![]() |
|
Qafqazinfo xəbər verir ki, 10 nəfər Prezident mükafatına layiq görülüb. Onlar Abbaszadə Orucəli Saleh oğlu, Abdulova Nərgiz Cövdət qızı, Əhmədov Ramil Bayram oğlu, İsmayıllı İsmayıl Cəfər oğlu, Qarayev Atəş İbrahim oğlu, Qasımov Pərvin Alim oğlu, Qasımzadə Zəhra İsa qızı, Qənbərov Nəcəf Bilal oğlu, Mirzəyeva Səmra Tahir qızı, Pərdəşünas Fərid Bayram oğludur.
Abbaszadə Orucəli, Qasımov Pərvin gənclər siyasəti, gənclərlə iş üzrə fəaliyyətə görə, Pərdəşünas Fəridə innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə əldə edilmiş uğurlara görə, Əhmədov Ramil, Qarayev Atəş və İsmayıllı İsmayıla mədəniyyət, Abdulova Nərgizə, Qənbərov Nəcəfə sosialyönümlü fəaliyyət, Qasımzadə Zəhraya sahibkarlıq sahələrində xüsusi fərqlənməyə görə mükafat verilib.
Qeyd edək ki, gənclər üçün Prezident mükafatı 2013-cü ildə təsis edilib. Məbləği 10 min manat olan mükafat hər il 10 nəfərə təqdim edilir.
Təhsil nazirinin müavini vəzifəsindən azad edilmiş Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səslənməkdədir. Təhsil Nazirliyi xanım nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülməkdədir.
"Qafqazinfo" “Yeni Müsavat”a istinadən xəbər verir ki, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub.
Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.
M. Vəliyevanın özü isə modern.az-a açıqlamasında səhhətində problem olduğuna dair heç nə deməyib: “Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.
Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.
Təhsil eksperti Kamran Əsədov onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlardan xəbərdar olduğunu bildirib:
“Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə olunmaya bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir. Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.
Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.
Sürücülər Baku TV-yə bildirib ki, bir neçə gündür postu keçə bilmirlər.
Məsələ ilə bağlı Samur gömrük postundan bildiriblər ki, yaranan çətinlik Rusiyanın gömrük keçid məntəqəsi ilə bağlıdır. Qonşu ölkənin keçid məntəqəsinin texniki imkanlarının məhdud olması növbələrin yaranmasına gətirib çıxarıb.
Hazırda Samur gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bir neçə günə sıxlığın aradan qaldırılması gözlənilir.
Ətraflı süjeti təqdim edirik:
DİM-dən "Ölkə.Az"a verilən məlumata görə, qəbul qaydaları "Abituriyent" jurnalının 1-ci nömrəsində dərc olunub. Jurnalın bu nömrəsində qəbul qaydaları ilə yanaşı, qəbul imtahanının ikinci mərhələsi üçün I, II, III və IV ixtisas qruplarına daxil olan fənlər üzrə qəbul imtahanı proqramları (o cümlədən tarix fənni üzrə Vətən müharibəsi ilə bağlı əlavə edilmiş yeni mövzular), ədəbiyyat siyahısı, tapşırıq nümunələri, balların hesablanma qaydası, xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları və digər zəruri materiallar da yer alıb.
Jurnalda dərc edilmiş tapşırıq nümunələri abituriyentlərin öyrəndiklərini yoxlaya bilmələri və idraki bacarıqlarını inkişaf etdirmələri üçün təqdim olunub. Qəbul imtahanı modelinə əsasən, hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Yazılı şəkildə cavablandırılması tələb olunan tapşırıqların hər birinin sonunda müvafiq tapşırığı yerinə yetirmək üçün yer ayrılıb.
Jurnalda tapşırıq nümunələrinin düzgün cavabları və qiymətləndirmə meyarları da verilib.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, Mərkəzin regional bölmələrindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;
Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Çünki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.
Bu barədə oxu.az-a qurumdan məlumat verilib.
Assosiasiyanın bir qrup nümayəndəsi Quba rayonunun Alekseyevka kəndində Ülvünün atası Vüqar və qardaşı Fəridlə görüşüb şəhidimizin məzarını ziyarət ediblər.
AİJA nümayəndələri, Beynəlxalq İdman Mətbuatı Assosiasiyası – AIPS üzvləri Natiq Nəsirov, Anar Şabanoğlu (İsgəndərov), Bəhruz Məmmədov və Əli Fərzəliyev Azərbaycan İdman Jurnalistləri Assosiasiyası adından məzarın önünə əklil qoyaraq, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.
Ülvü Məmmədovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə kənddə açılmış bulağın qarşısında şəhidlərimizin ruhuna ehtiram və qəhrəman oğullar böyütmüş bütün valideynlərə dərin minnətdarlıqla AİJA-nın mükafatı idman yazarı Vüqar Məmmədova təqdim olunub.
Şəhid atası evinə dəvət etdiyi həmkarlarına şəhidimizin qəhrəmanlıq yolundan danışıb.
Ülvü Məmmədov ölkə başçısı Cənab İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Baku TV-nin süjetinin qəhrəmanları Gəncə uşaq evində böyüyən Məhərrəmov qardaşlarıdır.
Körpə yaşlarında valideynləri tərəfindən atılan, illər boyu bir dəfə belə olsun ziyarət olunmayan Ayxan və Murad.
44 günlük Vətən müharibəsi tarixində dastan yazan igidlərimiz sırasında Ayxan və Murad qardaşları da yer alıb.
Daha ətraflı Baku TV-nin süjetində:
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Fevralın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə yolun hər iki istiqamətində baş verib.
Yolda tıxacın yaranmasına səbəb Ceyranbatan qəsəbəsi ərazisindən Bakı istiqamətində olan yolun bağlanması nəticəsində baş verib. Saray postundan Bakıya gələn yolun təmirə bağlanmasına görə həmin yolda avtomobillərin hərəkəti qarşı yola istiqamətləndirilib və nəticədə ərazidə avtomobil sıxlığı yaranıb. Hazırda yolda böyük tıxac var.
Xatırladaq ki, Bakı-Quba yolunda aparılan cari təmir işləri çərçivəsində Bakı-Sumqayıt yolunda hərəkət hissə - hissə məhdudlaşdırılır.
DİN Baş DYP İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib. Yol-xeber.az xəbər verir ki, müraciətdə deyilir:
"Bu gündən etibarən orta məktəblərdə ibtidai siniflər üçün əyani tədrisin başlanması, həmçinin bir çox xidmət sahələri üzrə iş fəaliyyətinin bərpa olunması yollarda, küçə və prospektlərdə, xüsusilə də orta təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyinin artmasına səbəb olub.
Bunları nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi xahiş edir ki, bütün sürücülər yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə maneçilik yaratmasınlar.
Eyni zamanda piyadalara səki ilə hərəkət etməklə avtomobil yollarına çıxmamağı və hərəkət hissəsini piyada keçidləri ilə keçməyi, valideynlərə azyaşlı uşaqları nəzarətsiz qoymamağı, ictimai nəqliyyat vasitələrindən istifadə edən şəxslərə sosial ara məsafəsi saxlamaqla tənəffüs yollarını qoruyan tibbi maskalardan istifadə etməyi tövsiyə edirik".