadanlığı, 512 istilik mübadilə qurğusu, texniki rejim parametrlərinin saxlanılması üçün 20 000-dən artıq müxtəlif mühəndislik qurğuları mövcuddur.

“Azəristiliktəchizat”ın daimi 1200-ə yaxın, istilik mövsüm zamanı isə 2 250 əməkdaşı olur. Bunlardan 500-ə yaxın əməkdaş regionlardakı istilik mənbələrində çalışır.

Bakıda 22, digər şəhər və rayonlarda isə 46 İstilik Sistemlərinin İstismar Sahə idarəsi fəaliyyət göstərir.

f

"Yol-xeber.az" xəbər verir ki, Salyan rayonu Qulu Əsgərov adına Uşaq İncəsənət Məktəbində Biləsuvar Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi və uşaq incəsənət məktəblərinin xor-dirijorluq, həmçinin nəzəriyyə ixtisasları üzrə ustad dərsləri keçirilib. Ustad dərsləri nəzəriyyə ixtisası üzrə Bakı şəhər 33 nömrəli Uşaq musiqi məktəbinin direktoru Nəzifə Əliyeva, xor-dirijorluq ixtisası üzrə Bakı şəhər C. Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim Məhin Orucova tərəfindən aparılıb.
 

f
f
f
f
f
f
f
f
f
f
f
f
f
f




 
İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA + FOTO

44 günlük Vətən müharibəsində itkin düşən altı Azərbaycan hərbçisinin taleyi ilə bağlı hələ də məlumat yoxdur. Müharibənin bitməsindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hərbçilərin axtarışı nəticə verməyib və onlar itkin düşmüş şəxs kimi qeydiyyata alınıblar.

Bəs hərbçilərimizin taleyi məlum olmadığı halda, onlara nə qədər müddətdən sonra şəhid statusu verilə bilər?

Bununla bağlı modern.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, altı hərbçiyə şəhid statusunun verilməsi məhkəmə qaydasında təsdiqlənməlidir:
“Məhkəmə qaydasında onların itkin olmağı barədə qərar çıxarılandan sonra şəhid statusunun verilməsi rəsmiləşdirilir. Bununla bağlı müəyyən edilən vaxt müddəti, adətən, altı aydır. Bu müddət ərzində hərbçinin sağ və ya vəfat etmiş olması haqqında məlumat yoxdursa, Müdafiə Nazirliyi müraciət etməli, məhkəmə isə müvafiq prosedura uyğun qərar verməlidir”.

Musa Quliyev azad edilmiş ərazilərdə kütləvi məzarlıqların, insan qalıqlarının tapılmasından da danışıb. Komitə sədri vurğulayıb ki, azad edilmiş ərazilərdə tapılan insan qalıqları arasında itkin hesab edilən hərbçilərimizə aid nümunələr də ola bilər:

“Əgər onların hansısa şəkildə qalıqları tapılarsa, yenə də şəhid statusunun verilməsinə maneə deyil. Məhkəmə qaydası ilə öldüyü təsdiq olunan itkin hərbçilər şəhid sayılacaqlar. Amma arzu edək ki, onların sağ olduğu haqqında xəbərlər gəlsin”.

Qeyd edək ki, rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin altı hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən altı hərbçidən dördü əsgər, biri MAXE, biri zabitdir.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə Dövlət Komissiyasının məlumatında deyilir.

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

Xatırladaq ki, 2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.

İtkin hərbçilərə şəhid statusu nə vaxt verilir? - AÇIQLAMA + FOTO

Bu gün səhər saat 08:15 radələrində Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən 6008 nömrəli elektrik qatarının havalandırma sistemində fasilələr baş verib.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

 “Bu hadisə və sərnişin sıxlığını aradan qaldırmaqla bağlı atılacaq addımlara dair yaxın saatlarda yeni açıqlama olacaq", - deyə qurum bəyan edib.

Xatırladaq ki, bu gün həmin qatardakı sərnişinlərdən birinin səhhətində problem yaranıb.

“Bizdə olan məlumata görə, Edillidə onlarla vətəndaşımız qətlə yetirilərək bu ərazilərdə basdırılıb. İndiyədək 25 şəxsə aid qalıqlar tapılıb. Ancaq axtarış işləri hələ də davam etdirilir”.

Report xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinə məlumat verərkən deyib.

Onun sözlərinə görə, 12 nəfərə aid qalıqların hamısı kişi cinsli və cavandır:

“Onların hamısı hərbi qulluqçudur. Qalıqları tapılanların arasında mülki şəxs yoxdur. Hamısının ayağında “press ipi” var. Qalıqların bəzilərinin üzərilərində dəliklər də var. Bu hal da laboratoriyada araşdırılacaq. Baş Prokurorluq hər bir qalıq barədə rəy verəcək. Ekspertiza zamanı qoyulan suallara aydınlıq gətiriləcək”.

Qeyd edək ki, oktyabrın 6-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış növbəti kütləvi məzarlığa baş çəkiblər. Onlara müvafiq dövlət qurumlarının əməkdaşları kənd ərazisində aparılmış qazıntı işləri, tapılmış qalıqlar və bundan sonra görüləcək işlərlə bağlı ətraflı məlumat veriblər.

Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 min manat məbləğində birdəfəlik ödəmə təyin olunub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili bildirib.

R.Mehdili qeyd edib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəçi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub:

"Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. 5 oktyabr tarixindən o banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".

Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb.

12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub. 24 yaşlı şəhidin dəfn mərasimində böyük izdiham yaşanıb.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.

Bu barədə APA-ya mərhumun oğlu xəbər verib.

O bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

Xəbər lenti