![]() |
|
TƏBİB-dən Ölkə.Az"a verilən məlumatda deyilir:
"“WhatsApp” vasitəsilə Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı səs yazısı yayılıb. İddialara görə, koronavirusun müalicəsi üçün nəzərdə tutulan xəstəxanalar uşaqlar üçün çarpayılarla təchiz olunub. Səs yazısında bildirilir ki, koronavirusun yeni ştammı daha çox uşaqlar arasında yayılır və ölümə səbəb olur.
Bununla əlaqədar bildiririk ki, Ümumdünya Səhiyyə Təşkilatının rəsmi açıqlamasına görə, yeni ştammın xəstəliyin ağırlıq dərəcəsinə təsir göstərməsi və bunun uşaqlar arasında daha geniş yayılmasına dair hər hansı fakt yoxdur. Yeni ştammın sadəcə yoluxmanın sürətini yüksəltməsi və bununla əlaqədar xəstə sayının artması istisna edilmir.
Ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb. Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub. Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir.
Bu səbəbdən vətəndaşlarımızdan yalnız rəsmi məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik".
Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Heydər Əliyev prospekti - Hava limanı və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını tövsiyə edirik.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi daha bir kotirovka sorğusu elan edib.
Kotirovka sorğusu hüquqi yardım xidmətlərinin satın alınması barədədir.
Bakı metrosu fəaliyyətə tam hazır vəziyyətdədir.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, xüsusi karantin dövrü olmasına baxmayaraq metropoliten infrastrukturunun qorunmasını təmin edən əməkdaşlar iş başında olublar:
“Bakı Metropoliteninin bu və digər əməkdaşları stansiya və tunellərdə müvafiq işlərin icrasını həyata keçirirlər. Bu, metropolitenin çalışmamasına baxmayaraq, bütün hallarda metronun fəaliyyətinin bərpasına hazırlıq çərçivəsində atılan addımlardır.
Belə ki, “Bakı Metropoliten”in fəaliyyətinin bərpası üçün qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən veriləcək. Metronun açılması ilə bağlı qərar fevralın birində, 15-də və ya başqa tarixdə də ola bilər. Bu səbəbdən qurum olaraq biz sadəcə Operativ Qərargahın qərarını gözləyirik”.
Xatırladaq ki, sosial şəbəkələrdə metronun fəaliyyətinin 15 fevral tarixindən bərpa ediləcəyi ilə bağlı məlumatlar paylaşılır.
Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Trend-ə açıqlamasında Güllü Hüseynova qeyd edib ki, Rəmiş hazırda Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsindədir:
“Hazırda özüm də buradayam, həkimlər hər dəqiqə bizə məlumat verirlər, xəstənin müalicəsini diqqətdə saxlayırlar. Rəmişin müalicəsinin diqqətdə saxlanılmasına görə ölkə rəhbərliyinə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”.
“2021-ci il buraxılış imtahanı fənlərinin koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin qaydalarının tədris prosesinə bilavasitə təsiri nəzərə alınaraq həm lX, həm də XI siniflər üzrə tərtib edilmiş proqramları da sadələşdirilib”.
Oxu.az məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, doqquz illik təhsil bazası üzrə buraxılış imtahanı proqramlarında əsas hissə olaraq 5-ci sinifdən 9-cu sinfin birinci yarımilinədək keçirilmiş mövzular, 11 illik təhsil bazası üzrə isə 11-ci sinfin birinci yarımilinədək keçirilmiş mövzular əsas götürüləcək.
M.Abbaszadə qeyd edib ki, IX sinif üzrə buraxılış imtahanları bir mərhələdə keçiriləcək:
“Bu ildən etibarən ümumi orta təhsil səviyyəsi üzrə buraxılış və orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu imtahanlarının bir mərhələdə keçirilməsi nəzərdə tutulur”.
“Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq həm buraxılış, həm də qəbul imtahanı çərçivəsində keçirilən Azərbaycan dili imtahanında şagirdlərə audio mətn təqdim olunmayacaq, yalnız test tapşırıqları olacaq. Buna görə də Azərbaycan dili fənni imtahanının qanunvericilikdə nəzərdə tutulduğu kimi 1 saat 30 dəqiqə deyil, 45 dəqiqə keçirilməsi nəzərdə tutulur”, - deyə sədr əlavə edib.
Məleykə Abbaszadə bildirib ki, imtahanlarda iki dəfə şans verilmə namizədlər və abituriyentlərə xeyrinə olan bir məsələdir: “İmtahan verən şəxslər birinci mərhələdə maksimum hansı balı toplasalar, qəbul üçün həmin baldan istifadə edə bilərlər”.
Bakının Səbail rayonu ərazisində, Badamdar şossesində torpaq sürüşməsi əvvəl qeydə alınan hissədə aktivləşib.
Sürüşmə nəticəsində bir iaşə xidməti obyekti və iki fərdi yaşayış evi zərər görüb.
BAKU.TV bununla bağlı ərazidə son vəziyyəti təqdim edir.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Badamdarda torpaq sürüşməsi baş verən əraziyə gəlib.
BAKU.TV İcra başçısının məsələ ilə bağlı açıqlamalarını təqdim edib:
Eldar Əzizov bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinqlər aparır:
“Bu ərazidə sürüşmə hadisəsinin baş verməsi ilk dəfə deyil, daha əvvəllər də ərazi sürüşməyə meylli olub. Baş vermiş sürüşmə hadisəsinin nəticələrinin aradan qaldırılması üçün tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planı çərçivəsində görüləcək işlərlə bağlı məsələlər müəyyən ediləcək".