Ölkədə tətbiq olunmuş sərt karantin rejimi sayəsində, koronavirusa gündəlik yoluxmaların sayında kifayət qədər azalmalara nail olunub. Ümumiyyətlə koronavirusdan qurtulmaq üçün kütləvi peyvəndlənmə aparılacaq. Kütləvi peyvəndlənməyə cari aydan başlanacaq. Düşünürəm ki, fevralın sonuna qədər bütün ölkədə peyvəndlənməni başa çatdırmaq mümkündür.
 
Ümumi peyvəndlənmə bitəndən sonra 1-2 ay biz gözləməliyik ki, vurulmuş peyvəndlər təsirini göstərsin. Düşünürəm ki, koronavirus ölkəmizdə pandemiya səviyyəsindən çıxarsa, may ayından tətbiq olunmuş bütün məhdudiyyətlərin ləğv edilməsinə şərait yaranar, o cümlədən toyların keçirilməsi də mümkün olacaqdır.
 
Bunu Sonxəbər.az-a açıqlamasında deputat Azər Badamov Azərbaycanda neçə müddətdir ki, keçirilməyən toylardan danışarkən deyib.
 
“Düzdür ikinci ildir ki, gənclərimiz toy edə bilmirlər. Bu da ailə həyatı qurmaq istəyən insanların gözləmə mövqeyində dayanmalarına gətirib çıxartdı. Bununla yanaşı bu dövrdə toy etmədən evlənən ailələr də az olmamışdır.
 
Şərait onu göstərdi ki, toy mərasimləri təşkil etmədən də ailə qurub, xoşbəxt olmaq mümkündür. Ona görə də düşünürəm ki, ümumiyyətlə dəbdəbəli toy mərasimlərinin keçirilməsini bundan sonra adətimizdən çıxartmalıyıq.
 
İnsanlar üçün nə yaxşıdırsa, onu da adət halına gətirməliyik. Çünki dəbdəbəli saraylarda edilən böyük toy məclislərindən ancaq şadlıq evləri qazanc götürürlər. Toy sahibi isə borc-xərc edib övladına toy edir. Sonra da illərlə toy üçün alınmış borcun altından çıxa bilmirlər.
 
Biz düşnməliyik ki, bu bizə lazımdırmı? Düşünürəm ki, lazım deyil. Gələcəkdə evlənəcək gənclər üçün ediləcək toy mərasimləri dar çərçivədə, özünün lap yaxın qohum-əqrabasını yığıb kiçik bir məclislə keçirsələr daha yaxşı olar.
 
Yəni, millət olaraq bizim üçün nə yaxşıdırsa, onu da adət etməliyik”.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndindən videogörüntülər hazırlayıb.

Həmin görüntüləri təqdim edirik.

Koronavirusun geniş yayılmasının qarşısının alınması üçün respublikanın beş şəhər və 12 rayonunda sərtləşdirilmiş karantin rejiminin qaydalarının təmin olunması məqsədilə Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Bunu Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.


O bildirib ki, əsas diqqət mövcud vəziyyətdə koronavirusa yoluxmanın qarşısını almağa yönəlib:

“Bu məqsədlə sözügedən ərazilərdə karantin postları qurulub. Həmin karantin postlarında müvafiq icazə almadan hərəkət etməyə cəhd edən şəxs və ya şəsxlərin qarşısı alınaraq, onlar barəsində qanunamüvafiq tədbirlər görülür.

Bütün bunların əsas məqsədi hər bir hərəkət iştirakçısının Nazirlər Kabinetinin qərarına uyğun olaraq izolyasiya qaydalarına ciddi əməl etməsini təmin etməkdir”.

Elşad Hacıyev xüsusilə fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin regionlara getməsi ilə bağlı məsələyə toxunub:

“Nazirlər Kabinetinin qərarına uyğun olaraq fəaliyyətinə icazə verilən sahələrdə çalışan şəxslərin Bakı, Abşeron və Sumqayıt şəhərlərində yaşayıb, işləməsinə baxmayaraq, kütləvi şəkildə bölgələrə getməsi müşahidə olunur.

Həmin şəxslərin onlara verilən icazələrdən sui-istifadə etməsinin qarşısını almaq üçün karantin postlarında nəzarət-profilaktik tədbirlər gücləndirilib.

Bu gün ölkədə hər bir şəxsin üzərinə düşən əsas vəzifələrdən biri koronavirusun geniş yayılmasının qarşısını almaq məqsədilə qaydalara riayət etmək və məsuliyyətli olmaqdır”.



"Bu il 70 illik yubileyini doğma rayonunda qarşılamaq həvəsi ilə yaşayırdı, təəssüf ki..."

Əziz soydaşlarım, bu gün aldığım kədərli xəbər məni hədsiz dərəcədə sarsıtmışdır. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan diaspor hərəkatına, eləcə də Kəlbəcər rayonu ictimaiyyətinə ağır itki üz vermişdir. Hamımızın yaxşı tanıdığı, böyük rəğbət bəslədiyi, iqtisad elmləri doktoru, professor Sərdar Süleyman oğlu Abdullayev 70 illik yubileyinə cəmi bir neçə gün qalmış dünyasını dəyişmişdir.
 
Abdullayev Sərdar Süleyman oğlu 1951-ci il yanvarın 21-də Kəlbəcər rayonunun Yanşaq kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra təyinatla Kalinin vilayətinə göndərilmişdir. Sərdar Abdullayev özünü bacarıqlı mütəxəssis kimi təsdiq etmiş, mühəndis-mexanik vəzifəsindən tresti müdiri, sonra isə “Kalininqrajdanstroy” Vilayət İstehsalat Birliyinin rəisi vəzifəsinə qədər yol keçmişdir. 1993-cü ildən ömrünün sonuna kimi isə “Tverqrajdanstroy” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik etmişdir.
 
Sərdar Abdullayev eyni zamanda elmi fəaliyyətlə də məşğul olmuş, “İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Alim Tver Dövlət Texniki Universitetinin professoru idi.
 
O, ictimai fəallığı ilə də fərqlənmiş, Tver Vilayət Xalq Deputatları Sovetinin deputatı olmuşdur.
 
Sərdar Abdullayevin Azərbaycan diaspor hərəkatının inkişafında da mühüm xitmətləri olmuşdur. O, Tver Vilayətindəki Azərbaycan diasporunun rəhbəri kimi Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında peşəkar fəaliyyəti ilə də seçilirdi.
 
Sərdar Abdullayevin çoxşahəli fəaliyyəti müxtəlif təltiflərə layiq görülüb. Ona “Rusiya Federasiyasının Əməkdar İnşaatçısı”, “Rusiyanın Fəxri İnşaatçısı” fəxri adları verilib, “Dostluq” ordeni ilə təltif edilib. 2006-cı ildə Sərdar Abdullayev möhtərəm Prezidentimiz İlham Əliyevin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülüb.
 
Sərdar Abdullayev bütün fəaliyyəti dövründə daim işgüzarlığı, peşəkarlıq və təşkilatçılıq qabiliyyəti ilə, eyni zamanda Vətənə bağlılığı ilə seçilmiş, harada yaşamağından asılı olmayaq qəlbi daim Azərbaycanla döyünmüşdür. Vətən Mübaribəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə qazandığımız parlaq qələbəmiz, Qarabağımızın, doğulduğu Kəlbəcər rayonunun işğaldan azad edilməsi onda böyük ruh yüksəkliyi yaratmışdı. Bu il 70 illik yubileyini doğma rayonunda qarşılamaq həvəsi ilə yaşayırdı. Təəssüf ki, belə bir məqamda amansız əcəl Sərdar Süleyman oğlu Abdullayevi aramızdan apardı.
 
Tanınmış ictimai xadim, səmimi insan, gözəl dost, xeyirxah əməlləri ilə hər zaman fərqlənən Sərdar Süleyman oğlu Abdullayevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
 
Allah rəhmət eləsin!
 
Cavid Qurbanov
“Azərbaycan Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri

2021-ci ilin 06-07 yanvar tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Füzuli, Qubadlı, Zəngilan, Tərtər rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 6 (altı) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 1 (bir) müraciət daxil olub.

ANAMA-dan verilən məlumata görə, daxil olmuş 7 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 13 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 216 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 40 ədəd tank əleyhinə mina, 2 ədəd silah, 2 ədəd təlim mərmiləri, 3 527 ədəd müxtəlif çaplı patronlar və 11 ədəd partlamış mərmi qalıqları aşkar olunmuşdur.

Agentliyin partlayış qrupu tərəfindən 1 141 ədəd mina və partlamamış hərbi sursat (PHS) zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 641 nəfər mülkü şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

 
 
 
 

Biləsuvar rayonu ərazisində Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan tədbirlər görülür.

“Report” xəbər verir ki, bu məqsədlə rayonunun Təzəkənd kəndində Şəhidlər kompleksi yaradılıb. Kompleksdə kəndin altı şəhidinin xatirəsi əbədiləşdirilib.

Burada həmin şəhidlər haqqında məlumat lövhələri quraşdırılıb. Eyni zamanda bulaq da inşa edilib.

Qeyd edək ki, I Qarabağ savaşında bu kənd dörd şəhid verib - Tacəddin Quliyev, Şirinov Ruslan, Manafov Fərqan, Bayramov Əlizadə. Vətən müharibəsində isə kənd iki şəhid verib - Amid İsmayılov, Əhmədli Elməddin.

 
 
 
 

“Artıq yeni növ koronavirus infeksiyasına yoluxan şəxslər bədənlərində mövcud olan anticismlərin miqdarı aşağı düşəndə peyvənd olunmalıdırlar”.

Bunu “Vector” adlı xüsusilə təhlükəli infeksiyalar laboratoriyasının keçmiş rəhbəri Aleksandr Çerpurnov deyib.

Onun sözlərinə görə, antikorların sayı tədricən azaldığından onların miqdarı hər yarım aydan bir yoxlanılmalıdır: “Antikor göstəricisi aşağı həddə yaxınlaşdığı an peyvənd vurulmalıdır. Çünki keçirilən xəstəlik ona təkan verəcək və peyvənd daha yaxşı nəticə göstərəcək”.

Novosibirsk Dövlət Universitetinin bionanotexnologiya, mikrobiologiya və virusaologiya laboratoriyasının müdiri Serqey Netesov peyvəndin virus infeksiyasının təqlidi olduğunu deyib:

“Bu səbəbdən, xəstəlikdən sonra yaranan antikorun titri mövcud dəyərləri üç-dörd dəfə üstələyirsə, onda həmin şəxs peyvənd olunan insan kimi özünü virusdan qoruyur”.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan Azərbaycan Ordusu bölmələrinin təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər davam edir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan Ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrində olub və burada yaradılan şəraitlə maraqlanıb.

Müdafiə naziri bölmələrdə hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olduqdan sonra şəxsi heyətin döyüş hazırlığı və qoşun xidmətinin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

“Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması barədə nə qərarın verilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti yanında operativ qərargah yoluxma statistikasına baxaraq, qəbul edir:

“Hələlik bu barədə məlumat yoxdur”.

O qeyd edib ki, xəstəliyə qalib gəlmək üçün qaydalara riayət etməliyik:

“Həkimlərin sözünə riayət edib, sosial mediada yayılan əsassız fikirlərin arxasınca getməsək, ümid edirəm ki, 2021-ci ili pandemiya ilə bağlı daha rahat keçirə bilərik”.



Paytaxtımızda  aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də məhəllə və binaların, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Görülmiüş işlər çərçivəsində hazırda (C.Hacıbəyli, M.Kazımovski, Mərdanov Qardaşları küçələrindək)  avtomobil yolu və səkilərdə başlanılmış əsaslı təmir İşləri başa çatdırılmışdır. Piyadaların sərbəst hərəkəti üçün bəzi yerlərdə səkilər genişləndirmiş, bardürlər yeniləri ilə əvəz olunmuşdur.

 Rayonun həm mərkəzi, həm də mikrorayonlar ərazilərində aparılan abadlıq-quruculuq işləri əhalinin razılığı ilə qarşılanır  və bu işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla,  hazırda rayonun ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.

Xəbər lenti