![]() |
|
Təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.
O, bu barədə özünün “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.
“Görüşdə Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edildi. Ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, təqaüd imkanlarının artırılması və müsbət təcrübələrin mübadiləsinin əhəmiyyəti vurğulandı”, - deyə o qeyd edib.
Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı olaraq vizadan azad etmə ilə bağlı yeni sənəd təsdiq ediləcək.
Trend xəbər verir ki, Milli Məclisin fevralın 1-də keçiriləcək plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi müzakirəyə çıxarılacaq.
Dəyişikliyə əsasən, üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səyahət edən şəxslər üçün pasportlardan istifadə məcburi olacaq.
Sənəddə qeyd edilib ki, tərəflərin ərazilərindən üçüncü ölkələrə və üçüncü ölkələrdən tərəflərin ərazilərinə daxil olmaq üçün pasportların istifadə olunması məcburidir. Sazişin 1 və 2 saylı əlavələrində müəyyən olunmuş digər sərhədkeçmə sənədləri yalnız bir tərəfin ərazisindən digərinə birbaşa səyahətlər üçün istifadə edilir.
Kəlbəcərin Azərbaycana qaytarılması Ermənistana çox böyük zərbə vurub.
Ermənistanın turizm mütəxəssisləri açıqlamalar verir ki, ölkəyə gələn turistlərin sayı kəskin azalacaq. Xüsusilə dağ turizmi sıradan çıxıb. Turistlərin diqqətini çəkən yerlərin əksəri Kəlbəcər ərazisinə düşür. Deməli, Ermənistanın daha dağ turizmindən danışmasının mənası yoxdur.
Bizimyol.info xəbər verir ki, ətraf mühit naziri Romanos Petrosyan mətbuata açıqlamasında başqa problemi də qabardıb. O, Göyçə gölünün əsas qida mənbələrinin Azərbaycanın nəzarətinə keçdiyini deyib: "Sevan gölünün (Göyçə - red.) qidalandığı Vorotan və Arpa (Bərgüşad və Arpaçay – red.) Kəlbəcər ərazisindən keçir. İndi bura Azərbaycanın nəzarətindədir. Barəsində ciddi narahat olacağımız məsələdir”.
Petrosyan jurnalistlərlə söhbətində deyib ki, rəhbərlik etdiyi nazirliyin bu istiqamətdə səlahiyyəltəri böyük deyil. Buna görə nazir həm Ermənistanın Müdafiə Nazirliyinə, həm də Baş Nazir Aparatına müraciət edib.
Romanos Petrosyan nazir poztuna 2020-ci ilin iyulundə təyin olunub. 41 yaşlı siyasətçi buna qədər Kotayk vilayətinin qubernatoru vəzifəsini tuturdu. Petrosyan qubernator vəzifəsinə məhz 2018-ci il inqilabından sonra gətirilmişdi. O, nazir postunda keçirdiyi ilk günlərdə müsahibə zamanı Göyçə gölünün problemlərindən danışmışdı. Petrosyan su təsərrüfatından düzgün istifadə edilməməsi nəticəsində ciddi boşluqlar yarandığını demişdi.
Göyçə Cənubi Qafqazın ən böyük gölü sayılır. Göl dəniz səviyyəsindən 1926 metr yüksəklikdə yerləşir. Göyçə sönmüş vulkanlarla əhatə olunub, sahəsi 1243 kvadratkilometrdir. Burada forel balığına çox rast gəlinir.
Göyçə gölünü Ermənistanda "Sevan” adlandırırlar. Razdan çayı mənbəyini məhz buradan götürür. Xüsusilə Arpaçay Göyçə gölünün əsas qida mənbəyi sayılır. Göyçənin su ilə lazımi təminatı üçün Arpaçaydan ora 48.3 kilometr uzunluğunda tunel çəkilib. Gölün ətrafında xeyli qanunsuz tikili inşa olunub. Ermənistan hökuməti illərdir məsələyə məsuliyyətsiz yanaşır. Son illər möhtəkirlik üzündən gölün balıq ehtiyatı xeyli azalıb.
Azərbaycanda karantin rejimi çərçivəsində həftəsonları iaşə obyektlərinin və ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Eyni zamanda, yanvarın 25-dən ticarət obyektlərinə, fevralın 1-dən isə kafe və restoranların fəaliyyətinə icazə verilib.
Bəs bundan sonra həftəsonları restoranlar və digər iaşə obyektləri işləyəcəkmi?
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, fevralın 1-dən sonra şənbə və bazar günləri ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək.
Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı isə əlavə məlumat veriləcək.
Unikal.org məlumatına görə, Humay Elçin qızı Əfəndiyevanın Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi haqqında məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.
Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, H.Əfəndiyeva Azərbaycan baş nazirinin sabiq müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
“Bakı, Sumqayıt və Abşerondakı məktəblərdə ibtidai siniflərdə şagird sıxlığı nəzərə alınmaqla dərslər həftədə üç dəfə əyani formada olacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, bu cür qərarın qəbul edilmə səbəbi sözügedən ərazilərin risk qrupuna aid olmasıdır:
“Hər şey qaydasında gedərsə, hər şagird tək-tək partalarda oturmaqla dərslərin keçirilməsi həftədə beş dəfə olacaq”.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrin icrasını təmin etmək, idarəetmənin səmərəliliyini artırmaq məqsədilə struktur dəyişikliyi aparılıb.
Bu barədə qurum məlumat yayıb.
Belə ki, Hüquq və İnsan resursları sektorları ləğv edilərək, onların bazasında Hüquq və kadrlar şöbəsi yaradılıb.
Miqrasiya, məşğulluq və status şöbəsi isə Regional idarəetmə və status şöbəsi ilə əvəzlənib, həmçinin, ayrıca Məşğulluq sektoru yaradılıb.
İnformasiya texnologiyalarının tətbiqi və elektron idarəetmə şöbəsinin İnformasiya texnologiyaları və Elektron idarəetmə sektorları birləşdirilib.
Sosial təminat və kommunal xidmətlər şöbəsinin tərkibindəki Sosial təminat və kommunal xidmətlər sektorunun əvəzinə hər iki istiqamət üzrə iki ayrı sektor təşkil edilib. Aparatın tərkibində yeni Monitorinq şöbəsi yaradılıb.
Bundan başqa, komitənin Göygöl və Bakı şəhərinin Pirallahı rayonu üzrə yerli bölmələri ləğv edilib.
Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 noyabr tarixli 652s nömrəli Sərəncamı əsasında Dövlət Komitəsi aparatı işçilərinin ümumi say həddi 88-ə çatdırılıb.
"V-IX siniflər üzrə dərslərin bərpası haqqında qərar mövcud vəziyyət nəzərə alınmaqla veriləcək".
Bunu bu gün keçirilən vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.
Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər və məktəbəqədər qruplar üçün tədris qismən bərpa ediləcək:
"Fevralın 1-dən yenidən hibrid təhsil formasını tətbiq edəcəyik. Tədrisin bərpası ilə Nazirlər Kabinetinin daha əvvəl verdiyi qərar qüvvədədir. Tədris həmin qərar əsasında təşkil olunacaq. Məktəblər, müəllimlər tədrisin təşkilinə hazırdılar”.
“60 yaşdan yuxarı müəllimlərin məcburi vaksinasiyası ilə bağlı yayılan məlumatlar yanlışdır. Bu proses tamamilə könüllülük əsasında baş tutacaq”.
Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Nazirliyinin “Tədrisin ənənəvi formasının bərpası” mövzusunda seminarda Təhsil nazirinin müşaviri Elnur Nəsibov bildirib.
O həmçinin qeyd edib ki, məktəblərdə müəllimlərin vaksinasiyası ilə bağlı qərar və vaksinasiyanın tarixi TƏBİB tərəfindən müəyyən olunur.