![]() |
|
İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçimiz vəfat edib.
Bu barədə “Qafqazinfo”ya Müdafiə Nazirliyindən bildirilib.
Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov “Real TV”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, bir müddət əvvəl çox həyəcanlı vəziyyət yaranmışdı:
“Sanki hər gün yoluxma artımı davam edirdi. Hətta 2700-ə çatmışdı. Sözsüz ki, bu hamını çox narahat edirdi. Son bir neçə gündə yoluxma sayının 2200-2500 arasında dəyişməsinin şahidi oluruq. Yoluxma sayının artmasında bir stabilləşmə var. Bu bizi bir qədər sakitləşdirir. Əslində, epidemiyanın özünün bir qanunauyğunluğu var. Bunu əvvəllər də demişik.
Yoluxma sayları əvvəlcə artma tempində davam edir. Pik həddinə çatır. Sonra pik vəziyyətində müəyyən müddət qalır və yoluxma sayları azalmağa başlayır.
Hazırda üçüncü dalğa dediyimiz vəziyyətin pik həddini yaşayırıq. Çünki yoluxma saylarında gündəlik artım, demək olar ki, yoxdur. Bir qədər stabilləşmə var. Gözləntilərimiz özünü doğrultsa, gündəlik yoluxma sayı artmasa, bir müddət sonra bu sayın azalmasını müşahidə edəcəyik”.
Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyevin dəfn olunacağı yer müəyyənləşib.
Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, E.Quliyev Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.
Bu gün Bakı şəhərinin Binəqədi, Nizami, Səbail, Suraxanı rayonlarında, Gəncə şəhərinin Nizami rayonunda, Ağcabədi, Ağstafa, Astara, Oğuz, Şamaxı, Saatlı rayonlarında və Sumqayıt şəhərində Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, imtahanda 18 367 şagirdin iştirakı nəzərdə tutulur.
Bu barədə news24.az-a generalın ailəsindən məlumat verilib.
Qeyd edək ki, bulaq Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında tikilib.
Ağdam rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, artıq rayonun işğaldan azad edilmiş 2941,41 hektarı partlayıcı maddələrdən tam təmizlənib.
Həmin ərazilərin 2 min 190,5 hektar sahəsi şumlanıb. Şumlanan ərazilərin hamısına buğda əkilib.
Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.
Mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
Onun 1 övladı yadigar qalıb.
Allah rəhmət eləsin!
Bakıda və Abşeron yarımadasında aprelin 16-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 18-22, Bakıda gecə 10-12, gündüz 19-21 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Ölkədə epidemioloji vəziyyətə uyğun olaraq karantin qaydaları sərtləşdirilə bilər.
Ramazan ayının daxil olması ilə əlaqədar restoranların bağlanılması əsas müzakirə olunan məsələlərdən biridir.
Mövcud vəziyyəti dəyərləndirən Milli Məclisin üzvü Fazil Mustafa BAKU.WS-ə bildirib ki, Ramazan aynda restoranların bağlanılması barədə qərar qəbul etmək yanlış olardı:
"Sadəcə olaraq restoranlarda qaydalara riayət olunmasına nəzarət etmək lazımdır. Paralel olaraq kütləvi şəkildə toplaşmaq və iftar məclisləri təşkil etmək olmaz. İftar süfrəsinə məhdud sayda insanın toplaşması mümkündür.
Restoranlarla bağlı bütövlükdə qadağa tətbiq etmək isə doğru olmazdı. Restoranlarda işləyən insanların sayına baxsaq orada nə qədər insan ki, pul qazanırlar. Bu insanlar ac qalamlı deyillər. Bu səbəbdən qaydalara ciddi riayət olunmasını təmin etmək lazımdır. Bunu tənzimləyəndən sonra digər problemlər öz həllini tapacaq.
Mən təklif edərdim ki, restoranlarda 4-6 nəfərdən çox insan bir masanın arxasında toplaşarsa, məsuliyyətə cəlb olunsunlar. Bu məsələdə say qadağası qoyulmalıdır, amma bütünlükdə restoranları bağlamaq düzgün deyil.
Kimsə ürək dostu və ya ailəsi ilə iftar açmaq istəyirsə, məsafə saxlayır və qaydalar riayət edirsə, burda heç bir problem yoxdur. Bu məsələdə qadağadan çox, məhdudiyyətlər icra olunmalıdır".
Bu gündən "Azəristiliktəchizat" ASC həm Bakıda, həm də regionlarda istilik təchizatını dayandıracaq.
Bunu açıqlamasında səhmdar cəmiyyətinin rəsmisi Rafiq Əliyev bildirib.
Bununla belə, onun sözlərinə görə, bəzi dağlıq və dağətəyi rayonlarda istilik təchizatı mayın 1-nə qədər davam edəcək.
"Bu gündən ümumilikdə 3 800 yaşayış binasına, həmçinin layihə üzrə 287 orta məktəbə, 162 uşaq bağçasına, 160 səhiyyə müəssisəsinə və 1 800-ə yaxın digər sosial-təsərrüfat obyektinə verilən istilik dayandırılacaq. Bu isə 559 qazanxana və 90 istilik məntəqəsinin fəaliyyətini dayandırması deməkdir. Onu da qeyd edim ki, bu qərar isti su ilə təmin etdiyimiz abunəçilərə şamil edilmir", - deyə R.Əliyev qeyd edib.
Azərbaycanda hər il istilik mövsümü noyabrın 15-də başlayər, növbəti il aprelin 15-də başa çatıb. Ötən il "Azəristiliktəchizat"ın Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə 18 milyon manat borcu olması səbəbindən əhaliyə istiliyin verilməsi noyabrın 18-nə qədər yubanmışdı.