![]() |
|
Hesab edirəm ki, hər il olduğu kimi, bu il də bəlli faiz müəyyən edildikdən sonra fevral ayı ərzində pensiyaçıların pensiyaları indeksləşdiriləcək. Fevralın ödənişi aparılan zaman pensiyaçılar fevral ayının pensiyasını həm də yanvar ayı üzrə hesablanmış artımla birlikdə alacaqlar.
Sfera.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
Onun sözlərinə görə, inbdeksləşdirmə yanvarın 1-dən hesablanacağı üçün artım da yanvarın 1-dən hesablanacaq. O, yanvar artımlarının fevral ayının pensiyası ilə birlikdə bank hesablarına köçürüləcəyini açıqlayıb:
"Hər il pensiyaların sığorta hissəsi ötən ildəki orta aylıq əmək haqqının artım faizinə uyğun olaraq, indeksləşdirilir. 2020-ci ildə 2019-cu ilin yekununa əsasən, indeksləşdirmə 16,6 faiz olub. Pensiya kapitalı isə ötən ilin inflyasiya faizinə uyğun olaraq, indeksləşdirilir. Bu il də indeksasiya olunacaq, yaxın günlərdə indeksasiya qiymətləri ilə bağlı cəmiyyətə açıqlama veriləcək”.
“2020-ci ilin dekabr ayından indiyə kimi 12 min şəhid ailəsi və müharibə iştirakçıları sosial qayğı ilə əhatə olunub”.
Oxu.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:
“Onlara təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşğulluq praqramı çərçivəsində məşğulluq proqramlarına cəlb edilib.
Üç mindən artıq ailəyə isə sosial-psixoloji dəstək göstərilib, eyni zamanda reabilitasiya xidmətlərinə cəlb edilib”.
Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb olunacağı maraqla gözlənilir.
Bundan əvvəlki təcrübələrdə müəllimlərdən koronavirus testi tələb edilirdisə, hazırda ölkədə kütləvi vaksinasiya prosesi gedir.
Ötən brifinqdə vaksinasiya prosesinə müəllimlərin cəlb ediləcəyi açıqlanmışdı. Kütləvi yoluxmaların qarşısını almaq üçün Bakı, Sumqayıt və Abşeronda fəaliyyət göstərən 16 698, bölgələrdə isə 32 mindən çox təhsil işçisinin vaksinasiya olunması nəzərdə tutulub.
Ölkədə fəaliyyət göstərən 151 min müəllimin 37 faizinin yaşı 60-ın üzərindədir. Risk qrupunda olan müəllimlərin vaksinasiya prosesi heç də könüllülük prinsipi əsasında həyata keçirilməyəcək.
"Yaş riskinə aid olan müəllimlər könüllü deyil, məcburi şəkildə qoşulacaq. Ona görə onlar gündəlik olaraq azyalı uşaqlarla təmasdadırlar", - deyə təhsil eksperti Kamran Əsədov bildirib.
ARB24-ün hazırladığı süjeti təqdim edirik:
Əzəli torpağımız, dünyanın ən böyük çinar meşələri, bitki örtüyü, yeraltı və yerüstü sərvətləri, zəngin mineral bulaqları olan Zəngilan şanlı ordumuz tərəfindən əsl sahibinə qaytarıldı.
Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşdiyindən mühüm strateji əhəmiyyətə malikdir. İşğaldan əvvəl bir şəhər, bir qəsəbə və 83 kənddən ibarət olub. Dünyanın ən zəngin çinar meşəsi də burada olub. Ermənilərin ekoloji terroru nəticəsində rayondakı ağaclar kəsilib.
Qeyd edək ki, Zəngilan rayonu 1993-cü il erməni silahlı qüvvələri tərəfindən işğal edilib. Uzun müddət düşmən tapdağında qaldıqdan sonra Zəngilan rayonu şanlı ordumuz tərəfindən 2020-ci il oktyabrın 20-də işğaldan azad edildi.
Baku TV əməkdaşları Zəngilan rayonunda olub. Ətraflı süjeti təqdim edirik:
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, yeddi mindən çox şəxs sosial ödənişlər almağa başlayıb:
“Həmin şəxslərə təqaüd, müavinətlər təyin edilib. İki min ailə özünüməşgulluq proqramı çərçivəsində məşğulluq proqramlarına cəlb olunub”.
Azərbaycanda yanvarın 26-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 26-27-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yeni kadr təyinatı olub.
İcra Hakimiyyətindən BAKU.WS-in bölgə müxbirinə verilən məlumatda bildirilib ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Möhsümov Babək Zaməddin oğlu Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsinə təyin edilib.
1993-cü ildə anadan olan B.Möhsümov Gəncə Dövlət Universitetini bitirib, Aprel döyüşlərinin iştirakçısıdır.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin müvafiq qərarı ilə “İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət(lər)in göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi Qaydası” təsdiq edilib.
Qayda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan tibb müəssisələrinə tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsinin verilməsi şərtlərini müəyyən edir.
Göndəriş vərəqəsi tibb müəssisəsində sığortaolunana tələb olunan tibbi xidmətlərin göstərilməsi mümkün olmadığı təqdirdə, həmin tibb müəssisəsinin bu xidmətləri göstərmək imkanına malik olan digər tibb müəssisəsinə verdiyi yazılı göstərişdir.
Göndəriş vərəqəsi Agentlik ilə tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə bağlanmış tibb müəssisələrinə (dövlət və ya özəl tibb müəssisələri) verilə bilər.
Qaydaya əsasən tibbi göstəriş olduğu hallarda vətəndaşa göndəriş vərəqəsinin iki növü verilə bilər:
Dar ixtisaslı həkim müayinəsinin və yardımçı-diaqnostik müayinələrin aparılması üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti (ailə həkimi, sahə-terapevti, sahə pediatrı) tərəfindən verilir.
Dar ixtisaslı həkim də öz növbəsində tibbi göstəriş olduğu hallarda, digər dar ixtisaslı həkim müayinəsinə və yardımçı-diaqnostik müayinələrin aparılması üçün sığortaolunana göndəriş vərəqəsi verə bilər. Vərəqəyə ambulator kitabçadan çıxarış, aparılmış müayinələrin nəticələri, zəruri hallarda digər tibbi sənədlər əlavə olunur.
Stasionar tibbi xidmətin göstərilməsi üçün dövlət tibb müəssisəsinə göndəriş vərəqəsi ilkin səhiyyə xidməti və dar ixtisaslı həkim tərəfindən verilir. Stasionar tibbi xidmətlərin göstərilməsi dövlət tibb müəssisələrində mümkün olmadığı təqdirsə isə Qaydanın müvafiq bəndlərinin tələblərinə uyğun olaraq özəl tibb müəssisəsinə göndəriş vərəqəsi verilir.
Sığortaolunan göndəriş verilən tibb müəssisəsinin qeydiyyat şöbəsinə şəxsiyyət vəsiqəsi və ona təqdim edilən göndəriş vərəqəsi ilə birlikdə müraciət etməlidir. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 gündür.
Göndəriş vərəqəsinin verilməsi Qaydası ilə daha ətraflı
tanış ola bilərsiniz.
Bakıda iki avtobusun hərəkət sxemi müvəqqəti olaraq dəyişir.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər.
Zığ-Hava Limanı avtomobil yolundan Dədə Qorqud yaşayış massivinə doğru gedən yolda aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edildilib.
Bu səbəbdən 161 və 191 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti olaraq alternativ yolla təşkil edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva müvafiq beynəlxalq təşkilatlara 27 sentyabr 2020-ci il tarixindən başlayan hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları, həmçinin 2014-cü ildən Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslərlə rəftara dair hesabat ünvanlayıb.
Ombudsman Aparatından verilən məlumata görə, məlum olduğu kimi, Ermənistan və Azərbaycan arasında dekabrın 14-dən başlayaraq hərbi əsir, eyni zamanda girovların dəyişdirilməsi prosesi başlanıb. Ombudsman Səbinə Əliyevanın geri qaytarılan hərbi əsir və girovlarımıza baş çəkərkən apardığı fərdi söhbətlər zamanı onlar Ermənistanda məruz qaldıqları işgəncə və qeyri-insani rəftar halları barədə məlumat veriblər. Hesabatın hazırlanması zamanı həmin əsir və girovların ifadələri, sosial şəbəkələrdə yayılmış materiallar və əldə edilmiş digər faktlardan istifadə edilib.
Hesabatda Ermənistan tərəfindən əsirlik və girovluqda saxlandıqları müddət ərzində azərbaycanlılara qarşı işgəncə və digər qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar halları sübutlarla təqdim olunub.
Eyni zamanda, Azərbaycanda saxlanılan erməni hərbi əsirlərə qarşı münasibət və onların hüquqlarının təmini vəziyyətinin Azərbaycan Ombudsmanı tərəfindən monitorinq edildiyi də diqqətə çatdırılıb.
Yekunda Ermənistan hərbi-siyasi rəhbərliyinin beynəlxalq humanitar hüquq normaları, xüsusən Cenevrə Konvensiyalarının müddəalarını kobud şəkildə pozmaqla törətdiyi cinayətlərlə bağlı müvafiq beynəlxalq qurumlara çağırış edilib və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması tələb olunub.
Qeyd olunmalıdır ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Ermənistanın Azərbaycanda mülki əhali və obyektləri hədəfə alan hücumları ilə bağlı Azərbaycan Ombudsmanı tərəfindən beynəlxalq təşkilatlara ümumilikdə 8 hesabat, 8 bəyanat və videomüraciətlər də daxil olmaqla 14 müraciət ünvanlanıb.