İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.

Report xəbər verir ki, dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-ni 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, İXM-in 124.3-cü maddəsində deyilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.

Azərbaycan ordusunun şəhid olan hərbi qulluqçusunun nəşi tapılıb.
“Report” məlumatına görə, bir müddətdir itkin düşən leytenant Şükürlü Elvin Azad oğlunun nəşi doğulduğu Cəlilabad rayonunun Şiləvəngə kəndinə gətirilir.

Onunla yaşadığı evdə vida mərasimi keçiriləcək. Daha sonra şəhidin nəşi dəfn edilməsi üçün ailəsinin yaşadığı Bakı şəhərinə gətiriləcək.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü, leytenant Elvin Şükürlü Vətən müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın əvvəllərindən etibarən onun barəsində heç bir məlumat olmayıb.

“Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik”.

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

O bildirib ki, bununla bağlı proqnoz vermək tezdir.

"Bizim müəyyən sayda, əksəriyyət olmayan tələbəmizin ödəmə problemi var. Birinci növbədə bu problemin həll yolu ali təhsil müəssisələri ilə ümumi uzlaşmadadır. Bu mövzuyla bağlı səlahiyyətlər və imkanlar məsələsi var. Hər hansı formada buna fərdi qaydada baxmaq daha uyğundur, nəinki ümumilikdə".

Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib

Nazir əlavə edib ki, kiminsə bu pulun bir hissəsini ödəmək imkanı olur, kiminsə ümumilikdə ödəmək imkanı olmur: "Digər məsələ bu il yeni başlayıb. Bu il ərzində təhsil kreditləri ilə bağlı həm hökumət, həm də parlament arasında faydalı əməkdaşlığın nəticəsi olaraq təhsil kreditlərinin təqdim edilməsi haqqında planlar var".

Sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.
“Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi hazırlanıb.

Dəyişikliyə əsasən sürücünün görünüş dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Layihi yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

“Bölgələrdə ənənəvi tədrisin bərpası ilə bağlı daha sürətli açılmalara gedilə bilər. Amma bu, yoluxma hallarının daha az riskli olması ilə bağlıdır”.

 Oxu.Az məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, təbii ki, təhsil müəssisələrinin açılması düzgün və vaxtında edilmirsə, qısa müddətdə qapanmalara qayıdıla bilər:

“Məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formada əyani təhsilə qaytarmaqdır”.

Nazir dərslərin həftədə 3 dəfə keçirilməsindən də danışıb:

“Dərslərin həftədə 3 dəfə keçirilməsi zərurətdən irəli gəlir. İstər siniflərin və məktəblərin ölçüsü, istər müəllimlərin sayı və maddi texniki baza baxımından siniflər bölündüyü üçün həftədə 5 dəfə dərs keçmək mümkün olmur. Belə olanda məktəbi dördnövbəli edə bilmirik. V-IX siniflər əyani təhsilə keçəndə daha çox sıxlıq olacaq”.

“Koronavirus pandemiyası ilə bağlı ölkəmizdə təhsilin əyani formada keçirilməsində çətinlik yarandı. Sentyabr ayında məktəblər açılsa da, yoluxma sayı artdı və təhsil distant formaya keçirildi”.

Oxu.Az məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda fevral ayının 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunacaq:

“Növbəti həftədən etibarən ibtidai sinif şagirdləri Bakı, Sumqayıt şəhərlərində, Abşeron və digər rayonlarda həftədə üç dəfə əyani təhsilə cəlb ediləcəklər”.

“Fevralın 1-dən ölkənin bütün ərazisində məktəblər açılır, ibtidai sinif şagirdləri və məktəbəqhazırlıq qrupları üçün məktəblərdə dərslər qismən bərpa edilir”.

Bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, fevralın 1-dən 1-4-cü siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə olmaqla, digər bölgələrdə isə həftədə 4-5 dəfə bərpa olunmasına qərar verilib.

Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsillə bağlı brifinq keçirilir.

Oxu.az məlumatına görə, mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev, nazirin müşaviri Rüstəm Ağayev və Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu iştirak edir.

Brifinqdə xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlərə dair normativ hüquqi baza nəzərə alınaraq, tədris və təlim-tərbiyə prosesinin təşkili, buna uyğun olaraq vəziyyətin dəyərləndirilməsi məsələləri barədə müzakirə aparılır.

Hazırda yollarda vəziyyət belədir

Bu gün avtomobil yollarında müşahidə olunan son vəziyyət açıqlanıb.

“Qafqazinfo” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən yollardakı vəziyyəti əks etdirən cədvəli təqdim edir:

 

S/s

 

Yolun adı (istiqamətlə)

 

 

Mövcud vəziyyəti

1

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi

Yağıntı yoxdur, Quba rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 

 

2

Giləzi - Xızı

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

3

Bakı - Qobustan

Yağıntı yoxdur, Qobustan rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

4

Qobustan - Şamaxı - Muğanlı

Yağıntı yoxdur, Qobustan və Şamaxı rayonları ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

5

Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, Muğanlı-Ağsu ərazisində 3-4 dərəcə şaxta var. Ağsu dolaylarında gecə saatlarında buzlaşma olub, yola qum-duz səpilib və hazırda da bu istiqamətdə işlər davam etdirilir.

 

6

Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

7

Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.b

8

Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

9

Muğanlı – İsmayıllı

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisinə 5-6 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq buzlaşmaya qarşı körpülərə, sərt döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

10

İsmayıllı - Qəbələ - Oğuz - Şəki

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 5-6 dərəcə, Qəbələ rayonu ərazisində 3-4 dərəcə  şaxta var. Gecə saatlarında güclü şaxta olub, buzlaşmaya qarşı körpülərə, döngələrə və yolun meşə zolağından keçən hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

11

Şəki – Qax – Zaqatala –  Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, Qax rayonu ərazisinə 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

12

Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

13

Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, gecə saatlarında 12-16 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

14

Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, gecə saatlarında 10-15 dərəcə şaxta olub, duz-qum səpilib və bu istiqamətdə işlər davam etdirilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

 

15

Ələt – Astara – İran İslam Resp. ilə dövlət sərhədi

Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

16

Masallı – Yardımlı

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

17

Lənkəran – Lerik

Yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

 

18

Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

Xəbər lenti